Icma.az
close
up
RU
Həkimdən HƏYƏCAN TƏBİLİ: “Bayramda qidalanma müxtəlif xəstəliklərin rastgəlinmə tezliyini artıra bilər”

Həkimdən HƏYƏCAN TƏBİLİ: “Bayramda qidalanma müxtəlif xəstəliklərin rastgəlinmə tezliyini artıra bilər”

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bayram günlərində ağır, yağlı, şirin qidaların normadan artıq istifadəsi qanda kreatinin qalxması, arterial təzyiqdə təhlükəli dəyişiklik, xroniki qastritlərin kəskinləşməsi, pankreatitlər, mədə-bağırsaq pozuntuları, allergik reaksiyaların artması və digər ciddi fəsadlara səbəb ola bilər.

Bakı Baş Səhiyyə Mərkəzindən verilən məlumata görə, adətən Novruz bayramında bu hallarla tez-tez rast gəlinir. Mərkəzin həkim-terapevti Nuranə İsabalayeva qeyd edib ki, bayram günlərində qidalanma müxtəlif xəstəliklərin rastgəlinmə tezliyinin artmasına səbəb olur:

“Bayram günlərində insanlarımızın əksəriyyəti qidalanmaya ciddi fikir vermir, yeməkarası fasilələrə, yeməklərin növlərinin düzgün müəyyənləşdirilməsinə diqqət yetirmir. Bu insan sağlamlığı üçün çox əhəmiyyətli məqamdır. Xüsusən, yağlı və qızardılmış, çox ədviyyatlı qida qəbulu zamanı yeməklər arasındakı fasiləni artırmaq, az-az və tez-tez yemək tövsiyə olunur. Bayram günlərindəki ağır qidalanmadan sonra bir neçə saatlıq da olsa (heç olmasa, 6-8 saatlıq) ac qalmağı tövsiyə edirik. Bu mədə-bağırsaq sisteminin yükünün azaldılmasına səbəb olur. Bu baxımdan insanlarda mövcud olan tibbi diaqnozlar, xəstəliklər də mütləq nəzərə alınmalıdır”.

Həkim-terapevt, həmçinin xroniki xəstəliyi olan xəstələrin qida rejimlərində dəyişikliklər edilməsinin kəskin fəsadlara səbəb ola biləcəyini bildirib: “Belə ki, şəkərli diabet xəstələrində pəhriz rejiminin pozulması qanda şəkərin miqdarının çox yüksəlməsi ilə nəticələnə bilər. Bu hətta bəzi xəstələrdə diabetik komalara belə gətirib çıxarda bilər.

Xroniki böyrək xəstələrinin də qidalanma rejimində dəyişiklik edilməsi, ağır, yağlı, şirin qidaların normadan artıq istifadəsi qanda kreatinin qalxmasına, arterial təzyiqin kritik göstəricilərinə səbəb olur.

Bundan əlavə, ədviyyatla zəngin bayram şirniyyatlarının qəbulu insanlarda allergik reaksiyaların artması ilə nəticələnə bilər. Bu isə özünü yuxarı tənəffüs yolları və dəri nahiyəsində büruzə verir”.

N.İsabalayeva bayram günlərində hazırlanan qidaların saxlanma qaydalarına da riayət olunmasının zəruriliyini nəzərə çatdırıb: “Bu günün yeməklərini çalışın digər günə saxlamayın! Bu xüsusilə, mayonezli salatlara və kremli qidalara şamil olunur. Həmin qidaların bir neçə gün sonra istifadəsi orqanizmdə çox ciddi fəsadlar verə bilər”.

Mütəxəssis bütün hallarda qidalanma ilə bağlı hər hansı narahatlıq müşahidə olunarsa, ərazi üzrə sahə/ailə həkimlərinə müraciət etməyi məsləhət bilib. Evdə həkim müşahidəsi olmadan özbaşına müalicələr daha ağır nəticələrə səbəb ola bilər.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see296

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see266

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see239

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see229

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see214

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see214

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see194

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see183

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see178

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see168

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see159

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see156

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see154

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see152

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see150

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see150

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see149

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see145

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see142

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri