Icma.az
close
up
RU
“ “HƏMAS” ın və “SEPAH” ın birliklərinin bayraqlarında “Qüds” sözü var, amma heç kəs Qüdsün statusundan danışmır...”

“ “HƏMAS” ın və “SEPAH” ın birliklərinin bayraqlarında “Qüds” sözü var, amma heç kəs Qüdsün statusundan danışmır...”

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Ərəb ölkələri, Türkiyə, İsrail və xristian dünyası, Vatikan bu məsələdə fərqli mövqelər sərgiləyir, amma konkret bir həllə yaxınlaşmaq çox çətindir...”

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Moderator.az-ın "Böyük Britaniya, Fransa, Kanada, Avstraliya və bir sıra digər nüfuzlu Qərb və Qərbmeyilli dövlətlərin Fələstini tanıması nə deməkdir? Bu, sadəcə bir başqatmadır, yoxsa hansısa strateji məqsədləri var?” sualına cavab verib.

Zülfüqarovun sözlərinə görə, XX əsrin 70-ci illərindən etibarən bir çox ölkə Fələstini tanıyıb, amma bu, vəziyyəti dəyişdirməyib. “Fələstində “HƏMAS” ilə Fələstin Administrasiyası arasında ciddi qarşıdurma mövcuddur. Qərb sahilindəki administrasiya ilə “HƏMAS” bir-birinin düşmənidir. Bu vəziyyətdə hərbi əməliyyatlar, əslində, Fələstin Administrasiyasının tanınması və legitimləşdirilməsi üçün bir vasitə kimi istifadə olunur və bütün bunlar, müəyyən təsir yaratmaq məqsədi güdür”, – deyə Zülfüqarov qeyd edib.

O, münaqişənin həllinə dair son dövrlərdəki beynəlxalq səylərin məntiqsiz olduğunu vurğulayıb: “Bu gün Ukrayna-Rusiya münaqişəsində olduğu kimi, burada da məntiqi çıxmaz bir vəziyyət yaranıb. Əməliyyatlar və hərbi gedişlər bir nəticəyə gətirməsə də, bəzən digər güclərin maraqlarını təmin edən bir strategiya kimi davam etdirilir.”

Zülfüqarovun fikrincə, münaqişənin əsas problemi hələ də həll olunmayıb: “İki əsas məsələ var – birincisi, İsrail və Fələstin arasında sərhədlərin müəyyənləşdirilməsi, ikincisi isə Qüds şəhərinin və müqəddəs torpaqların statusu məsələsidir.”

Keçmiş nazir Qüds məsələsinin uzun müddətdir beynəlxalq gündəmdən düşdüyünü qeyd edərək, bu mövzuda beynəlxalq qərarların hələ də tapılmadığını vurğulayıb: 

“Beynəlxalq ictimaiyyət bu məsələnin həlli üçün birgə mövqedə deyil. Ərəb ölkələri, Türkiyə, İsrail və xristian dünyası, Vatikan bu məsələdə fərqli mövqelər sərgiləyir, amma konkret bir həllə yaxınlaşmaq çox çətindir.”

Sabiq baş diplomat xüsusilə “HƏMAS”ın və  İranın “SEPAH” birlikləri kimi digər regional oyunçuların bayraqlarında “Qüds” sözünün əks olunduğunu qeyd edərək, bu mövzunun beynəlxalq siyasətdə paradoksal bir vəziyyət yaratdığını bildirib: 

“Hamı Qüdsdən danışır, amma müqəddəs yerlərin gerçək statusu və onların qorunması barədə ciddi müzakirələr aparılmır. Bu vəziyyət həm regionda, həm də dünya siyasətində diqqət çəkir.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Oktyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see213

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see185

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see148

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see141

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see128

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri