Icma.az
close
up
RU
“Həmin vəsait MY Group” şirkəti tərəfindən onların hesabına köçürüldü” “Şəfa”nın prezidenti

“Həmin vəsait MY Group” şirkəti tərəfindən onların hesabına köçürüldü” “Şəfa”nın prezidenti

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Şahdağ Qusar” fanatlarına ümumilikdə 514 bilet satılmışdı. Həmin tribunada onlara ayrılan yer məhz bu qədər idi. Olsun 100 azarkeş artıq… Qalan azarkeşlər isə –  təxminən 3000-dən yuxarı fanat isə “Şəfa”nı dəstəkləməyə gələnlər idi.  Qonaq komandanın azarkeşləri üçün də hər hansı bir süni maneə yaradılmamışdı.  Bizim əməkdaşlarımız və polislərin nəzarəti altında azarkeşlər bir-bir yoxlanılaraq tribunaya buraxılmışdı. Qaldı ki, tribunanın tamamilə qusarlı fanatların doldurmasına, bu doğru məlumat deyil”.

Bu sözləri İdmanxeber.az-a açıqlamasında “Şəfa” klubunun prezidenti Sərdar Salmanzadə deyib.

II Liqanın 24-cü turunda evdə “Şahdağ Qusar”la qolsuz bərabərliyə razılaşan “Şəfa” klubunun rəhbəri bildirib ki, matçdan əldə olunan vəsait autizm spektrinin pozuntularından əziyyət çəkən uşaqların reabilitasiya mərkəzinə ianə olunub:

“Biz həmin oyundan ümumilikdə əldə etdiyimiz 5140 manat vəsaiti autizm spektrinin pozuntularından əziyyət çəkən uşaqların reabilitasiya mərkəzinə ianə etdik. “MY Group” şirkəti tərəfindən həmin vəsait onların hesabına köçürüldü. Biz bu cür tədbirləri yenə davam etdirəcəyik. Bilet satışından əldə olunacaq gəlirlər ehtiyacı olan uşaqlar üçün ianə olunacaq”.

Qusarlı fanatlar oyun öncəsi “Şəfa” rəhbərliyinin onlar üçün biletləri 10 manata qaldırmalarına etiraz olaraq, meydana kağız parçalarından şabaş atmağa başlayıblar. Hətta matçdan sonra Qusar təmsilçisinin bəzi futbolçuları da həmin saxta əskinazlarla kameralara poz veriblər. 

“Şəfa” rəhbəri bunu qəbuledilməz adlandırıb:

“Futbolçuların, klubun bəzi nümayəndələrinin etdiyi hərəkət etiket qaydalarının pozulmasıdı. Məncə, AFFA-nın İntizam Komitəsi bu məsələyə baxmalıdı. 

Bilet qiymətini ilk qaldıran onlar oldu. Bu doğru addım deyil. Səfər oyununa gedəndə “Şahdağ Qusar” 1 manatlıq biletləri bizə 3 manata satdı. Biz də buna cavab olaraq biletin qiymətini 10 manat kimi təyin etdik. Burada bilet satışını lağa qoymaq doğru deyil. Biz bu nümunələri çox klubların timsalında görmüşük”.

Bakı klubunun prezidenti çempionluq yarışından qopmadıqlarını, sona kimi mübarizə aparacaqlarını bildirib:

“Çempionatın başa çatmasına 2 tur qalıb. Hər şey baş verə bilər. Hər şey Allahın əlindədi. Biz qarşıdakı 2 oyunumuzdada qalib gəlib, digər oyunun nəticələrinə baxacağıq. Bizim əsas məqsədimiz, hədəfimiz Premyer Liqaya yüksəlmək, ordan da ölkəmizi avrokuboklarda layiqincə təmsil etməkdi. Biz heç bir klubla düşmənçilik aparmırıq. Məqsədimiz ölkə futboluna töhfə verməkdi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 06 May 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri