Icma.az
close
up
RU
Həkim xəbərdarlıq etdi: Bu şəxslər 3 gündən çox bayram şirniyyatı yeməsin

Həkim xəbərdarlıq etdi: Bu şəxslər 3 gündən çox bayram şirniyyatı yeməsin

Olke.az saytına istinadən Icma.az xəbər verir.

"Bayramda 1-2 gün şəkərbura, paxlava və s. yeyin. Ən çoxu 3 gün olar. Ay sonuna kimi tətil olması elə hər gün bayram eləmək anlamına gəlməz. Bişirdikləriniz bitməyibsə, paylayın bitsin".

Ölkə.Az xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. O, xüsusilə süd verən anaları bayram şirniyyatlarından uzaq durmağa çağırıb.

“Çox az görünə bilər, amma bizim ənənəvi paxlava ölçü və içindəki yağ, şəkər, qoz baxımından bir nəfər üçün əslində çoxdur. Şəkərli diabetimiz olmasa belə çoxlu yağ, şəkər mədəaltı vəzimizi yükləyir, öd sistemini sürətli çalışmağa məcbur edir. Hələ gün ərzində yeyilən digər şirniyyatlar, yağla zəngin ləpələr, yağlı plov və s.

Hamilələrdə son aylarda mexaniki və hormonal səbəbdən öd durğunluğunu nəzərə alıb bu qidaların miqdarına diqqət etməliyik.
Süd verən ananın da həzm sistemindəki yüklənmə uşağın dərisində səpkilər, qızartılar, kakasında selik, bağırsağında sancı şəklində özünü göstərir”.

Mütəxəssisin sözlərinə görə, uşaqların da çox şirniyat yeməsi lazım deyil:

“Bəzən analar deyir ki, uşaq şirniyyat yemir ki, bir dəfə dişləyib atır. Əslində, bu, normaldır. O bir dişlək paxlava ya şəkərburada uşaq özünə kifayət edən dozada yağ, şəkər alır və gün ərzində yemək istəməməsi təbiidir. Yəni doyur və meyvə-tərəvəz istəmir.

Ona görə şirniyyatlı günləri uzatmamalıyıq ki, normal qida vərdişləri pozulmasın. Uşaqlarda allergik fon güclənir, qəbizlik yaranır, şəkərin qidalandırdığı göbələk artdığından uşaqlar əsəbi, qıcıqlı olur, öd yollarında daş, polip, diskineziya olan uşaqlar və böyüklərdə kəskinləşmə halları ola bilər.

Bayram günləri Ramazan ayına təsadüf etdiyindən axşam saatlarında mədə-bağırsaq sistemini bol şəkərli və bol yağlı yeməklərlə yükləmək qəti olmaz. Çünki fəsadları asanlıqla ortadan qalxmayacaq”.

Billurə Yunus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Mart 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri