Icma.az
close
up
RU
Həkimlər sertifikatı imtahansız əldə edə biləcəklər

Həkimlər sertifikatı imtahansız əldə edə biləcəklər

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Azərbaycanda həkim və digər tibb işçiləri sertifikasiya imtahanı ilə yanaşı, Davamlı Peşəkar İnkişaf proqramı vasitəsilə də sertifikat əldə edə biləcəklər.

Gununsesi.info  xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Azərbaycan Televiziyasının “Hədəf” proqramına və Trend Beynəlxalq İnformasiya Agentliyinə birgə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, sertifikasiya imtahanlarından keçid göstəricisi ən qızğın müzakirələrin aparıldığı dövrdə belə 97 faiz olub. Lakin hər beş ildən bir keçirilən imtahan tibb işçilərinin bilik və bacarıqlarını yalnız qiymətləndirməyə imkan verir, onların davamlı inkişafını tam təmin etmir.

“Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, tibb işçiləri iki seçimdən istifadə edə biləcəklər. Onlar ya beş ildən bir sertifikasiya imtahanı verəcək, ya da həmin müddətdə Davamlı Peşəkar İnkişaf proqramı üzrə ən azı 250 kredit balı toplayaraq sertifikat əldə edəcəklər.

Teymur Musayev, həmçinin Səhiyyə Nazirliyi tərəfindən sertifikasiya sual bazasının mütəmadi yeniləndiyini və yaxın vaxtlarda bu sahədə yeni rəqəmsal həllin istifadəyə veriləcəyini qeyd edib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Avqust 2026 04:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri