Hemato onkoloji xəstəliklər üçün yeni ümid Sümük İliyi Transplantasiya Mərkəzi açıldı
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yeni Klinikada Sümük İliyi Transplantasiyası Mərkəzi açılıb.
Yeni yaradılmış mərkəz ilə tibb müəssisəsi hemato-onkoloji xəstəliklərin müalicəsində daha geniş imkanlar yaradacaq.
Bizim.Media xəbər verir ki, bunu Yeni Klinikada Sümük İliyi Transplantasiyası Mərkəzinin açılışı zamanı təşkil edilmiş mediaturda mərkəzin şöbə müdiri Sevil Cəlilova bildirib.
"Mərkəz 22 çarpayılıq şöbə ilə böyüklər və uşaqlar üçün fəaliyyət göstərəcək. Həm autogen, həm də allogen sümük iliyi transplantasiyası beynəlxalq protokollara uyğun şəkildə həyata keçiriləcək. Leykoz, talassemiya, aplastik anemiya, limfoma və mieloma kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün bu mərkəz yüksəksəviyyəli, inteqrasiya olunmuş müalicə şəraiti yaradacaq və xaricə bağlılığı əhəmiyyətli dərəcədə azaldacaq.
Transplantasiya blokları müasir sterilizasiya standartlarına cavab verən HEPA filtrasiyalı hava axını, tam izolyasiya rejimi və yüksəksəviyyəli infeksion nəzarət sistemi ilə təchiz edilib",-o deyib.




Naibə, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 20 Noyabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















