Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Həkim xəstənin çıxışını tortla qeyd edib? Açıqlama

Həkim xəstənin çıxışını tortla qeyd edib? Açıqlama

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Təcili tibbi yardım maşınında qəzaya düşərək xəstəxanaya yerləşdirilən Əliağa Quliyevin oğlu Elməddin Təhməzli həkimlərin atasına qarşı hörmətsizlik etdiyini iddia edib.
E.Təhməzli “Qafqazinfo”ya müraciətində atasının həkim olduğunu, xidmətdə olarkən ağır qəza keçirdiyini, yerləşdirildiyi xəstəxanada ona qarşı həkimə yaraşmayan hərəkət edildiyini bildirib:
“Atam Əliağa Quliyev TƏBİB-in işçisidir, o, avqustun 1-i Hacıqabulda təcili tibbi yardım maşınında qəzaya düşüb. Həmin gündən də komatoz vəziyyətdə, ağır kəllə-beyin travması diaqnozu ilə “Appro Hospital”a yerləşdirilib. Cərrah Ağadadaş Qasımov atamı əməliyyat etdi. Bizdən 40 min manata yaxın pul aldılar. Lakin 35 gündən sonra həkimlər bizə “bu xəstə öləcək” deyib, xəstəxanadan çıxarmağımızı məsləhət gördülər. Atamı Kliniki Tibbi Mərkəzə köçürdük. Hazırda komadadır.
Biz atamı digər xəstəxanaya köçürdükdən sonra “Appro Hospital”ın Vaqif adlı həkimi vatsap hesabında xəstəxanada çəkilən video paylaşıb.
Videoda cərrah Ağadadaş Qasımov kənardan Vaqif doktora xitabən: “Bir tort sizin ad gününüz üçün, digəri də Əliağa (Əliağa Quliyev) getdiyi üçündür” deyir. Mənim atam TƏBİB-in işçisi olub, onlar ağır vəziyyətdə olan xəstəyə, öz həmkarlarına qarşı hörmətsizlik edib”.

Məsələ ilə bağlı adıçəkilən cərrah Ağadadaş Qasımovla əlaqə saxlasaq da, o suallarımıza cavab verməkdən imtina edərək telefonu qapadıb.
Daha sonra “Appro Hospital”la əlaqə saxladıq. Hospitaldan bildirildi ki, avqustun 1-i axşam saatlarında yol-nəqliyyat hadisəsi nəticəsində müştərək ağır kəllə-beyin travması almış pasiyent Quliyev Əliağa “Appro Hospital”a yerləşdirilib:
“Klinikaya axşam saat 22:00 radələrində qəbul olunarkən pasiyentin vəziyyəti həkim heyəti tərəfindən son dərəcə ağır qiymətləndirilib və dərhal cərrahi əməliyyata götürülüb. Neyrocarrah Ağadadaş Qasımov tərəfindən aparılan, beş saata qədər çəkən ağır əməliyyatdan sonra xəstənin həyatını xilas etmək mümkün olub. Bütün göstəricilərə görə xəstənin vəziyyətinin kəskin ağır olmasına baxmayaraq, “Appro Hospital” heyəti tərəfindən yüksək tibbi xidmət nümayiş olunaraq, zamanında cərrahi əməliyyatın aparılması və otuz yeddi gün ərzində bütün zəruri reanimasiyon tədbirlərin görülməsi xəstəni ölümdən qurtarıb və ona yaşama ümidi verib.
Pasiyentin yaxınlarına klinikanın özəl müəssisə olduğu və müalicənin maliyyə xərcləri tələb edəcəyi barədə məlumat öncədən verilib. Pasiyentin vəziyyətində müsbət dinamikanın olmasına baxmayaraq, xəstəyə göstərilən tibbi xidmətlərə görə özəl klinikamıza yaranmış on min manata yaxın borcu ödəmədən, ailə yaxınları xəstəni təkidlə dövlət xəstəxanasına köçürülməsini tələb edirdilər. 2025-ci il sentyabrın 6-da, saat 23:00 radələrində pasiyentin yaxınları onu klinikadan çıxararaq öz təşəbbüsləri ilə dövlət xəstəxanasına köçürüb.
Mediada səs-küyə səbəb olan yayılmış məlumatların bütün istiqamətlərdə yalnış olmasını diqqətinizə çatdırmağı özümüzə borc bilirik. Yayılan məlumatlarda göstərilən məbləğ həqiqəti əks etdirmir və hazırda da klinikamıza on min manata qədər borcu olmasına baxmayaraq, xəstənin köçürülməsi üçün tam şərait yaradılıb.
Məlum hadisə ilə bağlı səs-küyə səbəb olmuş sentyabrın 8-i “Appro Hospital”da həkimin ad günü qeyd olunan zaman çəkilən videogörüntüdə tort kəsilməsi zamanı söylənilən təbrik nitqləri “Appro Hospital”ın kollektivi tərəfindən statuslarda paylaşılıb. Bu isə xəstə yaxınları tərəfindən qərəzli şəkildə qarşılanıb.
Təbrik nitqləri zamanı son vaxtlar klinikamızda pasiyentlərin sağ-salamat yola salınması bir uğur kimi vurğulanıb. Pasiyent Quliyev Əliağanın yaxınları bu videonu qəzəblə qarşılayıb. Qeyd edək ki, adıçəkilən pasiyent klinikamıza yüksək məbləğdə borclu qalmasına baxmayaraq burada sona qədər yüksək xidmət alıb. 
Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, əməkdaşlarımız pasiyentə ən ağır vəziyyətdə bütün peşəkar və etik öhdəliklərini yerinə yetirməsinə, lazım olan tibbi yardımı tam şəkildə göstərmələrinə baxmayaraq, xəstə yaxınlarının şantaj və hədə xarakterli təzyiqləri qəbuledilməzdir. Bu hal davam edəcəyi təqdirdə, baş vermiş hadisəyə hüquqi qiymət verilməsi üçün aidiyyatı orqanlara tərəfimizdən müraciət ediləcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Sentyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see398

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see349

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see293

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see260

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see259

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see254

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see247

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see240

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see224

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see220

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see215

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see204

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see194

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see194

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see193

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see183

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see181

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see175

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see169

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri