Icma.az
close
up
RU
Həm bağırsaqları təmizləyən həm də arıqladan möcüzə

Həm bağırsaqları təmizləyən həm də arıqladan möcüzə

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Səna çayı son dövrlərdə həm təbii bağırsaq təmizləyicisi kimi, həm də arıqlama vasitəsi olaraq populyarlaşsa da, bu bitkinin istifadəsi qədim dövrlərə dayanır. Əsrlər boyu Ərəbistan və Hindistan təbabətində istifadə olunan səna bitkisi, əsasən bağırsaqları təmizləmək və qəbizliyi aradan qaldırmaq məqsədilə işlədilib.

Yenisabah.az həmin bitkinin faydalarını araşdırıb.

Səna çayının ən çox bilinən faydası onun güclü laksatif (yumuşaldıcı) təsirə malik olmasıdır. Çay bağırsaqların hərəkətini artıraraq, qəbizlik zamanı nəcisin bədəndən daha tez çıxarılmasına kömək edir. Bu təsir, bitkinin tərkibindəki sennozid adlı maddələr vasitəsilə həyata keçir.

Səna çayı, bağırsaqlarda uzun müddət qalan tullantıların orqanizmdən atılmasına şərait yaratdığı üçün bədəndəki toksinlərin azalmasına da yardım edir. Bu isə ümumi sağlamlıq və dəri vəziyyəti baxımından müsbət təsir göstərir.

Bir çox arıqlama proqramında səna çayına yer verilir. Çünki bu çay, bağırsaq boşalmasını sürətləndirdiyi üçün keçici olaraq çəkidə azalma hissi yaradır. Ancaq bu, yağ deyil, əsasən su və tullantı itkisidir. Buna görə də səna çayı arıqlama vasitəsi deyil, ancaq qısamüddətli dəstək kimi düşünülməlidir.

Səna çayı güclü təsirə malik olduğundan, uzun müddət və nəzarətsiz istifadəsi bağırsaq fəaliyyətini tənbəlləşdirə bilər. Orqanizm zamanla bu stimulyatora alışaraq, təbii bağırsaq hərəkətlərini azalda bilər. Eyni zamanda, elektrolit balansını pozaraq susuzlaşdırma və kalium çatışmazlığına səbəb ola bilər.

Səna çayı bəzi insanlar üçün uyğun olmaya bilər. Hamilə qadınlarda uşaqlıq daralmasını stimullaşdıra biləcəyi üçün risklidir. Süd verən analarda isə körpəyə təsiri qeyri-müəyyən olduğuna görə istifadə edilməməlidir. Eyni zamanda, böyrək xəstəlikləri və ürək ritm pozğunluğu olan şəxslərin də istifadə etməsi tövsiyə olunmur.

Səna çayı bəzi dərmanlarla qarşılıqlı təsirə girə bilər, xüsusilə diuretiklər (sidikqovucular), ürək dərmanları və müalicəvi laksatiflərlə birlikdə istifadəsi risklidir. Bu səbəbdən, səna çayını istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək məsləhətdir.

Səna çayı təbii vasitə olsa da, ehtiyatla istifadə edilməlidir

Səna çayı düzgün və nəzarətli şəkildə istifadə edildikdə qəbizliyin aradan qaldırılmasına və orqanizmin təmizlənməsinə kömək edə bilər. Lakin davamlı və məqsədsiz istifadəsi sağlamlığa ciddi zərər verə bilər. Təbii olduğu üçün təhlükəsiz olduğu düşünülməməlidir – səna çayı müalicə vasitəsi kimi qəbul edilməli və lazım gəldikdə yalnız qısa müddətli yardım olaraq seçilməlidir.

Aytac Şahin


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 May 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri