Həkimlər susdurulur, qanunlar işləmir Səhiyyə Nazirliyi nəyə göz yumur? Nevroloqla müsahibə
Icma.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Azərbaycan səhiyyəsində 2 icraedici qurum var: Səhiyyə Nazirliyi, TƏBİB. Hər ikisinin tabeliyində onlarla mərkəz, xəstəxana, minlərlə həkim, tibb işçisi var. Əslində səhiyyə ordusu bir olmalıdır, amma uzun müddətdir həkimlər 2 orduya bölünüb.
Səhiyyə Nazirliyi tabeliyində olan elmi-tədqiqat mərkəzləri, institutlar, laboratoriyalar, bəzi klinikalar az olsa da, tibbi elmi fəaliyyətlə məşğul olan həkimlər məhz bu quruma tabedir.
Medicina.az xəbər verir ki, zaman-zaman Elmi Tədqiqat Kardiologiya İnstitutundan şikayətlər artdığı kimi, siyahıya Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu da əlavə olunub.
Mərkəzdə çalışmış, Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, nevroloq həkim Mərziyyə Məmmədova həkimlərin üzləşdiyi haqsızlıq, hüquqlarının pozulması və məhkəmələrdə həkimlərin üzləşdiyi problemlərdən danışıb.
Belə ki, Mərziyyə Məmmədova 22 ildir Elmi-Tədqiqat Tibbi Bərpa Mərkəzindən necə çıxarılması, adına yazılan stat və maaşların mənimsənilməsindən danışıb.
Ətraflı BTV-nin Həkim Postunu izləyin:
Aygün Musayeva
medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 23 Yanvar 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















