“Həmas üçün qələbə, sionist rejimin məğlubiyyəti”: İran atəşkəsi necə qiymətləndirdi?
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
Qəzzada atəşkəsin əldə olunduğu elan edildikdən sonra ilk şərh İrandan gəlib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, atəşkəs razılaşmasını fələstinlilərin qələbəsi, İsrailin isə məğlubiyyəti hesab edən İran Qəzzanın yenidən qurulmasına dərhal başlanılmasını istəyib.
İran HƏMAS və İsrail arasında əldə olunan atəşkəs və girov razılaşmasını fələstinlilərin “qələbə”, İsrailin isə “məğlubiyyəti” kimi qiymətləndirib.
Tehranın bəyanatında vurğulanıb ki, Qəzzada keçirdiyi hərbi əməliyyat zamanı “ən ağır cinayətləri törədən, minlərlə qadın və uşağı öldürən” İsrail məğlub olub.
İran Xarici İşlər Nazirliyi Qəzzada soyqırım və qətllərin tamamilə dayandırılması, işğalçıların tamamilə geri çəkilməsi və Qəzza zolağına yardımın dərhal və geniş şəkildə çatdırılması daxil olmaqla, razılaşdırılmış razılaşmaların tam yerinə yetirilməsinə çağırıb.
Bundan əlavə, İranın digər çağırışı dərhal Qəzzanın yenidən qurulmasına başlamaq idi.
İnqilab Keşikçiləri Korpusu da atəşkəs razılaşmasını fələstinlilərin qələbəsi kimi qiymətləndirdi.
Keşikçilərin bəyanatında deyilir:
“Müharibənin sonu və atəşkəsin həyata keçirilməsi Fələstinin aşkar və böyük qələbəsi, eləcə də dəhşətli sionist rejimi üçün daha böyük məğlubiyyətdir”.
Orxan Saffari
Baxış sayı:74
Bu xəbər 16 Yanvar 2025 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















