Icma.az
close
up
RU
Həkim səhlənkarlığı 30 yaşlı qadını bu hala saldı VİDEO Yeni Sabah

Həkim səhlənkarlığı 30 yaşlı qadını bu hala saldı VİDEO Yeni Sabah

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Həkim səhlənkarlığı 30 yaşlı qadının səhhətində ciddi fəsadlar yaradıb.

Yenisabah.az xəbər verir ki, bu barədə plastik cərrah Dilqəm Məhərrəmov sosial şəbəkə səhifəsində məlumat verib. O qeyd edib ki, doğuş etməmiş 30 yaşlı pasiyent qadının hər iki süd vəzisinə süni gel vurulub.

“Kosmetoloji mərkəzin birində dörd il əvvəl gel vurulduqdan sonra qadının sinəsinin hər iki tərəfində irinləmə olub. Dörd il ərzində müxtəlif əməliyyatlar aparılıb, süd vəzisi toxuması tamamilə çıxarılıb, təmizlənib. Bir bərpa cərrahiyyəsi də olub, nəticə olmayıb. Nəticədə iki süd vəzisi itirilmiş şəkildə deformasiyaya uğrayıb”, - deyə o bildirib.

D.Məhərrəmov əlavə edib ki, qadının bədəni tamamilə öz sağlamlığını və gözəlliyini itirmiş hala gəlib. Onun sözlərinə görə, pasiyentin psixoloji durumu, sosial əlaqələri pozulub. Həkim əlavə edib ki, həmin qadın çox depressiv haldadır.

“Subay bir insandır. Süd vəziləri itdiyinə görə suallardan biri də gələcəkdə ana olduqdan sonra südvermənin artıq mümkün olmayacağı ilə bağlıdır. Çünki qadın bu süd vəzilərindən mərhum olub. Qeyri-steril şəraitdə plastik cərrah olmayan həkimin yaratdığı problemlər və heç bir normaya uyğun olmayan dolğuları bu şəkildə sonsuz istifadə qaydaları hələ də davam edir. Bu tipli ağırlaşdırmalarla insanlar üzləşməkdədirlər”, - deyə o bildirib.

Həkim vurğulayıb ki, ən maraqlı məsələ bu hadisəni törədən insanların bu ağırlaşmalarda pasiyentlərə kömək edə bilməmələridir:

“Artıq pasiyentlər müxtəlif variantlarla mərkəzdən uzaqlaşdırılır. Həmin pasiyentlər də uzun müddət bu işə özlərinə həsr etmiş plastik cərrahlara üz tuturlar”.

Tanınmış cərrahın videosuna “Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva münasibət bildirib:

“Dilqəm doktor, mən sizə uzun müddətdir deyirdim ki, bu məsələləri vaxtında işıqlandırmaq lazımdır ki, qızlarımız belə bədbəxt olmasınlar, belə problemlərlə üzləşməsinlər. Axı onlar gələcəyin anasıdır. Nə yaxşı ki, sizin kimi savadlı həkimlərimiz var, mən sizə çox təşəkkür edirəm. Burada şərhimi oxuyan bütün insanlara, fərq etmir kişi, ya qadın, demək istəyirəm ki, bütün mövzularda hələ ki, sağlamlıq mövzusunda hər zaman peşəkarlara üz tutun. Siz də o peşəkarlardan birisiniz, var olun hər zaman”./ OLAY


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Noyabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri