Icma.az
close
up
RU
Bu, Azərbaycanın enerji tarixində mühüm hadisədir Aydın Hüseynov

Bu, Azərbaycanın enerji tarixində mühüm hadisədir Aydın Hüseynov

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın enerji tarixndə çox mühüm hadisənin şahidi olduq. Prezident İlham Əliyevin və bir sıra xarici şirkət rəhbərlərinin iştirakı ilə Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılışı əlamətdar hadisədir.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O bildirib ki, ümumi gücü 1880MVt olan bu stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri istehsal müəssisəsi kimi tarixdə qalacaq:
“Layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili enerji tələbatını deyil, həm də ixrac potensialını artıracaq, ölkəmizə yeni imkanlar qazandıracaq. 1945-ci ildə Mingəçevirdə inşasına başlanan və 9 ildən sonra istifadəyə verilən 8 bloklu Su Elektrik Stansiyanın ümumi gücü 2400 meqavatdır. “8 Noyabr” Elektrik Stansiyasının isə Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı Sərəncama əsasən inşasına başlanıb və bu layihə rekord sayılacaq müddətdə - cəmi iki il ərzində uğurla başa çatdırılıb. Layihənin hazırlanması və icrasında Azərbaycanın mühəndisləri əsas rol oynayıb, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilib. Bu hadisə ilə “Nur şəhəri” adlandırılan Mingəçeviri ölkənin əsas enerji mərkəzinə çevrilir.

Dövlət başçısı İlham Əliyevin  qeyd etdiyi kimi: “Biz son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar ki, sıfırdan qurmuşuq. Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları qurulub, eyni zamanda, Mingəçevirdə də yenidənqurma işləri aparılıb. Yadınızdadır, burada baş vermiş qəza nəticəsində ölkəmizin böyük hissəsi, demək olar ki, işıqsız qalmışdı. Ondan sonra praktiki tədbirlər görülməyə başlandı və biz qısa müddət ərzində burada böyük uğurlara nail ola bildik”. Son 20 ilin sosial-iqtisadi uğurlarına diqqət etsək, qazanılan uğurlar kifayət qədər çoxdur. Əlbəttə, hər bir dövlətin iqtisadiyyatı və onun sosial həyatı həmin ölkədə enerji sektorunun inkişaf səviyyəsindən asılıdır”.

Deputat söyləyib ki, bütün digər sahələrdə olduğu kimi, elektrik enerjisi sahəsinin də etibarlı inkişafının təməl daşı ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: “1971-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində Araz çayı üzərində gücü 22 MVt olan İran-Azərbaycan “Araz” Su Elektrik Stansiyasının tikintisini, 1972-ci ildə “2 saylı Sumqayıt İstilik Enerji Mərkəzi”nin gücünün 220 MVt-a çatdırılmasını, 1976-1977-ci illərdə gücü 50 MVt olan “Sərsəng” Su Elektrik Stansiyasının istifadəyə verilməsini, gücü 380 MVt olan “Şəmkir” Su Elektrik Stansiyasının istismara buraxılmasını xüsusi qeyd etmək lazımdır. Heydər Əliyevin Azərbaycanda qurduğu yeni və güclü energetika sisteminin ən bariz nümunələrindən biri bu gün də Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılan, 8 enerji blokna malik və gücü 2400 MVt olan “Azərbaycan” İstilik Elektrik Stansiyasıdır. Müstəqillik illərində ulu öndərin rəhbərliyi altında Azərbaycanın enerji sisteminin yenidən qurulması istiqamətində görülən işlər nəticəsində ölkədə elektrik enerjisi istehsalı 2 dəfəyə qədər artırılıb. Təməli ulu öndər tərəfindən qoyulmuş Azərbaycan enerji sistemində son 20 ildə Prezident İlham Əliyev tərəfindən böyük uğurlara imza atılıb. Ölkənin  enerji sistemində aprılan islahatlar, enerji istehsal edən yeni stansiyaların inşası və fəaliyyətdə olan stansiyaların modernləşdirilməsi hesabına enerji istehsalı sahəsində yüsək nəticələr əldə olunub. 2003-cü ilə qədər Azərbaycanda cəmi 10 elektrik stansiyası mövcud idisə, İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 20 ildə Azərbaycanda 34 yeni elektrik stansiyası tikilib istismara verilib. Bunun nəticəsidir ki, ölkəmiz elektrik enerjisini idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilib”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://525.az
archiveBu xəbər 25 İyun 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri