Icma.az
close
up
RU
® Həkimlərimizi tanıyın!

® Həkimlərimizi tanıyın!

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mərkəzi Gömrük Hospitalının qayğıkeş və təcrübəli həkim-sonoloqu Tükəzban Abdullayevanı təqdim edirik.

O, Mərkəzi Gömrük Hospitalında tam abdomen - qarın boşluğu, uroloji orqanların, follikulometriya, timus, elastometriya – qara ciyərin fibroskanla müayinəsini, eləcə də hamiləliyin müayinəsini, prostat vəzi - transrektal görüntüləmələr, dərialtı toxumaların, toraks, süd vəzi mammoqrafiyası, yenidoğulmuşlara neyrosonoqrafiya, rəngli doppleroqrafiya, və s. həyata keçirir.

Tükəzban Abdullayeva 2006-cı ildə Azərbaycan Tibb Universitetinin I müalicə profilaktika fakültəsini bitirib, 2006-2007-ci illərdə 5 saylı Kliniki Xəstəxanada funksional diaqnostika ixtisası üzrə internatura keçib. 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında USM həkimi kimi fəaliyyət göstərir.

2012-ci ildə Türkiyədə Erciyes Universitetinin Tibb fakültəsinin Radioloji Anabilim Dalında "Qarın boşluğu orqanları USG və GRİ SCALA rəngli dopplerografiyası" pediatrik ultrosonoqrafik incələmələr və yenidoğulmuşlarda bud-çanaq oynağının diaqnostikası üzrə neyrosonoqrafiya kursu, 2012-ci ildə Türkiyənin Kayseri şəhərində AnaKalp Xəstəxanasında “Damarların rəngli dopplerografiyası” kursu, 2012-ci ildə Türkiyənin Kayseri şəhərində Hüma Qadın Xəstəlikləri və Doğum Xəstəxanasında Obsetrik USG, hamilələrdə doppleroqrafiya, ginekoloji xəstəliklər zamanı differensial diaqnostika kursunda iştirak edib.

2013-cü ildə Türkiyənin İstanbul şəhərində Bezmialem Vakif Universitetinin Tibb fakültəsində süd vəzilərinin USG-si və mammoqrafiyası, anorektal USG, yumşaq toxumalar, endokrin və limfotik sistem üzrə USG, pediatrik ultrasonoqrafiya, yenidoğulmuşlarda bud-çanaq oynağının diaqnostikası, neyrosonoqrafiya kursu, 2014-cü ildə Avstriyanın Zalzburq şəhərində “Weill Cornell” Tibb kollecində "Süd vəzilərinin mammoqrafiyası və qara ciyər törəmələrinə multidisipliner yanaşma" kursu, 2015-ci ildə İstanbul Universitetinin Tibb fakültəsində "Hamilələrin anal sfinkter zədələnmələrində multidisipliner yanaşım ve anorektal ultrasonoqrafıya" kursu və 2015-ci ildə Moskva Echosesns Təlim mərkəzinin təşkil etdiyi qara ciyər elastometriyası kursunda, 2018-2023-cü illərdə ölkəmizdə radiologiya sahəsi üzrə keçirilən müxtəlif konfrans və konqreslərdə iştirak edib.

Peşəkarlığı, zəngin təcrübəsi və hər bir pasiyentə fərdi yanaşması ilə seçilir, Mərkəzi Gömrük Hospitalında müasir tibbi texnologiyalardan istifadə edərək dəqiq diaqnostika və effektiv müalicə istiqamətləri ilə onların sağlamlığının qorunmasına töhfə verir. Onun məqsədi hər zaman düzgün diaqnoz, vaxtında müdaxilə və sağlam gələcəkdir.

Həkim-sonoloq Tükəzban Abdullayeva barədə daha ətraflı məlumat almaq üçün: https://customshospital.az/tukezban-abdullayeva/ linkə daxil olmaq lazımdır.

Tükəzban Abdullayevanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see668

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see559

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see317

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see314

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see286

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see283

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see271

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see271

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see248

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see244

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see240

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see239

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see238

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see237

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see232

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see232

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see227

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see211

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri