Icma.az
close
up
RU
Həkim dayanmış ürəyi necə cana gətirib?

Həkim dayanmış ürəyi necə cana gətirib?

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu nadir hadisə Şirvan şəhərində baş verib

Ötən həftə sosial şəbəkələrdə yayılmış bir xəbər əsl möcüzə kimi qarşılandı. Cərrahi əməliyyatdan bir həftə sonra 45 dəqiqə ürəyi dayanmış xəstəni həyata qaytaran Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Anesteziologiya və İntensiv Terapiya Şöbəsində çalışan anestezioloq-reanimatoloq Jalə Müslümovanın bu nadir uğura necə nail olduğunu öyrənmək üçün onunla görüşüb söhbətləşdik.

– Jalə xanım, ictimaiyyətdə geniş maraq doğuran həmin tibbi müdaxilə barədə danışmağınızı istərdik...

– Xəstə 19 noyabr tarixində mexaniki sarılıq diaqnozu ilə ikinci terapiya şöbəsinə müraciət etmiş, bir gün sonra isə əməliyyat olunmuşdu. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilmiş, vəziyyəti stabilləşdikdən sonra ikinci terapiya şöbəsində müalicəsini davam etdirmişdi. Hətta vəziyyəti yaxşı olduğu üçün ambulator müalicəyə göndərməyə hazırlaşırdıq.

Lakin noyabrın 25-də xəstənin vəziyyəti qəfil pisləşdi, yuxu arteriyası üzərində nəbzi olmadı. Şöbənin həkimi xəstədə kardiyak arrest baş verdiyi üçün dərhal həyati təhlükənin yarandığını bildirən “mavi kod” çağırışı etdi. Təcili siqnal daxil olduqdan sonra tibbi heyətlə birgə palataya endim və vəziyyəti yerində təsdiqlədim.Təcili tibbi müdaxiləyə, dərhal ürək masajına başladım. Eyni zamanda, xəstəyə yerində intubasiya aparıldı və ürək masajı davam etdirildi.

Paralel olaraq xəstəyə dərmanlar da tətbiq olunurdu. Vəziyyətini qismən stabilləşdirdikdən sonra onu yenidən reanimasiya şöbəsinə qaldırdıq. Ürəyin fəaliyyəti tam bərpa olunmamışdı, amma ürək masajı və dərman dəstəyi fonunda qan dövranı, tənəffüs süni şəkildə idarə olunurdu. Proses fasiləsiz şəkildə davam etdirilir, paralel tədbirlər görülürdü. Beyin hipoksiyasının qarşısını almaq üçün baş nahiyəsinə soyuq tətbiq olunur, lazımi dərmanlar vurulur, ürək fəaliyyətini stabilləşdirmək üçün bütün imkanlardan istifadə edilirdi.

– Bəs prosesin davam etdirilməsi və ya dayandırılması qərarı nəyə əsasən verilir?

– Ürək masajının 45 dəqiqə davam etməsi tibbi cəhətdən mümkün və düzgündür. Bu fakt həm tibbi qeydlərdə, həm də müşahidələrdə təsdiqlənib. Açığı, proses zamanı saniyə və ya dəqiqə hesabı aparmırdım. Sonradan sənədləşmə vaxtı məlum oldu ki, masaj təxminən 45 dəqiqə davam edib.

Proses zamanı analizlər götürülür, qan qazları yoxlanılırdı ki, vəziyyətin yaxşılaşıb-yaxşılaşmadığı dəqiq qiymətləndirilsin. Bunlar reanimasiya prosesinin tərkib hissəsidir, lakin çox vaxt insanlar bu detallardan xəbərdar olmur. Videoya baxanda sadəcə mənim ürək masajı etdiyim görünür, amma proses təkcə bundan ibarət deyildi. Masaj edərkən tibb bacılarına tapşırıqlar verirdim ki, dərmanları vaxtında və davamlı şəkildə tətbiq etsinlər.

– Bəs ikinci dəfə ürəyin dayanması prosesi necə oldu, ümumiyyətlə, bu cür risk hansı hallarda ortaya çıxır?

– Sosial mediada paylaşılan videoda da məhz ikinci ürək dayanması epizodu əks olunub. Biz xəstəni reanimasiya şöbəsinə qaldırmışdıq, şüuru qayıtmış, hemodinamik göstəriciləri normallaşmış, ürək fəaliyyəti bərpa olunmuşdu. Xəstəni süni ventilyasiya aparatına qoşmuşduq ki, beyin və digər orqanlar oksigensiz qalmasın. Lakin noyabrın 26-sı səhər saat 04:32 radələrində monitoru izləyərkən ürək fəaliyyətinin dayandığını müşahidə etdim. Xəstədə nəbz yox idi, ürək fəaliyyəti qeydə alınmırdı, tənəffüs dayanmışdı. Karotid arteriyada nəbzi yoxladım və ürək vurğusunun olmadığını təsdiqlədim və dərhal yenidən ürək masajına başladım.

– Xəstəyə bu qədər uzun müddət ürək masajı edilməsi halları daha əvvəl də yaşanıbmı?

– Bundan əvvəl də belə hallar yaşanıb, bir xəstənin uzunmüddətli ürək masajından sonra həyatda qalması müşahidə olunub. Məsələn, 40-42 dəqiqə ərzində xəstə həyata qaytarılıb.

Adətən müəyyən protokol və alqoritmlər var ki, hansısa saatdan sonra prosedur dayandırıla bilər. Lakin biz xəstənin vəziyyətini və reflekslərini qiymətləndirərək qərar veririk. Əgər reflekslər saxlanırsa, ürək masajını davam etdiririk. Bu xəstədə də orqanizm öz funksiyalarını yerinə yetirirdi və prosesi davam etdirmək önəmli idi. Belə uzunmüddətli ürək masajından sonra bədəndə bəzi mənfi təsirlər ola bilər, amma düzgün və səmərəli proses aparıldıqda heç bir ciddi, qalıcı problem yaranmır.

Xəstə on gün müddətində reanimasiya şöbəsində qaldı, nəzarət altında saxlanıldı, yavaş-yavaş hərəkət etdirildi, qidalandırıldı və danışması təmin edildi. Ürəyinin 45 dəqiqə dayandığını isə sonradan öyrəndi.

Xəstənin altı övladı olduğunu əvvəlcədən bilirdik, çünki anamnez prosesi zamanı bütün həyat məlumatlarını alırıq. Xəstə bizə keçmiş xəstəliklərini, əməliyyatlarını, dərmanlara qarşı reaksiyalarını bildirir. Bu məlumatlar çox əhəmiyyətlidir və xəstənin düzgün müalicəsində istifadə olunur.

İki gün ərzində tam yoxlanışdan sonra xəstə artıq evə buraxılıb, uşaqları ilə birlikdədir və vəziyyəti tam stabildir. Buna çox sevinirəm, çünki klinik ölüm keçirmiş şəxslərdə bəzən beyin və digər orqanlarda qalıcı mənfi təsirlər olur, lakin bu xəstənin bütün orqanları normal işləyir.

– İlkin tibbi yardım haqqında məlumatı olmayan insan ürək masajı etməyə çalışarsa, hansı səhvləri edə bilər?

– Belə bir şəxs masaj edərkən əllərini düzgün yerə qoymaya və gücünü düzgün yönləndirməyə bilər. Masajın texnikası vacibdir: qüvvə qollardan və bədən ağırlığından ötürülməlidir, sadəcə əllə sıxmaq, biləkdən ötürmək kifayət deyil.

İkincisi, masaj edərkən diqqətsiz olmaq qabırğanın sınmasına səbəb ola bilər. Həmçinin gecikmiş müdaxilə, məsələn, xəstənin ürək fəaliyyəti dayandıqdan sonra 5 dəqiqə ərzində başlanmayan masaj da effektiv olmur. Ona görə hər şey vaxtında və düzgün aparılmalıdır.

– Süni tənəffüs və ürək masajının əsas fərqi nədir? Hər ikisi eyni anda edilməlidirmi?

– İlk yardım (CPR) alqoritmi əvvəllər A-B-C (Airway, Breathing, Circulation – Tənəffüs, Nəfəs, Dövran) prinsipi üzrə aparılırdı. İlk olaraq tənəffüsə kömək olunur, sonra ürək masajına və beyin funksiyasının qorunmasına diqqət yetirilir. Son zamanlarda isə beynəlxalq təcrübəyə uyğun olaraq ABŞ və digər ölkələrin protokollarına əsasən, CAB prinsipi üzrə ürək masajına öncəlik verilir, amma tənəffüs də eyni zamanda dəstəklənir.

Əgər tibbi aparat yoxdursa, 30 ürək masajından sonra 2 dəfə süni tənəffüs edilir. Yəni 30 masaj – 2 tənəffüs prinsipi tətbiq olunur. Bu proses davamlı olaraq təkrarlanır. Hər tənəffüs ürəyin işləməsini dəstəkləyir və qan dövranını təmin edir.

Şok (kardioversiya) isə ürəyin ritmi pozulduqda tətbiq edilir. Həmin xəstədə VT - ventrikulyar taxikardiya oldugu üçün DF vəya elektroşok verildi, dərhal kardioversiya etdik. Bu, ürəyin normal ritmini bərpa etmək üçün həyata keçirilir.

– Ətraflı məlumata və maraqlı söhbətə görə çox sağ olun.

Söhbəti qələmə aldı:
Ləman TƏHMƏZ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see218

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see204

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see193

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see185

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see185

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see184

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see181

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see179

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see178

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see178

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see175

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see175

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see174

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see174

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see173

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see172

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see169

Polşa Prezidenti: “Arzularımı çatdırmaqdan şərəf duyuram!”

01 İyun 2026 20:15see160

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see152

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri