Icma.az
close
up
RU
“Həkim ağır əməliyyatdan sonra bacımı zorla xəstəxanadan çıxardı...”

“Həkim ağır əməliyyatdan sonra bacımı zorla xəstəxanadan çıxardı...”

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bacım əməliyyat zamanı səhlənkarlıq nəticəsində zərər görüb, sonradan vəziyyəti pisləşməsinə baxmayaraq həkim-uroloq Sərxan Nağıyev tərəfindən xəstəxanadan evə buraxılıb”. 

Bu iddia ilə “Qafqazinfo”ya Bərdə sakini Əli Sadıxov müraciət edib.

Şikayətçi bildirir ki, 52 yaşlı Aygün Rəhimova iyulun 8-də M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında əməliyyat olunub. Elə bütün problemlər də bundan sonra başlayıb: “Bacım qadın xəstəliyindən əziyyət çəkirdi və ginekoloq Leyla Rzaquliyeva tərəfindən müalicə olunmuşdu. Lakin heç bir nəticəsi olmadı və həkim onkoloji xəstəlik diaqnozu qoyaraq təcili əməliyyat olunmağını tövsiyə etdi. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında əməliyyat zamanı bacımın uşaqlığını çıxararkən sidik kisəsinə zərər vuruldu. Həkim dedi ki,1 ay müddətinə gözləməlisən, sonra isə həkim-uroloq tərəfindən yenidən əməliyyat olunmalısan. Bacım o cür ağır vəziyyətdə gözlədi və sentyabrın 9-da həmin xəstəxanada Sərxan Nağıyev tərəfindən yenidən əməliyyat olundu. Əməliyyatdan sonra bacımın vəziyyəti daha da pisləşdi”. 

Vətəndaş deyir ki, həkimdən bunun səbəbini soruşanda ona əməliyyatın uğursuz olduğu, amma sağalmanın getdiyi və xəstənin müalicəsinin xəstəxanada davam etdiriləcəyi bildirilib: “Amma mən gördüm ki, hər keçən gün bacımın vəziyyəti daha da pisləşir, buna görə başqa həkimə müraciət etdim. Professor bacıma baxan kimi mənə bildirdi ki, “əməliyyat düzgün aparılmayıb, xəstə yenidən əməliyyat olunmalıdır, heç bir sağalmadan söhbət gedə bilməz”.

Sərxan həkim isə mənə bildirdi ki, “xəstənin vəziyyəti yaxşıdır, evə buraxıram”. Halbuki xəstəxanada digər həkimlər qeyd edirdilər ki, xəstəni bu vəziyyətdə evə buraxmaq qəti olmaz. Lakin Sərxan həkim tərəfindən xəstəlik çıxarışına “aparılan müalicə sonrası birincili sağalma qeyd olunur” yazaraq xəstəni zorla xəstəxanadan çıxarıb. Bir dəfə də olsun, vəziyyəti ilə maraqlanmayıb. İndi heç bir həkim yenidən əməliyyatı öz üzərinə götürmür. 4 aydan sonra yenidən əməliyyat olunmalıdır, bacım o vaxta qədər dözə bilsə...

Hazırda vəziyyəti çox pisdir. Sərxan Nağıyev barədə xəstəxananın baş həkiminə və TƏBİB-ə yazılı müraciət də etmişəm”. 

Fotoda: Həkim-uroloq Sərxan Nağıyev

İddialarla bağlı həkim-uroloq Sərxan Nağıyevlə əlaqə saxladıq. O, açıqlamasında bu məsələdə özünü günahkar bilmədiyini dedi: “Xəstə sidik kisəsi–uşaqlıq yolu fistulası diaqnozu ilə 11.09.2025–22.09.2025 tarixləri arasında stasionar müalicə alıb və 12.09.2025 tarixdə transvezikal və vaginal sidik kisəsi–uşaqlıq yolu fistulasının ləğvi məqsədilə cərrahi əməliyyat olunub. 

Əməliyyatdan sonrakı ikinci gün xəstə gücənərək defekasiya aktı həyata keçirib, bu isə qarındaxili təzyiqin artmasına və erkən dövrdə qoyulmuş tikişlərin tam hermetikliyini itirməsinə səbəb olunub. Nəticədə fistul nahiyəsindən sidik sızması müşahidə edilib. 

Əməliyyatdan sonra xəstənin dəfələrlə gücənməsi, yataq rejiminə riayət etməməsi və həkim təlimatlarını pozması nəticəsində əməliyyat uğursuz sayılıb. Qeyd edim ki, dünya tibbi təcrübəsinə əsasən bu tip əməliyyatların residiv (təkrarlanma) ehtimalı 35–36 faiz təşkil edir”.

Sərxan Nağıyevin sözlərinə görə, xəstədə sidik kisəsi fistulası, keçirilmiş ağır ginekoloji-onkoloji əməliyyat zamanı sidik kisəsinin arxa divarının zədələnməsi nəticəsində yaranıb: “Yəni bu, ginekoloqların müdaxiləsi zamanı baş vermiş fəsaddır. Mən isə fistulanı cərrahi yolla bərpa etmişəm, lakin xəstənin adekvat davranmaması səbəbindən tikişlər tutmayıb.

Bir həkim kimi mən özümü bu vəziyyətdə günahkar hesab etmirəm və xəstəni də ağır vəziyyətdə evə yola salmamışam. İstər bağırsaq, istərsə də sidik kisəsi fistulalarının təkrarlama ehtimalı bütün dünya tibb praktikasında qəbul olunmuş faktdır. Bunu da bütün dünya həkimləri qəbul edir, bircə xəstə Rəhimova Aygün və yaxınları qərəzli şəkildə şər və böhtan atmaqla həkimə qarşı aqressiv mövqe tutmaqdadır. Hazırda xəstəyə təkrar əməliyyat planlanıb və iki ay sonra icra ediləcək”.

Məsələ ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) də müraciət ünvanladıq. Qurumdan sorğumuza belə cavab verildi: “1973-cü il təvəllüdlü Rəhimova Aygün Vəli qızı 11.09.2025-ci il tarixində Respublika Klinik Xəstəxanasına ambulator müraciət edib. Pasiyent həkim-uroloq Sərxan Nağıyevin qəbulunda olub və müvafiq müayinələrdən keçdikdən sonra ona sidik kisəsi-uşaqlıq yolunun fistulu diaqnozu təyin olunub.

Pasiyent üzərində 12.09.2025-ci il tarixində əməliyyat icra olunub. Əməliyyatdan sonra onun tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsi davam etdirilib. 22.09.2025-ci il tarixində qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.

29.09.2025-ci il tarixində pasiyentin qardaşı Sadıxov Əli Vəli oğlu tərəfindən tibb müəssisəsinə müraciət edilib və şikayət ərizəsi təqdim olunub. Hazırda müraciət araşdırılır, araşdırma bitdikdən sonra ətraflı məlumat veriləcək”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri