Icma.az
close
up
RU
HƏMAS ın Bəşər Əsəd və SEPAH la gizli yazışmaları yayıldı

HƏMAS ın Bəşər Əsəd və SEPAH la gizli yazışmaları yayıldı

Icma.az bildirir, Sherg.az portalına istinadən.

İsrail ordusu Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar zamanı ələ keçirdiyi sənəd və məktubları yayımlayıb. Bu materiallar HƏMAS ilə devrilmiş Suriya rejimi (Bəşər Əsəd), “Hizbullah” rəhbərliyi və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadası ilə yazışmaları göstərir.

Teleqraf xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, sənədlər HƏMAS-ın keçmiş liderləri Yəhya Sinvar və İsmayıl Haniyə ilə “Hizbullah”ın keçmiş baş katibi Həsən Nəsrullah, eləcə də “Qüds” briqadasının “Fələstin” korpusunun komandiri Məhəmməd Səidzadə arasında yazışmaları əhatə edir.

Sənədlərdən birində Sinvar yazır ki, “Suriya bizim üçün sığınacaq, təşkilatlanma və genişlənmə bazası kimi əvəzolunmazdır”.

Sinvar o dövrdə Bəşər Əsəd rejiminin varlığının vacibliyini vurğulayaraq əlavə edir: “Onun vasitəsilə biz Qüds oxu (İranın proksi qüvvələri) çərçivəsində müqavimət proqramında iştirak edə bilirik”.

Sənədlər həmçinin Səidzadə, HƏMAS və “Hizbullah” nümayəndələrinin iştirak etdiyi bir toplantının protokolunu da göstərir. Həmin görüşdə Əsəd rejimi ilə münasibətlərin bərpasının yolları və bununla bağlı mümkün ictimai reaksiyaların necə azaldılması müzakirə edildiyi qeyd olunur.

İsrail ordusunun məlumatına görə, digər görüşlər də Fələstin qruplarının iştirakı ilə Bəşər Əsədlə baş tutub, məqsəd HƏMAS-la Dəməşq arasında münasibətlərin bərpasını ictimaiyyətin diqqətindən yayındırmaq olub.

Görüşlərdən birində İsmayıl Haniyə Dəməşqdən fələstinli məhbusların azad edilməsini istəyib və bunun münasibətlərin bərpasına qarşı cəmiyyətdəki narazılığı azaltmağa kömək edəcəyini bildirib.

Başqa bir sənəddə isə HƏMAS rəhbərliyinə yaxın bir şeyx qrupu Suriya rejimi ilə əlaqələrin bərpasını sərt şəkildə tənqid edir: “Biz HƏMAS-dan gözləyirik ki, İraqda İrana, Suriyada Bəşər Əsədə və onun rejiminə, Yəməndə husilərə qarşı dayansın. Onlarla əlaqə və əməkdaşlıq qurmaq qadağandır. Bu strateji geriçəkilmədir və qəbul olunarsa, HƏMAS-ın süqutu ilə nəticələnəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Noyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri