Hələbdə hökumət qüvvələri ilə kürd silahlıları toqquşdu, daha sonra isə... Ölən və yaralananlar var
Icma.az, Mia.az portalına istinadən məlumat verir.
Dünən Suriya təhlükəsizlik qüvvələri ilə PKK/YPG qüvvələri olan və rəsmi adı Suriya Demokratik Qüvvələri (SDQ) adlanan qrupaşmanın silahlıları arasında toqquşma olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, SDQ silahlıları hökumət qüvvələrinin postuna hücum çəkib. Nəticədə 2 nəfər ölüb, çoxlu yaralılar var.
Məlumata görə, bundan sonra Hələbdə aktiv döyüş bərpa olunub. Ölən və yaralananlar haqqında detallı məlumat olmasa da, səhərə yaxın tərəflər arasında atəşkəs anlaşması əldə olunduğu deyilir.
Məlumatda deyilir ki, artıq aktiv döyüşlərin getdiyi Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrində sakitlik yaranıb.
Hələbin yerli hökuməti isə hər ehtimala bu gün üçün şəhərdəki bütün təhsil və dövlət müəssisələrinin fəaliyyətlərinə ara veriblər.
Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin Baba da Suriyanın rəsmi dövlət xəbər kanalına açıqlamasında PKK/YPG hücumları nəticəsində 25 mülki vətəndaşın yaralandığını bildirib: "İlkin məlumata görə, mətbuat mənsublarındna biri də yaralanıb"
Nazirlik sözçüsü döyüşən tərəflər arasındakı ölən və yaralananlar ahqda informasiya verməkdən yayınıb.
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 07 Oktyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















