Icma.az
close
up
RU
Həkim səhlənkarlığı 30 yaşlı qadını bu hala saldı VİDEO

Həkim səhlənkarlığı 30 yaşlı qadını bu hala saldı VİDEO

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Həkim səhlənkarlığı 30 yaşlı qadının səhhətində ciddi fəsadlar yaradıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə plastik cərrah Dilqəm Məhərrəmov sosial şəbəkə səhifəsində məlumat verib. O qeyd edib ki, doğuş etməmiş 30 yaşlı pasiyent qadının hər iki süd vəzisinə süni gel vurulub.

“Kosmetoloji mərkəzin birində dörd il əvvəl gel vurulduqdan sonra qadının sinəsinin hər iki tərəfində irinləmə olub. Dörd il ərzində müxtəlif əməliyyatlar aparılıb, süd vəzisi toxuması tamamilə çıxarılıb, təmizlənib. Bir bərpa cərrahiyyəsi də olub, nəticə olmayıb. Nəticədə iki süd vəzisi itirilmiş şəkildə deformasiyaya uğrayıb”, – deyə o bildirib.

D.Məhərrəmov əlavə edib ki, qadının bədəni tamamilə öz sağlamlığını və gözəlliyini itirmiş hala gəlib. Onun sözlərinə görə, pasiyentin psixoloji durumu, sosial əlaqələri pozulub. Həkim əlavə edib ki, həmin qadın çox depressiv haldadır.

“Subay bir insandır. Süd vəziləri itdiyinə görə suallardan biri də gələcəkdə ana olduqdan sonra südvermənin artıq mümkün olmayacağı ilə bağlıdır. Çünki qadın bu süd vəzilərindən mərhum olub. Qeyri-steril şəraitdə plastik cərrah olmayan həkimin yaratdığı problemlər və heç bir normaya uyğun olmayan dolğuları bu şəkildə sonsuz istifadə qaydaları hələ də davam edir. Bu tipli ağırlaşdırmalarla insanlar üzləşməkdədirlər”, – deyə o bildirib.

Həkim vurğulayıb ki, ən maraqlı məsələ bu hadisəni törədən insanların bu ağırlaşmalarda pasiyentlərə kömək edə bilməmələridir:

“Artıq pasiyentlər müxtəlif variantlarla mərkəzdən uzaqlaşdırılır. Həmin pasiyentlər də uzun müddət bu işə özlərinə həsr etmiş plastik cərrahlara üz tuturlar”.

Tanınmış cərrahın videosuna “Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva münasibət bildirib:

“Dilqəm doktor, mən sizə uzun müddətdir deyirdim ki, bu məsələləri vaxtında işıqlandırmaq lazımdır ki, qızlarımız belə bədbəxt olmasınlar, belə problemlərlə üzləşməsinlər. Axı onlar gələcəyin anasıdır. Nə yaxşı ki, sizin kimi savadlı həkimlərimiz var, mən sizə çox təşəkkür edirəm. Burada şərhimi oxuyan bütün insanlara, fərq etmir kişi, ya qadın, demək istəyirəm ki, bütün mövzularda hələ ki, sağlamlıq mövzusunda hər zaman peşəkarlara üz tutun. Siz də o peşəkarlardan birisiniz, var olun hər zaman”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Noyabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri