Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Həftəsonu çox yatanlara pis xəbər

Həftəsonu çox yatanlara pis xəbər

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Həftəsonları zəngli saatı söndürüb bir neçə saat artıq yatmaq bir çox insan üçün həftə içi yaranan yorğunluğu azaltmağın ən rahat yoludur. Bu imkandan yararlananlar, çatışmayan yuxunu kompensasiya etdiklərini düşünür. Ancaq alimlər başqa sualı gündəmə gətirir. Qarşıda yuxusuz günlərin olacağını bilən insan əvvəlcədən daha çox yatsa, bu, sonradan işinə yaraya bilər?
Demokrat.az xəbər verir ki, bəzi tədqiqatçılar bu yanaşmanın müəyyən hallarda effektiv olduğunu deyir. Onların fikrincə, beyin əlavə yuxu zamanı ehtiyac duyduğu resursları toplaya bilir və bu, yuxusuz dövrlərdə diqqətin və zehni fəaliyyətin nisbətən stabil qalmasına kömək edir. Son dövrlərdə sosial şəbəkələrdə də geniş yayılan bu fikir xüsusilə gərgin iş və imtahan dövrləri ilə əlaqələndirilir.
Yuxu depolama anlayışı ilk dəfə 2009-cu ildə ABŞ-da aparılan araşdırmalarda gündəmə gəlib. Utah Dövlət Universitetindən Tracy Ruppun rəhbərlik etdiyi tədqiqatda bir qrup hərbçi iki hissəyə bölünüb. Bir qrup bir həftə ərzində gecə yeddi saat, digər qrup isə on saat yatıb. Daha sonra hər iki qrupa cəmi üç saat yuxu icazəsi verilib. Ardınca isə normal rejimə qayıdılıb. Nəticələr göstərib ki, əvvəlcədən daha çox yatanlar yuxusuz mərhələdə daha ayıq olub və əvvəlki performanslarına daha tez dönüblər.
Sonrakı illərdə aparılan araşdırmalar da oxşar nəticələr ortaya qoyub. ABŞ-da xəstəxana şəraitində aparılan tədqiqatda gecə növbəsi öncəsi əlavə yuxu alan tibb işçilərinin iş zamanı daha diqqətli olduğu müşahidə edilib. İdman sahəsində də bu üsuldan istifadə edilir. Yelkən yarışlarında iştirak edən idmançılar yuxu azlığının yaratdığı səhvlərin azalmasını bu üsulla əlaqələndirir. Peşəkar idmançılar üzərində aparılan tədqiqatlar daha uzun yuxunun fiziki gərginliyi azaltdığını və performansı yüksəltdiyini göstərib.
Bununla yanaşı, bütün alimlər bu fikri bölüşmür. Bəzi mütəxəssislər hesab edir ki, orqanizm gələcək üçün yuxu yığa bilmir və sadəcə əvvəlki yuxu çatışmazlığını aradan qaldırır. Onların fikrincə, insan yorğun olmadığı halda uzun müddət yata bilmirsə, bu, yuxunun depolanmadığını göstərir. Bu yanaşmaya görə, yuxu banka hesabından çox borc mexanizminə bənzəyir və artıq ehtiyat toplamaq mümkün deyil.
Yuxunun niyə bu qədər vacib olduğu isə elmi baxımdan aydındır. Yuxu zamanı beyində və bədəndə bərpaedici proseslər gedir, gün ərzində toplanan tullantılar təmizlənir, yaddaş möhkəmlənir. Uzunmüddətli yuxu çatışmazlığı diqqət dağınıqlığına, motivasiya azalmasına və zehni ləngiməyə səbəb olur. Xüsusilə yeni bilik öyrənmək və ya fiziki bacarıqları inkişaf etdirmək çətinləşir.
Bu üsulu dəstəkləyənlər bildirir ki, gərgin dövrlərdən əvvəl bir neçə həftə ərzində hər gecə yarım saat və ya bir saat artıq yatmaq fərqi hiss etdirməyə bilər. Bəziləri üçün bu, səhər bir az gec qalxmaqla mümkündür, digərləri isə axşam daha tez yatmağı üstün tutur. Günorta qısa yuxular da gecə rejimini pozmadığı halda faydalı sayılır.
Alimlərin razılaşmadığı məqamlardan biri də artıq ciddi yuxu çatışmazlığı olan insanlar üçün bu üsulun nə dərəcədə təsirli olmasıdır. Bir qisim tədqiqatçılar bunun kömək edə biləcəyini desə də, itirilmiş yuxunun mümkün qədər tez bərpa edilməsinin daha vacib olduğunu vurğulayır. Digərləri isə uzunmüddətli həll yolu kimi yuxu depolamaya güvənməyin riskli olduğunu bildirir.
Ümumi yanaşma ondan ibarətdir ki, hər gecə bir qədər artıq yatmaq sağlamlıq üçün faydalı ola bilər. Ancaq davamlı şəkildə normadan xeyli çox yuxuya ehtiyac duymaq başqa problemlərin əlaməti də ola bilər. Yəni yuxunu əvvəlcədən "yığmaq" bəzən kömək etsə də, sağlam və stabil yuxu rejimini əvəz etmir.
Kənan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Fevral 2026 03:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see297

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see288

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see274

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see271

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see271

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see269

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see265

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see263

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see263

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see256

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see238

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see237

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see234

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see229

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see228

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see227

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see227

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see223

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see222

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri