Icma.az
close
up
RU
Daha Azərbaycana turist gəlmir SƏBƏB?

Daha Azərbaycana turist gəlmir SƏBƏB?

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Azərbaycana bu ilin yay mövsümündə gələn turistlərin sayı 5 faizdən çox azalıb. Belə ki, bu il iyun-avqust aylarında ölkəyə 740 min 722 turist səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azdır. Mövsüm ərzində ən çox turist 196 min 789 nəfər olmaqla, Rusiyadan gəlib. Bu göstərici ötən ilin yay mövsümü ilə müqayisədə 12 faiz azalma deməkdir. İkinci yerdə 116 min 479 nəfərlə Türkiyədən gələnlər qərarlaşıb. Bu da bir il əvvələ nisbətən 8,6 faiz artım deməkdir. Maraqlıdır, ölkəyə gələn turistlərin sayı niyə azalıb?

“Bunun obyektiv səbəbləri var”

Bakupost.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov “Kaspi”yə açıqlamasında turizmin enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sahə olduğunu bildirib.

Bu səbəbdən turizmin inkişaf etdirilməsi və ölkəyə gələn turistlərin sayının artırılması prioritet məsələlərdəndir: “Pandemiyadan sonrakı dövrdə ölkəyə gələn turistlərin sayında artımlar müşahidə etdik. Lakin 2025-ci ildə bəzi ölkələrdən, xüsusilə Rusiya və Hindistandan gələn turistlərin sayında azalma qeydə alınır. Bunun obyektiv səbəbləri var. Səbəblər bəzən iki ölkə arasındakı münasibətlər, xidmət keyfiyyəti və qiymətlərlə bağlıdır. Təbii ki, turizm sektorunda xidmətin artırılması və qiymətlərin optimallaşdırılması çox vacibdir. Çünki xidmət keyfiyyətinin artırılması daha çox turistlərin cəlb edilməsinə imkan yarada bilər”.

Millət vəkili vurğulayır ki, daha çox turistin cəlb edilməsi üçün fasiləsiz turizm imkanlarının formalaşdırılması və turistik məhsulların genişləndirilməsi xüsusilə vacibdir: “Bu kontekstdə islahatların dərinləşdirilməsi zəruridir ki, növbəti mərhələdə ölkəyə gələn turistlərin sayında azalma müşahidə olunmasın”.

Gərginlik, təyyarə qəzası...

Ətraflı

Turizmçi Anar Həsənov deyir ki, bu il Rusiyada yaşayan azərbaycanlıların səfərlərinin azalması turist axınına ciddi təsir göstərib: “Bunun başlıca səbəbi Azərbaycanla Rusiya arasında yaranmış gərginlikdir. Təyyarə qəzasından sonra insanlar hava nəqliyyatında təhlükəsizliklə bağlı narahatlıq keçirməyə başladılar. Üstəlik, AZAL-ın bəzi reyslərinin ləğv olunması və digər reyslərdə biletlərin qiymətinin bahalaşması da bu prosesə mənfi təsir göstərdi”.

Türkiyə istiqamətinə gəlincə, burada da maraqlı dəyişikliklər müşahidə olunur. Həmsöhbətimiz bildirir ki, Türkiyə vətəndaşları üçün hazırda Avropada və ya Misirdə istirahət etmək daha sərfəlidir: “Yəni bu istiqamətlərdə istirahət etmək Azərbaycana gəlməkdən ucuz başa gəlir. Əvvəllər türkiyəli turistlər Gürcüstan üzərindən quru yolla Azərbaycana səfər edə bilirdilərsə, hazırda bu, demək olar ki, mümkün deyil. Bu da turist axınının azalmasına səbəb olur”.

