Icma.az
close
up
RU
Ölünü unudub qeybət edənlər “Yas mərasimi sosial görüş yerinə çevrilib”

Ölünü unudub qeybət edənlər “Yas mərasimi sosial görüş yerinə çevrilib”

Icma.az bildirir, Yenisabah portalına istinadən.

“İslam dininə görə yas mərasimlərinin əsas məqsədi dünyasını dəyişən insanı yad etmək, onun üçün dua etmək, ölümün həqiqətini xatırlamaq və bu ağır günlərdə mərhumun yaxınlarına mənəvi dəstək olmaqdır. İnsan ölüm qarşısında öz həyatını, əməllərini və dünyanın faniliyini düşünməlidir. Yas məclisi də insana bu həqiqətləri xatırladan, onu mənəvi baxımdan düşündürən bir məclis olmalıdır”.

Bunu “Yeni Sabah”a ilahiyyatçı Əkrəm Həsənov deyib. O bildirib ki, Qurani-Kərimdə Allah buyurur ki, “Hər bir canlı ölümü dadacaqdır” (Ali-İmran, 185):

“Bu ayə ölümün bütün insanlar üçün dəyişməz bir həqiqət olduğunu xatırladır. Belə məclislərdə əsas diqqət mərhumun xatirəsinə, onun üçün edilən dualara, ailəsinə təsəlli verməyə və insanın öz həyatından ibrət götürməsinə yönəlməlidir. Bizdə qohum-əqrəbalar, kənd camaatı, tanışlar və.s. biri-birlərini uzun müddət görmədikləri üçün bəzən təbii olaraq yas məclisində söhbətlər edirlər. Əslində yas məclisində gündəlik məsələlərdən danışmaq, gülmək, dedi-qodu etmək islama uyğun davranış deyil. İslamda belədir ki, dünyasını dəyişən şəxsi sakit şəkildə dəfn edib geri qayıtmaq lazımdır. Bizim yas adətlərində isə həqiqətdə insanın hər hansı bir söhbət etməsi, müəyyən bir məsələyə münasibət bildirməsi özlüyündə normal haldır və bu dinimizə də zidd deyil. Lakin məclisin mahiyyətini unutmaq, mərhumun yaxınlarının ağrı və kədərinə hörmət etməmək, başqalarının şəxsi həyatını müzakirə etmək, əlavə olaraq qeybət və dedi-qodu ilə məşğul olmaq dini və əxlaqi baxımdan doğru deyil. Elektronika məhsulları

Qurani-Kərimdə Hucurat surəsinin 12-ci ayəsində qeybət qəti şəkildə qadağan edilir. Peyğəmbərimiz (s.ə.s) də müsəlmanın başqasına dili və əli ilə zərər verməməli olduğunu buyurub. Bu baxımdan yas məclisində də insan öz danışığına və davranışına diqqət etməlidir. Mərhumun evində, onun ailəsinin yaşadığı ağır anlarda insanların bir-birinin qüsurlarını müzakirə etməsi, ailə məsələlərini ortaya qoyması, gülüş və əyləncə xarakterli söhbətlərə dalması həmin məclisin mənəvi məqsədinə uyğun deyil”.

Ə.Həsənov qeyd edib ki, bunun səbəblərindən biri də zaman keçdikcə bəzi dini və mənəvi məclislərin öz mahiyyətindən uzaqlaşaraq adət-ənənə, sosial görüş və ünsiyyət məkanına çevrilməsidir:

“İnsanlar bəzən bir araya gəlmək fürsətini yas məclislərində görürlər. Bu, cəmiyyətin sosial münasibətləri ilə bağlı bir məsələdir. Ancaq hər bir adət dini mahiyyətin önünə keçməməlidir. İnsan bir məclisə gəlirsə, orada nə üçün olduğunu unutmamalı, mərhumun ailəsinə hörmət göstərməli və öz davranışı ilə onlara əlavə narahatlıq yaratmamalıdır.

Yas mərasimlərində israfçılıq, uzun-uzadı qonaqlıq və ailənin maddi imkanlarını aşan xərclər məsələsinə dəfələrlə münasibət bildirmişəm. İslamda mərhumun ailəsinin üzərinə əlavə yük qoymaq deyil, onların yükünü azaltmaq əsasdır. Peyğəmbərimiz (s.ə.s) Cəfər ibn Əbu Talib şəhid olduqda onun ailəsi üçün yemək hazırlanmasını buyurmuş və belə demişdir: “Cəfərin ailəsi üçün yemək hazırlayın. Çünki onların başına onları məşğul edən bir hadisə gəlib”. Bu hədis (Əbu Davud, 3132; Tirmizi, 998) yas zamanı insanlara necə dəstək olmağın çox gözəl nümunəsidir. Yəni yeməyi, ehsanı mərhumun ailəsi deyil, imkan daxilində yaxınları və qonşuları hazırlayıb onlara kömək etməlidirlər”.

İlahiyyatçı bildirib ki, burada əsas məsələ ehsanın özündə deyil, onun hansı formada həyata keçirilməsindədir:

“İnsan mərhumun ruhuna savab niyyəti ilə sədəqə verə, ehtiyacı olanlara yardım edə, yemək paylaya bilər. Lakin bunu məcburi xərcə, borca, insanlar arasında rəqabətə və saatlarla davam edən qonaqlığa çevirmək düzgün deyil. Heç bir ailə yas mərasiminə görə maddi çətinliyə düşməməli, borc götürməyə məcbur edilməməlidir. Çünki dinimiz insanlara çətinlik yaratmaq üçün deyil, onların həyatını asanlaşdırmaq üçün göndərilib.

Mənim əvvəlki açıqlamalarımda da qeyd etdiyim kimi, yas mərasimlərinin sadə, qısa və mənəvi mahiyyətinə uyğun keçirilməsi daha məqsədəuyğundur. İnsanlar gəlib başsağlığı verməli, mərhum üçün dua etməli, ailəyə təsəlli verməli, ehtiyac varsa, onların gündəlik işlərində də kömək göstərməlidirlər. Bir neçə saat ərzində bu məqsədləri həyata keçirmək mümkündür. Bunun üçün günlərlə davam edən, insanları yorub maddi və mənəvi yükə salan mərasimlərə ehtiyac yoxdur.

Ən vacibi odur ki, biz ölümü yalnız bir mərasim kimi qəbul etməyək. Yas məclisi insanın öz ölümü, həyatı, əməlləri və Allah qarşısında məsuliyyəti barədə düşünməsi üçün də bir fürsətdir. Mərhumun arxasınca ən gözəl yad etmə onun üçün dua etmək, yaxşı əməllərini xatırlamaq, varsa, borclarının ödənilməsinə kömək etmək və ailəsini tək qoymamaqdır. İslamın yas anlayışının mərkəzində nümayiş, israf və formal adətlər deyil, mərhəmət, dua, səbr və insanlara dəstək dayanmalıdır”.

Aydan Hacı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 Noyabr 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see655

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see555

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see314

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see310

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see279

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see268

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see268

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see267

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see243

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see238

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see237

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see235

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see234

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see230

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see230

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see228

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see224

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri