Icma.az
close
up
RU
Həm Fənər , həm də Qalatasaray üçün uğursuz hakim derbiyə təyinat aldı

Həm Fənər , həm də Qalatasaray üçün uğursuz hakim derbiyə təyinat aldı

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə bir İstanbul derbisi bitsə də, qarşıdan daha bir derbi gəlir.

''Football-plus.az'' xəbər verir ki, şənbə günü superliqanın 29-cu turunda ''Beşiktaş'' 2:1 qalib gələrək ''Qalatasaray''ın məğlubiyyətsiz seriyasına son qoydu. Aprelin 2-də isə bu dəfə ölkə kubokunun 1/4 finalında ''Qalatasaray'' ''Fənərbaxça''nın qonağı olacaq.
Əzəli rəqiblərin fevralın 24-də çempionat çərçivəsində baş tutan oyununu bilindiyi kimi sloveniyalı Slavko Vinçiç idarə etmişdi. Amma belə görünür, Türkiyə Futbol Federasiyasının bundan sonra əcnəbi hakim dəvət etmək niyyəti yoxdu. Şənbə günkü derbini Yasin Kol idarə etmişdi. Onun həmin matçı yaxşı idarə etməsi və nəticəyə təsir edən səhvə yol verməməsi TFF-nin əlini-qolunu gücləndirib. Kubokdakı derbiyə isə Cihan Aydın təyinat alıb!
2014-cü ildən hakimliklə məşğul olan və əslən Bursadan olan 32 yaşlı ədalət təmsilçisi 2022-ci ildən superliqa oyunlarına təyinat alır. O, bu mövsüm 1-i 1-ci liqa, 20-si superliqada olmaqla 21 qarşılaşmada fit sahibi olub. Bu oyunlarda 84 sarı vərəqə, 4 qırmızı vərəqə göstəribsə, 8 penalti təyin edib. Aydın karyerasında ilk dəfə derbi idarə edəcək.
Amma təbii ki, buna qədər o, dəfələrlə həm ''Fənərbaxça'', həm də ''Qalatasaray''ın oyunlarını idarə edib. Göstəricilər təxminən bərabərdi. ''Sarı-lacivərdlilər'' bu hakimlə 7 oyundan 5 qələbə, 2 heç-heçə, ''sarı-qırmızılar'' isə 8 oyundan 6 qələbə, 2 heç-heçə ilə ayrılıblar. Amma hər iki komandanın son vaxtlar bu hakimlə çox önəmli xallar itirdiyini xatırlatmaq yerinə düşər. Məsələn, ''Qalatasaray'' Aydın ilə ilk 6 rəsmi oyunun hamısından qələbə ilə ayrılmışdı. Amma ''Cim-Bom'' son 2 oyunda (''Hatayspor''a qarşı 1:1, ''Kasımpaşa''ya qarşı 3:3) bu ədalət təmsilçisi ilə 4 xal itirib. ''Fənərbaxça''nın isə martın 16-da evdə ''Samsunspor''la qolsuz bərabərə qalaraq 2 mühüm xal itirdiyi oyunu məhz Aydın idarə etmişdi.
Maraqlıdı ki, Aydın ötən ilə FİFA kateqoriyasına aid idisə, bu il onun bu statusu əlindən alınıb. Daha doğrusu TFF-nin FİFA-ya göndərdiyi siyahıda dəyişiklik edilmiş və yanvardan etibarən Cihan Aydın FIFA kateqoriyalı hakimlər siyahısından çıxarılmışdı. Onu Mehmet Türkmən əvəzləyib.
Onu da bildirək ki, kubokda cavab oyunu yoxdu. Yəni növbəti mərhələyə yüksələn komanda elə Kadıköydə bəlli olacaq. ''Qalatasaray'' öz qrupunu 2-ci pillədə tamamladığı üçün ev sahibi olmaq hüququndan məhrum olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Mart 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see219

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see193

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see165

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see148

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see145

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see142

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see141

Merz: 2026 cı il Avropa üçün həlledici ola bilər

31 Dekabr 2025 07:40see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see139

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see138

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri