Icma.az
close
up
RU
"Muğam" müsabiqəsinin nəyinə baxım?"

"Muğam" müsabiqəsinin nəyinə baxım?"

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Xalq artisti Alim Qasımov IX “Muğam” Televiziya Müsabiqəsinin finalında yaşanan qalmaqala münasibət bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə sənətçi "Daha aydın" layihəsində danışıb.

A.Qasımov niyə münsif kimi iştirak etməməsinə aydınlıq gətirib:

"Münsif olmağımla bağlı təkliflər var. Lakin xasiyyətimlə bağlı istəmirəm orada uşaqların xətrinə dəyim və ya münsiflər məndən incisinlər. Sonra özümü danlayıram ki, "bu, sənə lazım idi?". Orada özümdən asılı olmayaraq düz və ya əyrini deməliyəm. O da uşağın atası, əmisi deyəcək ki, yekə kişisən, onu niyə pərt etdin? Bunların dərdindən ac qarnım, dinc başım. Bu elə birşeydir ki... Yaxşı ki, tarixin dayısı yoxdur. Mən sağ olanda dayılıq edə bilərəm ki, düşüm tarixə. Amma öləndən sonra tarix dəniz kimi təmizləyib artıqları sahilə atacaq. Tarix var-dövlət, rüşvətlə əmələ gəlmir. Bu sənəti seçmək də olar, müsabiqədə qalib gəlmək də mümkündür, amma nə olsun? İstedad varsa, müsabiqəsiz də bu sənətdə olacaq. İstedad elə bir şeydir ki, Allahdan gəlir. Onun qarşısını heç kəs kəsə bilməz".

Alim Qasımov müsabiqədə həmkarlarının iştirakçılara verdiyi xalları səmimi qəbul etmədiyini vurğulayıb:

"Həmin müsabiqəyə ciddi baxmıram. Seçimlərdə ədalətsizliyin olması ilə bağlı heç nə deyə bilmərəm. Çünki heç baxmıram, qarışmıram da. Çünki ürəklə etmirlər. Biri 9 xal verir, hamı da eyni. Bunun nəyinə baxım? Biri 3, o biri 5, digəri 10 verməlidir. Mübahisəli nəsə olanda deməli orada həqiqət var. Hərənin öz fikri olmalıdır. Orada münsiflər bir-birilərinə hörmət edirlər".

Qeyd edək ki, sözügedən müsabiqənin iştirakçılarından olan Kənan Novruzov yarışmada haqsızlığa uğradığını iddia edib. O, bu il finalda təqdim olunan diplomdan imtina edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 16 Noyabr 2025 04:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri