HƏMAS yaxın günlərdə tərkisilah sazişi imzalayacaq
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Vaşinqton administrasiyası inanır ki, radikal Fələstin HƏMAS hərəkatının nümayəndələri tezliklə öz qüvvələrinin tərksilah edilməsini nəzərdə tutan saziş imzalayacaqlar .
Newscenter.az xəbər verir ki, belə bir iddia ilə Amerikanın "Axios" xəbər agentliyi çıxış edib. Agentliyin məlumatına görə, ABŞ-ın təşəbbüsü ilə yaradılan Sülh Şurası HƏMAS-ın yaxın günlərdə Qəzza zolağının tərksilah edilməsi və demilitarizasiyasına başlamaq üçün razılaşma imzalaya biləcəyinə inanır.
Nəşr qeyd edir ki, bu, ABŞ tərəfindən təklif edilən Qəzza zolağı üçün sülh planının həyata keçirilməsi baxımından əhəmiyyətli bir irəliləyiş olardı.
Məqalədə iddia edilir ki, Sülh Şurası, Misir, Qətər və Türkiyədən olan vasitəçilərlə birlikdə bir neçə aydır HƏMAS ilə Qəzza zolağının silahsızlaşdırılması və anklavda hakimiyyətin texnokratik komitəyə ötürülməsi ilə bağlı danışıqlar aparır. Yazıda həmçinin qeyd olunur ki, HƏMAS tərksilah edilməmək üçün müqavimət göstərir. Buna baxmayaraq ABŞ və Sülh Şurası ümid edir ki, xarici təzyiqin artması və HƏMAS daxilində maliyyə böhranının pisləşməsi hərəkatı razılaşmanı qəbul etməyə sövq edə bilər.
Məlumata görə, Misirdə davam edən danışıqlar son mərhələsinə qədəm qoyub. Məqalədə Qətər, Türkiyə və Misir nümayəndələrinin müqaviləni imzalamaq üçün HƏMAS-a güclü təzyiq göstərdiyi də vurğulanır. Portalın məlumatına görə, İran isə nümayəndələri HƏMAS-a müqaviləni tələsdirməməyi və vaxt qazanmağı məsləhət görürlər.
Anar
Bu mövzuda digər xəbərlər:HƏMAS və İsrail yaxın günlərdə Qəzza razılaşmasını imzalayacaq
21 İyul 2025 15:48
ABŞ: Həmas tərkisilah edilə bilər
28 Aprel 2026 10:48
HƏMAS bu tarixdə tərkisilah ediləcək: İlk ərazi isə...
15 Fevral 2026 09:30
İsrail və HƏMAS sülh müqaviləsi imzalayacaq?
16 Aprel 2025 11:31
İsrail və HƏMAS atəşkəs razılaşması imzalayacaq
09 Oktyabr 2025 10:34
Baxış sayı:149
Bu xəbər 31 İyul 2026 01:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















