Icma.az
close
up
RU
Həkim orqanizmi düzgün “təmizləməyin” yollarını açıqladı

Həkim orqanizmi düzgün “təmizləməyin” yollarını açıqladı

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Son illər populyarlaşan və orqanizmi “şlak və toksinlərdən təmizlədiyini” iddia edən detoks proqramlarının əksəriyyəti elmi əsasdan çox marketinq məqsədi daşıyır. Mütəxəssislər bildirir ki, insan bədəni özü-özünü təmizləyə bilən mükəmməl bir sistemdir və bunun üçün ekstremal pəhrizlərə və bahalı prosedurlara ehtiyac yoxdur.

AzPost xəbər verir ki, bu barədə aif.ru-ya ali kateqoriyalı həkim-terapevt Olqa Aleksandrova məlumat verib.

Onun sözlərinə görə, orqanizmdə detoksikasiya prosesləri fasiləsiz şəkildə gedir və bu prosesdə qaraciyər, böyrəklər, bağırsaqlar, ağciyərlər və dəri əsas rol oynayır. Qaraciyər bədənin əsas “filtri” hesab olunur və toksinləri əvvəlcə zərərsizləşdirir, daha sonra isə onların orqanizmdən xaric olunmasına hazırlayır.

“Sehrli vasitələr axtarmaqdansa, orqanizmin təbii təmizlənmə mexanizmlərini dəstəkləmək daha doğrudur. Bunun üçün sadə və elmi əsaslı qaydalara əməl etmək kifayətdir”, – deyə həkim vurğulayıb.

Olqa Aleksandrova sağlam “təmizlənmə” üçün 7 əsas tövsiyə verib:

Toksinlərin qəbulunu azaldın. Yarımfabrikatlar, konservantlı və süni boyalı məhsullar, spirtli içkilər və artıq kofein istifadəsini məhdudlaşdırın.

Daha sağlam bişirmə üsullarına üstünlük verin. Qızartma əvəzinə buğda bişirmə, sobada bişirmə və ya pörtlətmə tövsiyə olunur.

Qida liflərini artırın. Tərəvəzlər, meyvələr, dənli bitkilər və paxlalılar bağırsaqların sağlamlığı üçün vacibdir. Gün ərzində 5–6 porsiya lifli qida qəbul etmək faydalıdır.

Ət və şəkər qəbuluna nəzarət edin. Əti həftədə 2–3 dəfə yemək kifayətdir. Şəkərin normadan artıq qəbulu detoks proseslərini zəiflədir və orqanizmin daha tez qocalmasına səbəb olur.

Yetərli miqdarda maye qəbul edin. Gün ərzində azı 2 litr su içmək məsləhətdir. Suyun böyük hissəsini günün birinci yarısında qəbul etmək daha faydalıdır. Səhəri limonlu su ilə başlamaq, həmçinin tərəvəz şirələri və bitki çayları içmək tövsiyə olunur.

? Hərəkətdə olun və düzgün nəfəs alın. Fiziki aktivlik qan və limfa dövranını yaxşılaşdırır, dərin nəfəs isə ağciyərlərin toksinləri xaric etməsinə kömək edir.

? Hamam və ya saunadan istifadə edin (əks göstəriş yoxdursa). Bu, dəridən təmizlənmə prosesini aktivləşdirir. Kontrast duş isə orqanizmi tonusda saxlayır.

Mütəxəssis vətəndaşları aqressiv reklam olunan “orqanizm təmizləyici” vasitələrə etibar etməməyə çağırıb və sağlam həyat tərzinin ən effektiv detoks üsulu olduğunu bildirib.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:238
embedMənbə:https://azpost.info
archiveBu xəbər 03 Fevral 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri