Icma.az
close
up
RU
® “Həkimlərimizi tanıyın!”

® “Həkimlərimizi tanıyın!”

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Mərkəzi Gömrük Hospitalının ürək-damar cərrahı Kənan Əsədov neonatal və pediatrik ürək cərrahiyyəsi, aort cərrahiyyəsi, qazanılmış ürək xəstəliklərinin cərrahiyyəsi, minimal invaziv ürək cərrahiyyəsi, TAVİ, aorto koronar şuntlama əməliyyatı, EKQ, holter monitorinqi, intaortik balon pompasının tətbiqi və digər prosedurları həyata keçirir.

O, 2005-ci ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirib, 2005-2006-cı illərdə ATU-nun pediatriya ixtisası üzrə internatura təhsili alıb, 2008-2010-cu illərdə Stavropol Tibb Akademiyasında torakal cərrahiyyə ixtisası üzrə kliniki ordinatura keçib.

Əmək fəaliyyətinə 2007-ci ildə özəl tibb müəssəsində kiçik həkim-pediatr kimi başlayıb, 2010-2011-ci illərdə özəl tibb müəssəsində torakal cərrah, 2011-2018-ci illərdə dövlət tibb müəssəsində ürək-damar cərrahı kimi fəaliyyət göstərib. 2018-ci ildən Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində ürək-damar cərrahı işləyir. Həmin il həyata keçirdiyi uğurlu əməliyyata görə Dövlət Sərhəd Xidməti tərəfindən Fəxri fərmana layiq görülüb.

Kənan Əsədov dünya mətbuatında kardiologiyaya dair ən yeni nailiyyyətləri izləyən və öyrənən, Azərbaycanda və qardaş Türkiyədə keçirilən konqreslərdə yaxından iştirak edən, bilik və bacarıqlarını daim artıran ürək-damar cərrahıdır. O, 2015-ci ildə ürək-damar cərrahı sertifikatı alıb, 2022-ci ildə Türkiyənin Antalya şəhərində Türkiyə Pediatrik Kardioloji və Ürək Damar Cərrahiyyəsi Dərnəyinin təşkilatçılığı ilə keçirilən “Milli Pediatrik Kardioloji və Pediatrik Ürək Cərrahiyyəsi” konqresində iştirak edib. 2024-cü ildə Rusiyanın Moskva şəhərində Akademik V. İ. Şumakov adına Transplantologiya və Süni Orqanlar üzrə Milli Tibbi Tədqiqat Mərkəzində ürək transplantasiyası və süni ürək əməliyyatı üzrə təkmilləşdirmə kursunun iştirakçısıdır. O, 2023-cü ildə Azərbaycan Respublikası Gömrük işini aparan Icra Hakimiyyəti Orqanının Fəxri fərmanı ilə təltif olunub.

Azərbaycan Kardiologiya Assosiasiyasının üzvüdür. Həkim barədə daha ətraflı məlumat almaq üçün https://customshospital.az/kenan-esedov/#gsc.tab=0 linkinə daxil olmaq olar.

Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see351

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see265

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see257

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see245

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see240

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see220

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see220

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see202

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see187

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see187

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see182

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see169

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see169

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see165

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see161

Neft 1 dollardan çox ucuzlaşıb

24 Avqust 2026 08:09see157

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see157

Azərbaycanın SOCAR şirkəti Özbəkistanda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmağı planlaşdırır

24 Avqust 2026 13:22see154

Polşa ordusu üçün minlərlə “Piorun” zenit raket kompleksi alacaq

24 Avqust 2026 07:23see154

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri