Icma.az
close
up
RU
“Həkimlərimizi tanıyın!” rubrikamızda

“Həkimlərimizi tanıyın!” rubrikamızda

Icma.az bildirir, Sia Az portalına istinadən.

Sizlərə etibarlı, keyfiyyətli, peşəkar xidmət göstərən, yüzlərlə qadına ana sevinci bəxş edən yüksək ixtisaslı həkim, Mama-Ginekologiya şöbəsinin rəisi, t.ü.f.d., Gömrük Tibb Xidməti Polkovnik leytenantı, həkim mama-ginekoloq TƏRANƏ BAYRAMOVANI təqdim edirik.

DR.TƏRANƏ BAYRAMOVA Mərkəzi Gömrük Hospitalında normal, patoloji hamiləlik, orqan nəqli olmuş hamilələrin təqibi, normal fizioloji və cərrahi doğuşlar, konservativ və cərrahi ginekologiya, uroginekologiya, estetik cərrahiyyə (vaginoplastika, labioplastika) və kosmetik ginekologiya (PRP, dolğu, botox, kök hüceyrə nəqli), FEMİLİFT Lazer texnologiyası, Laparoskopik cərrahiyyə, sonsuzluğun konservativ və cərrahi müalicəsini həyata keçirir.
Təranə həkim kosmetik ginekologiyada geniş tətbiq olunan PRP işləmini Mamalıq-ginekologiya şöbəsinə yeni alınmış T-lap cihazı vasitəsilə icra edir. Belə ki, bu proses qadının öz qanından hazırlanan plazmanı xarici və daxili genital sahəyə yeridilərək həyata keçirilir. PRP müalicəsində plazmada olan plateletlərin əhəmiyyəti, daxilində böyümə faktorları və sitokinlər hesabına toxumanın yenilənməsi, yaranın sağalması prosesinin sürətlənməsini təmin etməkdir. Genital sahənin cavanlaşdırılması, deformasiyaların ləğvi, cinsi istəksizliyin aradan qaldırılması kimi hallarda PRP tətbiqi faydalıdır.

Dr.Təranə Bayramova müasir estetik və kosmetik ginekologiya sahəsində hazırda geniş tətbiq olunan FEMİLİFT III nəsil Fraksional CO2 lazeri uğurla istifadə edir. FEMİLİFT lazerin təsir mexanizmi toxumalarda yaratdığı termal enerji sayəsində kollagen sintezini artıraraq bağ toxumasının elastikliyini bərpa etməsinə əsaslanmışdır. Lazer tətbiq etməklə qadınlarda stress sidik qaçırma və vaginal toxumanın boşalması kimi halların müalicəsi, vaginal quruluq, təkrarlanan infeksiyaların aradan qaldırılması, genital çapıq, kondiloma, molyuskların ləğvi, uşaqlıq boynu eroziyasının vaporizasiyası, genital sahənin ağardılması, lazer labioplastikasının icrası və s. ilə məşğul olur
.
Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/tarana-bayramova/.

Dr.Təranə Bayramova 1995-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirmişdir. O, Azərbaycan Səhiyyə Nazirliyinin göndərişi ilə mamalıq-ginekologiya ixtisası üzrə Türkiyə Respublikasına ezam olunaraq, 1995–2000-ci illərdə Ankara Başkent Universiteti və Dr. Zekai Tahir Burak Qadın Sağlamlığı və Araşdırma Xəstəxanasının Qadın xəstəlikləri və Doğum kafedrasında mamalıq-ginekologiya ixtisasına yiyələnmişdir.

İxtisas aldıqdan sonra Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu "Ana, Döl, Uşaq Sağlamlığının mühafizəsi" şöbəsində kiçik elmi işçi, həkim mama-ginekoloq vəzifəsinə təyin olunmuşdur.

2000-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi göndərişi ilə Türkiyədə ixtisaslaşma keçmək üçün Ankara şəhəri Dr. Zekai Tahir Burak Qadın Sağlamlığı və Araşdırma Xəstəxanasının Qadın xəstəlikləri və Doğum kafedrasına ezam olunmuşdur. Bu müddət ərzində kolposkopiya, laparoskopiya, histeroskopiya, sonsuzluğun diaqnostika və müalicəsi, mamalıq və ginekoloji ultrasəs kurs və təlimlərini müvəffəqiyyətlə bitirmişdir.
2000-ci ildə Azərbaycana qayıdaraq, 2000–2010-cu il tarixləri arası özəl tibb müəssisəsinin Mamalıq-ginekologiya şöbəsinin təşkilində, gənc həkim kadrlarının hazırlığında və endoskopik ginekoloji cərrahiyyənin, süni mayalanma mərkəzinin yaradılmasında aktiv iştirak etmiş, eyni zamanda 2000-ci ildən etibarən ilk ginekoloji endoskopik: laparoskopik və histeroskopik əməliyyatları icra etmişdir. İlkin olaraq 2002-ci ildə laparoskopik total histerektomiyanı LigaSure ilə həyata keçirmişdir.

2003-cü ildə Türkiyə Respublikası İstanbul Memorial Hastanesi Yardımçı Üreme Teknikleri Mərkəzinə süni mayalanma sahəsində təkmilləşmə kursunda iştirak etmişdir.O, 2004-cü ildə Türkiyə Respublikası Ankara Nümunə Eğitim və Araşdırma hospitalına ixtisasartırma məqsədilə ezam olunmuşdur. İlkin olaraq öz təcrübəsində amniosentezi tətbiq etmişdir. 2010–2012-ci illərdə özəl tibb müəssisəsində mama-ginekoloq kimi çalışmış, 2012-ci ildən Gömrük Komitəsi Mərkəzi Hospitalının Mamalıq-ginekologiya şöbəsinə rəisi, mama-ginekoloq kimi fəaliyyət göstərir.

2012–2015-ci illərdə Azərbaycan Tibb Universitetinin II Mamalıq və ginekologiya kafedrasının dissertantı olub. 2015-ci ildə "Abdominal və laparoskopik histerektomiya əməliyyatlarının müxtəlif texnikalarının müqayisəli xarakteristikası" mövzusunda dissertasiya müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2020–2022-ci illərdə dünyanı cənginə alan koronavirus infeksiyası ilə mübarizədə aktiv olmuş, Mərkəzi Gömrük Hospitalının koronavirus xəstəxanasına çevrildiyi müddətdə infeksiya profilli xəstələrə xidmət göstərmiş, koronavirusa yoluxmuş hamilə qadınların müayinə və müalicəsində yaxından iştirak etmişdir. Dövlət Gömrük Komitəsi tərəfindən təşəkkürnamə elan edilmişdir.
Azərbaycan Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə mütəmadi keçirilən çoxsaylı online və canlı konfranslarda iştirak edib. Həmçinin, Təranə həkim 1998–2023-cü illər ərzində 75 yerli və xarici konfransda, 35 kursda iştirak etmişdir. Yerli və xarici elmi jurnallarda çap olunmuş 35 məqalə, 35 tezis, 1 kitab, 2 metodik tövsiyə və 1 səmərələşdirici təklifin müəllifidir.

Dr.Təranə Bayramova Türkiyə Qadın Xəstəlikləri və Doğum Cəmiyyətinin, Türkiyə Reproduktiv Təbabət Dərnəyinin, Türkiyə Reproduktiv Sağlamlıq və Sonsuzluq Dərnəyinin, Türk Ginekoloji Endoskopiya Dərnəyinin, Avropa İnsan Reproduksiyası və Embriologiya Cəmiyyətinin və Beynəlxalq Pelviperineologiya Cəmiyyətinin üzvüdir. Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Fevral 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri