Icma.az
close
up
RU
Hələ də anlaya bilmirəm ki, niyə belə oldu Rüstəm Əhmədzadə

Hələ də anlaya bilmirəm ki, niyə belə oldu Rüstəm Əhmədzadə

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Hələ də anlaya bilmirəm ki, niyə belə oldu" - Rüstəm Əhmədzadə

“Sumqayıt”ın hücumçusu Rüstəm Əhmədzadənin QOL.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 28-ci turunda “Qəbələ”ni məğlub etməklə (1:0) qələbə həsrətinə son qoydunuz. Oyunla bağlı fikirləriniz necədir?

- Çətin oyun alındı. Əslində, uzun müddətdir qələbə qazanmadığımız üçün bütün görüşlər bizim üçün çətin keçir. Bu matçda nəhayət ki, qələbə həsrətinə son qoyduq. Buna görə də çox sevinirik. 

- Bu qələbədən sonra “Sumqayıt”ın “qara zolaq”dan çıxdığını söyləmək mümkündür?

- Düşünürəm ki, bundan sonra psixoloji cəhətdən asan olacaq. Digər tərəfdən də avrokuboklar şansımızı itirmişik. Liqada qalmaq da problem deyil. Yəni turnir cədvəlində nə yuxarı qalxa bilərik, nə aşağı düşə. Ona görə də bundan sonra azarkeşlər üçün oynayacağıq. Çalışacağıq ki, çıxışımızdan zövq alaq. 

- Qeyd etdiyiniz kimi, avrokuboklar şansını itirmisiniz. Niyə belə alındı? Halbuki mövsümə çox uğurla start vermişdiniz. Ardını gətirmək üçün nə çatışmadı?

- Təbii ki, avrokuboklar şansını itirməyimiz çox təəssüfləndiricidir. Hələ də anlaya bilmirəm ki, niyə belə oldu. Nə baş verdi? Amma futboldur. Əksəriyyət də futbolu məhz buna görə sevir. İndiki məqamda irəli baxmalıyıq.

- Yeni mövsümdə uğur qazanmaq üçün “Sumqayıt”ın heyəti nə dərəcədə dəyişməlidir?

- Bu barədə mən bir söz deyə bilmərəm. Çünki heyətlə bağlı qərarları rəhbərlik, məşqçilər korpusu qəbul edir. Onlar da hər şeyi görürlər. Əminəm ki, rəhbərlik düzgün qərar qəbul edəcək. 

- Növbəti turda “İmişli”nin qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir? 

- Motivasiyamız var. Çempionatın yekunlaşmasına çox qalmayıb. Heç olmasa sonluqda sübut etmək istəyirik ki, bu, müvəqqəti uğursuzluq idi. Qalan matçlarda qalib gəlməklə yaxşı komanda olduğumuzu isbatlamaq istəyirik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://qol.az
archiveBu xəbər 20 Aprel 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri