Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Həmin verilişin videoyazısı qalır, açıb diqqətlə dinləsinlər Aydın Hüseynov

Həmin verilişin videoyazısı qalır, açıb diqqətlə dinləsinlər Aydın Hüseynov

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Milli Məclisin deputatı Aydın Hüseynov Real TV-nin canlı efirində Vaşinqtonda keçirilən sülh sammiti və Zəngəzur dəhlizi barədə fikirlərini bölüşüb.

Deputatın Zəngəzur dəhlizinin yerləşdiyi ərazi ilə bağlı fikirləri bəzi saytlar və sosial şəbəkə iştirakçıları tərəfindən fərqli istiqamətdə şərh edilib və müzakirə mövzusuna çevrilib.

Məsələ ilə bağlı Musavat.com-un əməkdaşı deputat Aydın Hüseynovla əlaqə saxlayıb.

Aydın Hüseynov bildirib ki, Real TV-nin canlı efirində səsləndirdiyi bir cümləni bəzi saytlar və sosial şəbəkə iştirakçıları qəsdən kontekstdən çıxararaq təqdim ediblər:

“Görünür ki, Zəngəzur dəhlizinin açılmasını istəməyən qüvvələrə bağlı olanlar fikirlərimi təhrif edib. Həmin verilişin videoyazısı qalır, açıb diqqətlə dinləsinlər. Həmin verilişdə dediklərimin üzərində qalıram. Kimlərsə orada səsləndirilən fikirlərlə razı deyilsə, bu onların öz problemidir və belə görünür ki, onlar Azərbaycanın böyük uğuruna sevinmirlər. Zəngəzur dəhlizi 30 il ərzində Rusiyanın və digərlərinin təsir dairəsi olduğu dövrdə təcrid olunaraq dünya iqtisadiyyatı üçün səmərəsiz bir əraziyə çevrilmişdi. O ərazilər Rusiyanın və digərlərinin nəzarətində olduğu dövrdə səmərəsiz ərazi olub, qarşıdurmalar meydanına çevrilib.

Görünür, bu fikirlərim bəzi dairələrdə qıcıq yaradıb. Ona görə də belə anlaşılır ki, Zəngəzur dəhlizinin açılmasını istəməyən dövlətlərə və dairələrə bağlı olan bəzi media orqanları, bəzi şəxslər qəsdən mənim fikirlərimi təhrif edirlər. Qəsdən elə təqdim edirlər ki, guya mən Zəngəzur dəhlizinin səmərəsiz olduğunu demişəm. Həmin qaranlıq ünvanlara bağlı olanlara buradan demək istəyirəm ki, Zəngəzur dəhlizinin açılmasını səmimi istəyirlərsə, ara qarışdırmağa xidmət edən dezinformasiyalar, şərhlər yazmamalıdırlar. Lakin onlar bunu edirlər. Deməli, onlar heç də Zəngəzur dəhlizinin açılmasını istəmirlər”.

A.Hüseynov vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması, istifadəyə verilməsi Azərbaycan üçün, bütün region və dünya iqtisadiyyatı, həmçinin Ermənistanın özü üçün, hətta Zəngəzur dəhlizinin açılmasını istəməyən dövlətlər üçün böyük əhəmiyyət daşıyacaq:

“Zəngəzur dəhlizi dünya miqyaslı böyük əhəmiyyət daşıyacaq səmərəli hab olacaq. Eyni zamanda Zəngəzur dəhlizi Azərbaycanın tarixi haqqıdır, Zəngəzur dəhlizinin açılması Naxçıvanla tarixi quru əlaqəmizin bərpası olacaq, Zəngəzur Azərbaycan xalqının tarixi torpaqlarıdır, bu ərazi Azərbaycan üçün təkcə iqtisadi mahiyyətli ərazi deyil, həm də mənəvi anlam daşıyır. Cənab Prezidentimiz İlham Əliyevin ABŞ səfəri çox böyük tarixi uğurlu səfər oldu. Səfər zamanı imzalanan sənədlər, üçtərəfli Bəyannamə Azərbaycanın zəfərinin davamıdır, qələbəmizin bir daha de-yure təsdiqlənməsidir. Zəngəzur dəhlizinin açılmasını istəməyən, Azərbaycanın böyük diplomatik qələbəsindən narahat olan qüvvələrdən qidalananlar, onlara xidmət edənlər bu cür fikirləri eşitmək istəmirlərsə, bu onların mahiyyətini, Azərbaycan üçün səmərəsiz varlıq olduqlarını açıb ortaya qoyur. Onlar bilməlidirlər ki, cəhdləri əbəsdir. Azərbaycan dövləti qüdrətli dövlətdir, qarşısına qoyduğu hədəflərə sistemli olaraq çatır və çatacaq. Zəngəzur dəhlizi açılacaq.

Dəhlizin açılması bütün regionun faydasına olacaq. Xüsusilə də Zəngəzur dəhlizinin açılması Ermənistan üçün bir nəfəsliyin açılması olacaq. Bu dəhlizin açılmasından heç kim itirməyəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 Avqust 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see252

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see231

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see209

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see208

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see207

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see190

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see188

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see183

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see169

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see160

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see159

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see157

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see151

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see151

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see150

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see150

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri