“Həm qızım, həm də oğlumsan...” Video
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Bir neçə gün öncə Vətən müharibəsində Şuşanın azadlığı uğrunda canından keçən şəhid, DİN-in Daxili Qoşunlarının kiçik çavuşu Mikayıl Mikayılzadənin yeganə övladının kiçik toy mərasimi baş tutub.
“Qafqazinfo” xəbər verir ki, məclisdə şəhid atasının gəlininə hədiyyə təqdim etdiyi anlar sosial şəbəkələrdə hər kəsi təsirləndirib.
Gəlinini öz doğma övladı kimi bağrına basan şəhid atası çıxışı zamanı gözyaşlarını saxlaya bilməyib:
“Mənim bir qızım yox, iki qızım var. Sən həm də mənim oğlumsan. Balaca da olsa, sənə hədiyyə almışam. İstədiyin, bəyəndiyindir...”
Xatırladaq ki, Mikayıl Mikayılzadə 1992-ci ildə Beyləqan rayonunda anadan olub. 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəmanımız Vətən müharibəsi zamanı göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Baxış sayı:66
Bu xəbər 03 Fevral 2026 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















