Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

“Həmin qətnamələr kağız parçasından başqa bir şey deyil”

“Həmin qətnamələr kağız parçasından başqa bir şey deyil”

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Belçika və Niderlandın Nümayəndələr palataları tərəfindən aprelin 16-sı qəbul edilmiş qətnamələr tamamilə qərəzlidir. Bu sənədlər Azərbaycan-Ermənistan sülh prosesinə, hər iki ölkənin birgə səyləri ilə regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlara zərbə vurmaq məqsədi daşıyır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

O bildirib ki, hazırda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh quruculuğu üçün praktiki addımlar atılır. Ötən ilin avqustunda Vaşinqton şəhərində əldə edilən razılaşmalar sülh prosesi üçün hüquqi baza rolunu oynayır: “Həmin vaxtdan etibarən iki ölkə arasında gərginlik tam azalıb, sərhədlərimizdə heç bir hərbi insident baş verməyib. Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında etimad quruculuğu yönündə tədbirlər həyata keçirilir. Azərbaycan ərazisi vasitəsilə Ermənistana üçüncü ölkələr tərəfindən müxtəlif məhsulların daşınması, ölkəmizin Ermənistana neft məhsulları ixrac etməsi bunun göstəricisidir. Eləcə də, “Sülh körpüsü” layihəsi çərçivəsində iki ölkənin qeyri-hökumət təşkilatlarının qarşılıqlı səfərləri cəmiyyətlərimiz arasında etimad mühitinin formalaşdırılmasına xidmət edir”.

Millət vəkilinin sözlərinə görə, artıq rəsmi İrəvan da Qarabağ mövzusunun bağlandığını bəyan edib. Bu ölkənin Baş naziri Nikol Paşinyan ötən gün bir daha bu mövqeyini xatırlatdı. Belə olan halda Belçika və Niderland parlamentarilərinin məlum mövqeyi ciddi suallar doğurur. Görünən odur ki, müəyyən beynəlxalq dairələr, o cümlədən xaricdəki erməni diasporu və lobbisi Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında maraqlı deyil. Onlar yenidən bölgəni gərginlik məkanına çevirməyə çalışırlar. Qətnamələrdə hərbi canilərin “əsir” və “girov” adlandırılması, onların azad edilməsi “tələbi” qəbulolunmazdır.

Samir Vəliyev qeyd edib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada söz sahibi olan dövlətə çevrilib. Dövlətimizlə diktə dilində danışmaq mümkün deyil. Özlərini demokratik dövlət hesab edən Belçika və Niderland müstəmləkə keçmişlərini xatırlasalar daha yaxşı olar.

“Azərbaycanın Milli Məclisi də ölkəmizin suveren ərazisinə təhrif edilmiş formada istinad edən, saxta iddialar və əsassız ittihamlar üzərində qurulmuş birtərəfli və qərəzli sənədləri kəskin şəkildə qınayıb və qətiyyətlə rədd edib. Bu ölkələr anlamalıdır ki, beynəlxalq hüquqa zidd olan sənədləri qəbul etməklə əslində özlərinin imicinə zərər vururlar. Ona görə də həmin qətnamələr kağız parçasından başqa bir şey deyil” - deyə S.Vəliyev vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Aprel 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see623

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see291

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see284

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see273

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see266

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see246

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see243

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see239

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see234

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see225

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see224

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see212

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see201

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see200

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see200

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see199

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see191

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see181

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see180

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri