Icma.az
close
up
RU
“Hələ də anlamıram ki, Sambu niyə “qırmızı” aldı”

“Hələ də anlamıram ki, Sambu niyə “qırmızı” aldı”

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Premyer Liqasının XXVIII turunda keçirilən “Neftçi” – “Araz-Naxçıvan” (1:1) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

– Sanki oyunda məntiqi sonluqlar istənilən kimi olmur. İlk yarıda 3 real qol epizodunu qaçırdız. Səbəb nədir?

– Psixoloji baxımdan olduğunu düşünmürəm. Bəli, ilk hissədə üstünlük “Neftçi” tərəfdə idi. Soyunub geyinmə otağına gəldikdə də rəqibə epziod verməmələrini və daha diqqətli olmalarını tapşırdım. İkinci hissədə də 2 real qol imkanımız oldu. Sonluq, oyunçunun öz ustalıq səviyyəsiylə bağlıdır. Bir məşqlə futbolçunu ora qədər gətirib çıxara bilərsən, amma üzbəüz qalanda qərar oyunçunundur. Bu gün 4-5 100 faizlik şans yaratmaq yaxşıdır. Amma bu epizodlardan yararlana bilməmək də üzücüdür.

– Oyunun sonlarında hakimlikdən narazı görünürdüz…

– Bəli, həddindən artıq narazı idim. Oyunun gedişatında bir az səbrli olursan. Amma sona doğru bu cür epizodlar üst-üstə gələndə, biz də öz emosiyalarımıza hakim ola bilmirik. Bizim son oyunlarımızdakı hakimliklər həddən artıq aşağı səviyyədədir. Heç xoşumuza gəlmədi. Tempi öldürmək və bir tərəfli qərarlar bizi narahat etməyə başlayıb.

– Qarşıda “Sabah”la kubok matçı var. Bu oyuna baxıb, kubok matçında nəyi dəyişəcəksiz?

Bu gün öz oyunumuza köklənməliyik. Bizim işimiz məşqçi olaraq bu qədər qol epizodlarının yaradılmasına kömək etməkdir. Çalışacayıq ki, ilk oyun öz meydançamızdadır və düzgün şəkildə çıxış edək. İtkilərimiz var. Həmin oyuna qədər 3 nəfəri də itirə bilərik. Təki komandam sağlam olsun və bu oyunlara da son şans kimi çıxaq.

– Milliyə yollanmış “Neftçi” futbolçuları düşərgəyə hansı motivasiya ilə qayıtdılar?

– Əlbəttə, uduzmaq hər bir insanı üzür. Bu gün psixolojidən də əlavə millidən gələnlərin fiziki durumu yaxşı deyildi. Xüsusən də Rza Cəfərovun zədəli qayıtması yaxşı olmadı. Hətta millinin son matçında onu zədəli-zədəli oynatmışdılar. Bilmirəm niyə. Bunları araşdırırıq. Əsas qapıçımızdır. Belə məqamlar bizi narahat edir. Digər oyunçularla danışdıqda isə düşünürəm ki, onları bir az boş vermək lazımdır ki, düşmüş olduqları vəziyyətdən çıxa bilsinlər. Ağadadaş gəncdir, bir az elə şeyləri dərk etmir. Amma Elvin Camalov doğrudan da psixoloji olaraq yaxşı deyildi. Çünki o, həddindən artıq xarakterli futbolçudur və məğlubiyyəti həzm edə bilmir.

– “Sabah”la oyundan öncə pozetiv məqam var?

– Oyun qabağı heç bir neqativliyimiz yoxdur. Əlbəttə, bu gün xal itirdiyimizə görə üzülürük. Amma “Sabah”la matça kökləndikdə bunları unutmalıyıq. İndividual baxımdan futbolçular barədə danışmaq istəmirəm. Sadəcə Sambunu itirmək bizim üçün həddən artıq pisdir. Hələ də anlamıram ki, onun niyə “qırmızı” aldığını bilmirəm. Dəfələrlə epizoda baxmışam. “Nottinqem Forest” – “Mançester Siti” matçında bir epizod var ki, bundan da pisdir. Amma referi heç “sarı” da vermir. Məqsəd nə idi, niyə belə etdilər bilmədim. Hələ mənim üçün qaranlıq qalıb. Amma biz lazımsız yerə oyunçumuzu itirdik.

Mirkamal Kazım

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 29 Mart 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see279

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see199

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see199

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see196

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see187

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see187

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see186

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see186

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see185

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see184

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see181

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see180

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see180

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see177

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see177

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see176

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri