Icma.az
close
up
RU
Həkim 73 yaşlı qadına “ölürsə, ölsün” deyib? Rəsmi açıqlama

Həkim 73 yaşlı qadına “ölürsə, ölsün” deyib? Rəsmi açıqlama

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qobudakı Ailə Sağlamlıq Xəstəxanasının terapevti 8 gündür yataq xəstəsinə baxmaq üçün çağırışlara cavab vermir. Telefonda məlumat verirlər ki, guya baxılır”.

Bu şikayətlə “Qafqazinfo”ya müayinəyə ehtiyacı olduğu deyilən vətəndaş Nəzakət Əliyevanın oğlu Rauf Mirzəyev müraciət edib.

Abşeron rayonu, Qobu qəsəbəsi, Əli Heydərov küçəsi 14-dəki həyət evində yaşayan vətəndaş deyir ki, anası yataq xəstəsidir, yüksək təzyiqi və şəkəri var: “73 yaşlı xəstəmizə baxan yoxdur. Ailə sağlamlıq məntəqəsinin həkimi Könül Ələsgərova bildirir ki, yalnız ödənişli xidmət göstərir. 30 AZN ödəniş etsəm, evə gələrək baxacağını deyir. Mənim xəstəmə hər gün baxılmalı olduğu halda, bu məbləği hər gün ödəməli olmağım tələb olunur. Həkim açıq şəkildə “Mən heç kimdən qorxmuram, gəlib baxmıram, baxmayacağam. Xəstə ölür-ölsün, qalır-qalsın, mənə maraqlı deyil” sözlərini işlədib. Bu barədə Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoruna da məlumat vermişəm, lakin heç bir tədbir görülməyib”.

Məsələ ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasına sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Vətəndaş Rauf Mirzəyev 02.08.2025-ci il tarixində Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktorunun qəbulunda olub. 04.08.2025-ci il tarixində yaşadığı ünvana edilən ev ziyarəti zamanı qapı açılmadığından pasiyentin müayinəsi mümkün olmayıb.

05.08.2025-ci il tarixində vətəndaş təkrar ev şəraitində müayinə edilib və şəkərli diabet xəstəsi olması nəzərə alınaraq ona həkim-endokrinoloqun müayinəsi tövsiyə edilib. Lakin o, tibb müəssisəsinə müraciət etməkdən imtina edib. Bu barədə müvafiq qeyd pasiyentin tibbi kartına daxil edilib.

08.08.2025-ci il tarixində növbəti ev ziyarəti zamanı pasiyent yenidən müayinə olunub və ümumi vəziyyəti qənaətbəxş qiymətləndirilib. Sonuncu müayinədə arterial təzyiqin yüksək olduğu, insulinin vaxtında vurulmadığı müəyyən edilib. Həkim tərəfindən bu hallarla bağlı vətəndaşa zəruri tibbi tövsiyələr verilərək dərman vasitələrinin düzgün saxlanma şəraiti və ümumilikdə diqqət yetirilməli məsələlər barədə ətraflı məlumat verilib”.

Lamiyə Məmmədova 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Avqust 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri