Həkəri su anbarı 700 minə yaxın əhalini içməli su ilə təmin edəcək
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
“Həkəriçay üzərində tikiləcək ümumi həcmi 100 milyon kubmetr olan anbarın 90 milyon kubmetri faydalı həcmdir”.
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev deyib.
İşğaldan azad olunmuş ərazilərdə su anbarlarının bərpası ilə bağlı planlardan danışan rəsmi nümayəndə qeyd edib ki, 11 iyul 2026-cı ildə Prezidentin iştirakı ilə Laçın rayonu ərazisində Həkəriçay üzərində tikiləcək su anbarının təməli qoyulub:
“172 kilometrlik magistral xətt vasitəsilə Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Xocavənd və Ağdam rayonlarının, ümumilikdə 700 minə yaxın əhalinin içməli su ilə təmin edilməsi nəzərdə tutulur. Həmçinin magistral xətt üzərində gücü 10,8 meqavat olan su elektrik stansiyasının tikintisi də planlaşdırılır”.
A.Quliyev bildirib ki, hələlik Bərgüşad su anbarı ilə bağlı sənədləşmə işləri aparılır.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 27 Oktyabr 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















