Icma.az
close
up
RU
Sümük iliyi transplantasiyası onkoloji xəstələrin müalicə imkanlarını genişləndirir

Sümük iliyi transplantasiyası onkoloji xəstələrin müalicə imkanlarını genişləndirir

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Sümük iliyi transplantasiyası onkoloji və hematoloji xəstəliklərin ağır gedişində tətbiq olunan həyati vacib tibbi xidmətlərdən biridir. Bu xəstəliklər zamanı sümük iliyinin normal qan hüceyrələrini istehsal etmək qabiliyyəti zəifləyir və pasiyentlərdə davamlı halsızlıq, qansızma meyilləri, tez-tez infeksiyalara yoluxma, sümük ağrıları və hərarət artımı kimi əlamətlər meydana çıxır. 

“Qafqazinfo” xəbər verir ki, belə hallarda müalicənin ən effektiv üsullarından biri sümük iliyi transplantasiyası hesab olunur.

2024-cü ildən bugünədək icbari tibbi sığorta hesabına 20-dən çox sümük iliyi transplantasiyası icra olunub. Əvvəllər yalnız xaricdə və yüksək maliyyə vəsaiti hesabına icra olunan sümük iliyi transplantasiyası hazırda Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzində icbari tibbi sığorta hesabına həyata keçirilir. Bu isə müasir tibbi xidmətlərin ölkə daxilində əlçatanlığını artırır, vətəndaşların maddi yükünü azaldır. Əməliyyata ehtiyac duyan pasiyentlər ilkin olaraq Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət etməlidir. Müvafiq sənədlər təqdim edildikdən sonra vətəndaş tibbi göstəriş əsasında tibb müəssisəsinə yönləndirilir və müvafiq tibbi xidmətlər icbari tibbi sığortanın təminatı ilə həyata keçirilir.

Əməliyyatın icrası üçün pasiyentlər əvvəlcə geniş diaqnostik müayinələrdən keçirlər. Qanın ümumi və biokimyəvi analizi, immunoloji testlər, sümük iliyi biopsiyası, donor-resipiyent uyğunluğunun müəyyən edilməsi üçün HLA tipizasiyası, həmçinin KT və MRT kimi instrumental müayinələr aparılır. 

Transplantasiya ilə bağlı diaqnostik müayinələr, həm donor, həm də resipiyentin əməliyyatı, əməliyyat zamanı istifadə olunan dərman, tibbi sərf və qidalanma icbari tibbi sığorta çərçivəsində qarşılanır. Qeyd edək ki, sümük iliyi transplantasiyası yalnız tibbi göstəriş əsasında həyata keçirilir.

Transplantasiyanın iki növü mövcuddur: 1. Otoloji - yəni pasiyentin öz hüceyrələrinin toplanaraq ona köçürülməsi; 2. Allogenik – yəni uyğun donordan götürülən hüceyrələrin köçürülməsidir. Əməliyyat zamanı pasiyent steril şəraitdə yerləşdirilir və yeni hüceyrələrin köçürülməsi həyata keçirilir. Növbəti 2-3 həftə ərzində yeni sümük iliyinin yerləşməsi izlənilir. Bu müddətdə pasiyentlər 45-60 gün havalandırma sistemi ilə təchiz olunmuş xüsusi palatalarda saxlanılır.

Əməliyyatdan sonrakı dövrdə xəstələr 2 ilə qədər həkim nəzarətində qalırlar. Həkimlərin müşahidələrinə görə sümük iliyi transplantasiyası olan pasiyentlərin çoxunda uzunmüddətli remissiya əldə olunur və həyat keyfiyyətləri əhəmiyyətli dərəcədə yaxşılaşır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri