Icma.az
close
up
RU
Ağciyər Xəstəlikləri Mərkəzində Laboratoriya açıldı

Ağciyər Xəstəlikləri Mərkəzində Laboratoriya açıldı

Icma.az bildirir, Medicina portalına istinadən.


Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdində olan 1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub.

Medicina.az xəbər verir ki, açılış mərasimində TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva, Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nilufər Məmmədova, Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin HIV/AIDS, Vərəm və Malyariya ilə mübarizə proqramının Layihə Əlaqələndirmə Bürosunun direktoru Yaşar Orucov, Ağciyər Xəstəlikləri Mərkəzinin Profilaktika və diaqnostika xidmətinin təşkili şöbəsinin müdiri Anar Adilov, Laboratoriya şöbəsinin müdiri Şəfəq Qulami və Ağciyər Xəstəlikləri Mərkəzinin regional xəstəxanalarının baş həkimləri iştirak edib.

TƏBİB tərəfindən əhalinin laborator xidmətlərə əlçatanlığının artırılması, sahə üzrə müayinə nəticələrinin daha qısa müddətdə əldə olunması, vərəm xəstəliyinin erkən aşkarlanması, effektiv müalicə imkanlarının genişlənməsi məqsədilə vərəmin diaqnostikası üzrə ixtisaslaşmış üçüncü biotəhlükəsizlik səviyyəsinə (BSL-III) uyğun 1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Mikobakterioloji Laboratoriyası yeni binaya köçürülərək istifadəyə verilib.

Ümumi sahəsi 608 kvadrat metr olan, beynəlxalq standartlara uyğun təşkil edilən laboratoriyada sürətli molekulyar-genetik diaqnostik testlər, eləcə də I və II sıra vərəməleyhinə dərmanlara həssaslıq testləri icra olunacaq.

İnfeksiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə laboratoriyada yüksək və aşağı riskli sahələr, eyni zamanda sahələrarası keçid zonası yaradılıb.

Riskli zonada nümunələrin qəbulu otağı, proseslərin aparılması üçün iş otaqları, eləcə də digər molekulyar-genetik müayinələrin aparılması üçün xüsusi otaqlar ayrılıb və işçi sahələr biotəhlükəsizlik şkafları, “GeneXpert”, “Truenat” və digər müasir cihaz, avadanlıqlarla təchiz olunub.

Təmiz zonada personal üçün iş otaqları və istirahət zonaları yaradılıb.

Bionümunələrin, izolyatların biotəhlükəsizlik qaydalarına uyğun saxlanılması, məlumatların və test nəticələrinin arxivləşdirilməsi üçün müvafiq şərait yaradılıb.

Həmçinin ölkədə ilk dəfə olaraq səyyar tibbi xidmət göstərmək üçün laboratoriyanın sərəncamında olan xüsusi avtomobildə quraşdırılmış, vərəmin sürətli molekulyar diaqnostikasında istifadə edilən və ən son diaqnostik avadanlıqlardan olan “Truenat” sistemi, o cümlədən “Pluslife Minidock” cihazı, “Rida screen” testləri istifadə olunacaq. Avtomobildə, həmçinin süni intellekt dəstəkli rəqəmsal səyyar rentgen avadanlığı da quraşdırılıb.

Laboratoriyada yüksək ixtisaslı həkim-laborantlar, mikrobioloqlar və təcrübəli orta tibb personalı fəaliyyət göstərir.

Aygün Musayeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 02 May 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri