Həkimdən xəbərdarlıq: Ağciyər xəstəlikləri öskürəksiz də inkişaf edə bilər
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ciddi ağciyər xəstəlikləri uzun müddət öskürək və digər aşkar əlamətlər olmadan inkişaf edə bilər. Bu isə xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir.
BAKU.WS xəbər verir ki, pulmonoloq Sandeep Nayar bu barədə "Times of India" nəşrinə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, xroniki obstruktiv ağciyər xəstəliyi, idiopatik ağciyər fibrozu və astma ilkin mərhələdə davamlı yorğunluq, fiziki fəaliyyət zamanı təngnəfəslik, döş qəfəsində sıxılma hissi və səthi nəfəsalma ilə özünü göstərə bilər. Bəzi hallarda ayaqlarda şişkinlik də müşahidə olunur.
Nayar qeyd edib ki, insanlar pilləkən qalxarkən və ya yeriyərkən yaranan təngnəfəsliyi çox vaxt yaş, artıq çəki və ya fiziki hazırlığın zəifliyi ilə əlaqələndirirlər. Halbuki fiziki yüklənməyə dözümlülüyün tədricən azalması ağciyər funksiyasının pisləşməsinin erkən əlaməti ola bilər.
Həkim tövsiyə edib ki, qeyri-adi təngnəfəslik və yorğunluq iki-üç həftə davam edərsə, mütəxəssisə müraciət edilməli və ağciyərlərin funksiyasını qiymətləndirmək üçün spirometriya müayinəsindən keçilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 09 Oktyabr 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















