Icma.az
close
up
RU
Həkim xəstənin çıxışını tortla qeyd edib? Açıqlama + Video

Həkim xəstənin çıxışını tortla qeyd edib? Açıqlama + Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Təcili tibbi yardım maşınında qəzaya düşərək xəstəxanaya yerləşdirilən Əliağa Quliyevin oğlu Elməddin Təhməzli həkimlərin atasına qarşı hörmətsizlik etdiyini iddia edib.

E.Təhməzli “Qafqazinfo”ya müraciətində atasının həkim olduğunu, xidmətdə olarkən ağır qəza keçirdiyini, yerləşdirildiyi xəstəxanada ona qarşı həkimə yaraşmayan hərəkət edildiyini bildirib:

“Atam Əliağa Quliyev TƏBİB-in işçisidir, o, avqustun 1-i Hacıqabulda təcili tibbi yardım maşınında qəzaya düşüb. Həmin gündən də komatoz vəziyyətdə, ağır kəllə-beyin travması diaqnozu ilə “Appro Hospital”a yerləşdirilib. Cərrah Ağadadaş Qasımov atamı əməliyyat etdi. Bizdən 40 min manata yaxın pul aldılar. Lakin 35 gündən sonra həkimlər bizə “bu xəstə öləcək” deyib, xəstəxanadan çıxarmağımızı məsləhət gördülər. Atamı Kliniki Tibbi Mərkəzə köçürdük. Hazırda komadadır.

Biz atamı digər xəstəxanaya köçürdükdən sonra “Appro Hospital”ın Vaqif adlı həkimi vatsap hesabında xəstəxanada çəkilən video paylaşıb.

Videoda cərrah Ağadadaş Qasımov kənardan Vaqif doktora xitabən: “Bir tort sizin ad gününüz üçün, digəri də Əliağa (Əliağa Quliyev) getdiyi üçündür” deyir. Mənim atam TƏBİB-in işçisi olub, onlar ağır vəziyyətdə olan xəstəyə, öz həmkarlarına qarşı hörmətsizlik edib”.

Məsələ ilə bağlı adıçəkilən cərrah Ağadadaş Qasımovla əlaqə saxlasaq da, o suallarımıza cavab verməkdən imtina edərək telefonu qapadıb.

Daha sonra “Appro Hospital”la əlaqə saxladıq. Hospitaldan bildirildi ki, avqustun 1-i axşam saatlarında yol-nəqliyyat hadisəsi nəticəsində müştərək ağır kəllə-beyin travması almış pasiyent Quliyev Əliağa “Appro Hospital”a yerləşdirilib:

“Klinikaya axşam saat 22:00 radələrində qəbul olunarkən pasiyentin vəziyyəti həkim heyəti tərəfindən son dərəcə ağır qiymətləndirilib və dərhal cərrahi əməliyyata götürülüb. Neyrocarrah Ağadadaş Qasımov tərəfindən aparılan, beş saata qədər çəkən ağır əməliyyatdan sonra xəstənin həyatını xilas etmək mümkün olub. Bütün göstəricilərə görə xəstənin vəziyyətinin kəskin ağır olmasına baxmayaraq, “Appro Hospital” heyəti tərəfindən yüksək tibbi xidmət nümayiş olunaraq, zamanında cərrahi əməliyyatın aparılması və otuz yeddi gün ərzində bütün zəruri reanimasiyon tədbirlərin görülməsi xəstəni ölümdən qurtarıb və ona yaşama ümidi verib.

Pasiyentin yaxınlarına klinikanın özəl müəssisə olduğu və müalicənin maliyyə xərcləri tələb edəcəyi barədə məlumat öncədən verilib. Pasiyentin vəziyyətində müsbət dinamikanın olmasına baxmayaraq, xəstəyə göstərilən tibbi xidmətlərə görə özəl klinikamıza yaranmış on min manata yaxın borcu ödəmədən, ailə yaxınları xəstəni təkidlə dövlət xəstəxanasına köçürülməsini tələb edirdilər. 2025-ci il sentyabrın 6-da, saat 23:00 radələrində pasiyentin yaxınları onu klinikadan çıxararaq öz təşəbbüsləri ilə dövlət xəstəxanasına köçürüb.

Mediada səs-küyə səbəb olan yayılmış məlumatların bütün istiqamətlərdə yalnış olmasını diqqətinizə çatdırmağı özümüzə borc bilirik. Yayılan məlumatlarda göstərilən məbləğ həqiqəti əks etdirmir və hazırda da klinikamıza on min manata qədər borcu olmasına baxmayaraq, xəstənin köçürülməsi üçün tam şərait yaradılıb.

Məlum hadisə ilə bağlı səs-küyə səbəb olmuş senytabrın 8-i “Appro Hospital”da həkimin ad günü qeyd olunan zaman çəkilən videogörüntüdə tort kəsilməsi zamanı söylənilən təbrik nitqləri “Appro Hospital”ın kollektivi tərəfindən statuslarda paylaşılıb. Bu isə xəstə yaxınları tərəfindən qərəzli şəkildə qarşılanıb.

Təbrik nitqləri zamanı son vaxtlar klinikamızda pasiyentlərin sağ-salamat yola salınması bir uğur kimi vurğulanıb. Pasiyent Quliyev Əliağanın yaxınları bu videonu qəzəblə qarşılayıb. Qeyd edək ki, adıçəkilən pasiyent klinikamıza yüksək məbləğdə borclu qalmasına baxmayaraq burada sona qədər yüksək xidmət alıb. 

Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, əməkdaşlarımız pasiyentə ən ağır vəziyyətdə bütün peşəkar və etik öhdəliklərini yerinə yetirməsinə, lazım olan tibbi yardımı tam şəkildə göstərmələrinə baxmayaraq, xəstə yaxınlarının şantaj və hədə xarakterli təzyiqləri qəbuledilməzdir. Bu hal davam edəcəyi təqdirdə, baş vermiş hadisəyə hüquqi qiymət verilməsi üçün aidiyyatı orqanlara tərəfimizdən müraciət ediləcək”.

Mədinə Useynova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Sentyabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri