Həkim olmaq istəyən, pərəstişkarı ilə evlənən Xalq artisti Qardaşı niyə onu baltalamaq istəmişdi?
Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Səfurə Ağabala qızı İbrahimova 1938-ci il dekabrın 27-də Bakıda doğulub. Səfurənin anası Ağabala kişinin ikinci arvadı idi.
Atasının Bakıda mülkü, mağazası vardı. Ticarətlə məşğul olduğuna görə onun var-dövlətini əlindən alıb, ailəsini də ölkənin ən ucqar kəndlərindən birinə sürgün ediblər.
Həmin illər, elə Bakıya qayıdandan sonra da Səfurəgil çox aclıq çəkir. Yeməyə çörək tapmırdılar. Aktrisa son müsahibəsində xatırlayır: “Dörd-beş yaşım olanda anam məni diziylə itələyib bayıra atırdı ki, məndən balaca bacımın, qardaşımın süd payını içməyim. Böyüyəndən sonra da yadıma gəlir ki, çox aclıq çəkdik. Mənim qırmızı rəngdə bir paltom vardı. Anam onu zorla əynimdən çıxarıb satmaq istəyirdi ki, evə ərzaq alsın. Amma mən qışqırıb ağlamışdım, paltomu əynimdən çıxarmamışdım”.
***
Ən böyük arzusu həkim olmaq olub. Məktəbi bitirəndən sonra sənədlərini tibb universitetinə versə də, imtahanlardan kəsilib.
***
36 yaşında ailə həyatı qurub.Toyunda gəlinlik geyinməyib. 5 il davam edən ailə həyatı övladı olmadığına görə dağılıb. Ondan sonra heç vaxt ailə həyatı qurmayıb.
***
Həyat yoldaşı prokuror olub. Səfurə İbrahimovanın pərəstişkarı olub. Deyilənə görə, heç bir tamaşasını buraxmır, hər tamaşadan sonra ona gül-çiçək gətirərdi. Həyat yoldaşı onunla ailəsinin razılığı olmadan evlənmişdi, anası demişdi ki, ölümümə bir gün qalsa da, səni qoymaram onu alasan. Səfurə İbrahimova ərinin xalası qızı ilə nişanlı olduğunu sonralar bilib.
***
Həyat yoldaşından boşanandan sonra bir universitet müəllimi ilə münasibət qurub. Lakin müəllim tez-tez içib qapını döyüb qışqırırmış. Bu kimi səbəblərə görə ondan da ayrılıb.
***
Anası onun aktrisa olmasına razı olmayıb. O anası ilə bağlı xatirələrindən danışarkən anasının hətta ona bu sənəti seçdiyi üçün qarğış tökdüyünü bildirib: “Deyirdi, səni görüm heç vaxt gəlinlik geyinməyəsən, başına duvaq atmayasan”.
***
Qardaşları da Səfurənin aktrisa olmasını istəməyiblər. Hətta "Sevil" filmindəki roluna görə qardaşı onun üstünə balta qaldırıb.
***
Həsən Turabov, Eldəniz Zeynalov və Tariyel Qasımov ona evlənmə təklifi edib.
***
Xalq artisti Zərnigar Ağakişiyeva ilə ölənə qədər küsülü qalıb.
Bacısı oğlunu övladlığa götürüb.
***
Aktrisa uzun illər ərzində teatrda Hüseyn Cavidin “Səyavuş” əsərində Gəlin, “Knyaz”da Jasmin, “İblis”də Rəna, Sabit Rəhmanın “Sevimli rollar” əsərində Mələk, “Toy”da Kamilə, “Əliqulu evlənir”də Qumral, “Xoşbətlər”də İnci, “Küləklər”də Roza, M. Hüseynin “Alov” əsərində Əsmər, Səməd Vurğunun “Vaqif”ində Gülnar, “İnsan”da Tatyana, İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı”nda Mədinə, “Hökmdar və qız”da Tubu xanım, Bəxtiyar Vahabzadənin “Kimdir haqlı” əsərində Həyat, Vilyam Şekspirin “Hamlet”ində Ofeliya, Lorkanın “Dişi canavar”ında Prudensiya, Cəlil Məmmədquluzadənin “Anamın kitabı”nda Zəhra bəyim, Vidadi Babanlının “Ana intiqamı”nda Səltənət, Anarın “Adamın adamı” əsərində Balaxanım, Cəfər Cabbarlının “Sevil”ində Sevil, Əli Əmirlinin “Köhnə ev” əsərində Mələk və başqa bu kimi sanballı rollar yaradıb.
***
10-dan çox televiziya tamaşasında rol almış aktrisanın ən yaddaqalan ekran obrazlarından biri İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” lirik-psixoloji dramında yaratdığı Nəzakət obrazıdır. Aktrisa müxtəlif illərdə “Azərbaycanfilm” kinostudiyasında “Sevil” (Dilbər), “Arşın mal alan” (Telli) “Qatır Məmməd” (Həbibə), “Alma almaya bənzər” (Mədinə), “Qaynana (Sədaqət), “Bizim Cəbiş müəllim (Nəcəfovun arvadı) və başqa bədii filmlərə çəkilib.
***
Teatrda onu çox incidiblər. İş o həddə çatıb ki, “Sevil” tamaşasının premyerası zamanı onu yıxmaq da istəyiblər: “Sevil” tamaşasında mən düşdüyüm pilləkənlərdən birinin taxta pilləsini vurmamışdılar. Mənim də bundan xəbərim yox idi. Pilləkənləri düşəndə Allah üzümə baxdı ki, ayağımın altındakı boşluğu hiss etdim. Əgər mən ayağımı həmin boşluğa atsaydım, üzü üstə səhnənin döşəməsinə yıxılacaqdım”.
***
“Arxadan vurulan zərbə” də Ziba, “Sevil” filmində Dilbər, “Gün keçdi” filmində Əsmər roluna çəkilməsinə mane olublar.
Uzun illər fəxri ad almasının qarşısı alınıb.
***
Ömrünün son illərində tərki-dünya həyat tərzi keçirib.
Məşhur aktyor reanimasiyaya yerləşdirildi “Baku Cinema Breeze”in 2025-ci buraxılışı keçiriləcək Britaniyalı yazıçı vəfat etdi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:15
Bu xəbər 27 Dekabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















