Mourinyo: “Ən yaxşı klubların təcrübəsiz məşqçilər tərəfindən idarə olunmasına təəccüblənirəm”
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Benfika”nın baş məşqçisi Joze Mourinyo şans veriləcəyi təqdirdə “Yuventus”u çalışdıra biləcəyini etiraf edib.
İdman.Biz bildirir ki, portuqaliyalı məşqçi bu açıqlamanı komandasının Çempionlar Liqasının yeddinci turunda “qoca sinyora”ya 2:0 hesabı ilə məğlub olmasından sonra verib.
“Dünyanın ən yaxşı klublarını təcrübəsiz məşqçilər idarə etməsi məni təəccübləndirir. Eyni zamanda, “Milan”da Alleqri, “Roma”da Qasperini və ya “Yuventus”da Spalletti haqqında düşünəndə bu, məni heç vaxt təəccübləndirmir", - deyə AS Mourinyodan sitat gətirir.
Portuqaliyalı məşqçi 2025-ci ilin sentyabr ayından bəri “Benfika”ya rəhbərlik edir. Çempionlar Liqasının yeddi oyunundan sonra Lissabon komandasının altı xalı var və 29-cu yerdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 24 Yanvar 2026 00:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