Geosiyasi gərginliklər, əlverişsiz xərclər

Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov da təsdiqləyir ki, regionda son aylarda baş verən geosiyasi gərginliklər turistlərin sayına birbaşa təsir göstərib: “ İran-İsrail qarşıdurması, Pakistan-Hindistan münasibətlərindəki gərginlik və digər münaqişələr Azərbaycanın hədəf bazarlarından gələn turistlərin sayına birbaşa təsir göstərib. Bu ölkələr Azərbaycanın əsas turizm bazarları sayıldığından, həmin istiqamətlərdəki azalma ümumi statistikaya da ciddi şəkildə təsir edib. Hava məkanının bir sıra dövrlərdə bağlı olması da bu prosesə təsirsiz qalmayıb. Belə ki, ərəb ölkələrindən gələn turistlər üçün uçuş marşrutlarının uzanması, normalda 3 saat olan uçuşun 6-7 saata qədər çəkməsi Azərbaycana səfəri həm vaxt, həm də xərclər baxımından əlverişsiz vəziyyətə gətirib”.

“Azərbaycan əlverişli turizm istiqamətidir”

C.Aşurov vurğulayır ki, Azərbaycan həm qonaqlama, həm də qidalanma baxımından regionda turistlər üçün kifayət qədər əlverişli ölkə hesab olunur: “Lakin ölkəyə gəlmək hazırda nisbətən baha başa gəlir. Nəzərə alsaq ki, quru sərhədlər hələ də bağlıdır, turistlər yalnız hava nəqliyyatından istifadə edə bilirlər. Uçuş biletlərinin qiymətləri isə hər zaman sərfəli və əlçatan olmur. Bu da turistlərin seçimlərinə birbaşa təsir göstərir. Xaricə səfərlərin bahalaşması daxili turizmin inkişafına təkan verib. Pandemiyadan əvvəl, 2019-cu ildə təxminən 5,5 milyon Azərbaycan vətəndaşı ölkə xaricinə səfər edirdi. Hazırda bu rəqəm hələ də həmin səviyyəyə çatmayıb, yəni çıxışların sayı o dövrdəkinin təxminən yarısı qədərdir. Bu da göstərir ki, tələbatın böyük hissəsi ölkə daxilində qarşılanır. Ölkədaxili səfərlərin sayı və dinamikası nəzərəçarpacaq dərəcədə artıb”.

Əgər tranzit hava limanları ilə daha sıx əlaqələr qurularsa...

Həmsöhbətimiz vurğulayır ki, daxili turizmin canlanmasında həmkarlar ittifaqlarının və turizm şirkətlərinin təşəbbüsləri mühüm rol oynayıb: “Xüsusilə bu ilin yay aylarında Həmkarlar İttifaqının yeni platforması əsasında səfərlərin sayı artdı. Turizm şirkətləri artıq 1-2 günlük daxili turlar təşkil edirlər. Bu da ölkədaxili turizmi daha əlçatan edib. Yalnız hotellər deyil, kənd evləri, kiçik ailəvi evlər, “aframe” tipli evlərin sayının artması da insanlara münasib qiymətlərlə istirahət imkanı yaradır. Amma gələn il daha çox turist qəbul etmək üçün hava nəqliyyatı infrastrukturundan istifadə zəruridir. Əgər quru sərhədlərin açılması geciksə, digər beynəlxalq hava limanlarımızın imkanlarından daha səmərəli istifadə edilməlidir. Əlverişli qiymətə uçuşlar təklif edən aviaşirkətlərin cəlb olunması vacibdir. Əgər tranzit hava limanları ilə daha sıx əlaqələr qurularsa, həm ölkəmizə gələn turistlərin sayı, həm də regionlarda turizm aktivliyi artar”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 16 Noyabr 2025 05:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see290

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see268

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see261

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see258

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see208

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see193

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see185

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see183

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see183

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see180

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see178

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see175

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see175

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see175

Tıxaclara görə BDU da dərslər onlayn keçiriləcək

23 Sentyabr 2026 07:36see172

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see172

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see169

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see169

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see166

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri