Icma.az
close
up
RU
“Hekayəm Hacıismayıllıdan başlayır” Elçin Hüseynovdan yubiley filmi

“Hekayəm Hacıismayıllıdan başlayır” Elçin Hüseynovdan yubiley filmi

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər insanın həyatında onu özünə qaytaran bir başlanğıc, qəlbində əbədi yaşatdığı bir doğma ocaq və taleyinə istiqamət verən mənəvi köklər var…

Mənim köklərim Cəlilabad rayonunun Hacıismayıllı kəndindədir.

19 dekabr 2026-cı ildə 50 illik ömür yolumu, eyni zamanda 30 illik sənət fəaliyyətimi qeyd edəcəyəm. Bu əlamətdar günü möhtəşəm konsert proqramı ilə qeyd etməyə hazırlaşırıq.

50 illik yubileyim və 30 illik sənət fəaliyyətim münasibətilə həyat və yaradıcılıq yolumdan bəhs edən geniş sənədli film də hazırlanır.

İlk növbədə bu layihənin ərsəyə gəlməsində əməyi olan, filmin hazırlanması təşəbbüsünü irəli sürən və bu böyük işin həyata keçirilməsi üçün çalışan hər kəsə — başda rejissorumuz Emin Abışov (“Em Line Film”), texniki heyətin rəhbəri Rövşən Quluyev (“FREEM Film”) olmaqla bütün yaradıcı heyətə, çəkiliş komandasına, eləcə də bizə göstərdikləri diqqət və səmimiyyətə görə Hacıismayıllı kəndinin sakinlərinə indidən dərin təşəkkürümü bildirirəm.

Sənədli filmin hekayəsi mənim dünyaya göz açdığım, ilk addımlarımı atdığım, həyatın və insanlığın ilk dərslərini öyrəndiyim torpaqdan — Cəlilabad rayonunun Hacıismayıllı kəndindən başlayır.

Çəkilişlər doğma Azərbaycanımızın müxtəlif məkanları ilə yanaşı, Bakı, qardaş Türkiyənin İstanbul şəhəri, Rusiya və həyat və sənət yolumla bağlı digər yerlərdə davam edəcək. Filmdə illər ərzində yolumun kəsişdiyi bir çox tanınmış insanların da mənim haqqımda xatirələri və fikirləri yer alacaq.

İnanıram ki, çox maraqlı, mənalı və yaddaqalan bir sənədli film ərsəyə gələcək.

Filmin ilk çəkilişlərinin məhz doğulub boya-başa çatdığım Hacıismayıllı kəndində aparılması mənim üçün xüsusi məna daşıyır. Çünki bu kənd mənim üçün sadəcə doğulduğum ünvan deyil. Bura mənim uşaqlığımın keçdiyi, ilk arzularımın yarandığı, sevincimin və kədərimin izlərini qoruyan müqəddəs məkandır.

Hacıismayıllı mənim ata ocağım, yaddaşım, mənəvi sığınacağım və həyat yolumun başlanğıc nöqtəsidir. İnsan harada yaşamasından, hansı zirvələrə yüksəlməsindən asılı olmayaraq, qəlbinin bir parçası həmişə doğulduğu torpaqda qalır.

Rəhmətlik atam Hacı Əlipənah Hüseynov bizə yalnız bir ad və soyad deyil, böyük bir mənəvi miras qoyub. O, bizə insanlara və el-obaya xidmət etməyi, ehtiyacı olana dayaq durmağı, xeyirxahlığı həyat tərzinə çevirməyi və doğulduğun torpağı heç zaman unutmamağı öyrədib.

Atamın mirası bizim üçün maddi sərvətdən daha qiymətlidir. Bu, vicdanla yaşamaq, halal zəhmətə inanmaq, elin dərdinə şərik olmaq və ata ocağının adına layiq övlad kimi davranmaq məsuliyyətidir.

Bu gün biz 4 qardaş Əlibaba,Rahim— başda ailəmizin dəyərli ağsaqqalı Niyaz qardaşım olmaqla — atamızın bizə əmanət etdiyi bu yolu davam etdirməyə çalışırıq.

İllər ərzində doğma Hacıismayıllı kəndimizdə məscidin tikintisi, kəndə ilk dəfə şirin bulaq suyunun çəkilməsi, qəbiristanlığın abadlaşdırılması, yolların yaxşılaşdırılması, işıqlandırma və digər abadlıq işlərində imkanımız daxilində əlimizdən gələn dəstəyi göstərmişik.

Bizim üçün görülən hər bir işin arxasında bir məqsəd dayanıb: doğulduğumuz torpağa, böyüdüyümüz el-obaya xidmət etmək.

Bu işlərin həyata keçirilməsində bizə göstərdiyi diqqət və dəstəyə görə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq müəllim Cəlilova da xüsusi minnətdarlığımı bildirirəm. Bu gün də Rafiq müəllimlə görüşərək kəndimizdə görülən və gələcəkdə görülməsi nəzərdə tutulan işlər barədə fikir mübadiləsi apardıq. Onun səmimi münasibəti, dəyərli məsləhətləri və doğma rayonumuzun abadlığına göstərdiyi diqqət bizim üçün böyük stimul oldu.

Bütün bunları gördüyümüz işləri sadalamaq və ya nümayiş etdirmək üçün deyil, atamızdan bizə qalan bir ənənənin, mənəvi borcun və doğma torpağa bağlılığın davamı kimi bölüşürəm.

Bu film mənim üçün yalnız 50 illik bir ömrün və 30 illik sənət yolunun hekayəsi deyil.

Bu film — haradan gəldiyimin, hansı ocaqdan çıxdığımın, kimlərdən örnək aldığımın, hansı dəyərlərlə böyüdüyümün və bu günə qədər keçdiyim yolun hekayəsidir.

50 il…Bir ömür yolu.

30 il…Bir sənət yolu.

Və bütün bu yolun başlanğıcında bir ünvan dayanır:

Doğma Hacıismayıllı…

Hekayəm başladığım yerdən başlayır…

Elçin Hüseynov

50 illik ömür - 30 illik sənət yolu (19 dekabr 2026)











Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Sentyabr 2026 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri