Icma.az
close
up
RU
“Həmin xəstənin ölüm səbəbi beyin əməliyyatı deyil” Dr. Tural Rəhimli

“Həmin xəstənin ölüm səbəbi beyin əməliyyatı deyil” Dr. Tural Rəhimli

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Son günlər uzman neyrocərrah Tural Rəhimlinin adı xəstə ölümü ilə hallanır. Əməliyyat etdiyi Ziyafət Səfiyevanın qızı bir neçə media qurumuna bu haqda müsahibə verərək, həkimi anasının ölümündə ittiham edir. Səslənən iddialarla bağlı həkimin mövqeyini öyrənmək üçün Dr. Tural Rəhimlidən müsahibə aldıq.

“Qafqazinfo” müsahibəni təqdim edir.

- Vəfat etmiş xəstəniz Ziyafət Səfiyevada hansı əməliyyatı icra edibsiniz?

- Xəstədə xoşxassəli beyin şişi vardı. Onu əməliyyat etdik.

- Əməliyyat necə keçdi?

- Uğurla keçdi. Xəstə ayıldı, heç bir nevroloji qüsuru yox idi.

- Xəstə yaxını müsahibəsində bildirib ki, siz ailəyə əməliyyatın çox sadə və təhlükəsiz olduğunu deyibsiniz.

- İttihamlar o qədər əsassızdır ki, bir çoxuna cavab verməyə ehtiyac belə duymuram. Peşəsinə hörmət edən heç bir həkim gördüyü işi dəyərdən salacaq sözlər deməz. Bu cür danışmaq tərzim deyil.

- Əməliyyatdan sonra xəstədə beyin qanaxması baş verdi?

- Bəli, təəssüf ki, beyin əməliyyatlarında belə bir ağırlaşmalar mümkündür. Bu haqda tibbi ədəbiyyatlarda da yazılır. Belə bir risk var və bu haqda xəstəyə, xəstə yaxınlarına həmişə məlumat veririk.

Ziyafət xanım daha əvvəl ürək əməliyyatı keçirdiyi üçün onda qanaxma riski yüksək idi. Çünki belə xəstələr qan duruldan dərmanlar içirlər. Bu barədə ailə üzvlərinə ətraflı məlumat verilmişdi.

- Qanaxmadan 3 saat sonra xəstəxanaya gəldiyiniz və xəstənin  təcrübəsiz rezidentlərin nəzarətində qaldığı deyilir.

- Zamanında müdaxilə edilib və qanaxma dayandırılıb. İkinci əməliyyatdan sonra da xəstə ayıldı. Vəziyyəti stabil olduğu üçün evə yazıldı.

Zamanlama ilə bağlı demək istəyirəm ki, Neyrocərrahiyyə şöbəmizdə 4 neyrocərrah və rezident həkim fəaliyyət göstərir. Şöbəmiz rezident  növbələri və həkimlərin “on-call” növbələri ilə 7/24 xəstələrə xidmət göstərir. Şöbəmizə qarşı səsləndirilən zamanlama, diqqətsizlik kimi ittihamlar əsassızdır. Çünki bu cür sistemli şəkildə tənzimlənən çox az saylı mərkəzlərdən biriyik.

- Müsahibədə o da qeyd olunub ki, xəstə yaxını anasının vəziyyətini sizdən soruşanda bilmirəm cavabını veribsiniz.

- Bilmədiyimiz hallar olur, cavabını biz də bilmirik. Bəzən həkimin imkanları məhdud olur. Buna baxmayaraq, hər gün xəstə yaxınlarına məlumat verilir.

- Xəstə sağalmadan xərəkdə evə yazılıb?

- Xəstələr evə yalnız ayaqüstə tam sağlam şəkildə yazılmır. Müalicənin xəstəxana zərurəti yaradan qismi bitibsə, ev şəraitində müalicə şərti ilə də evə yazıla bilər.

Sağlam insanlar xəstəxanaya beyin əməliyyatı üçün müraciət etmirlər. Pasiyentin xəstəxanada dünyasını dəyişməsi qeyri-adi hal deyil və olmamalıdır. Həkimlər xəstəni sağaltmağa çalışır, amma təəssüf ki, buna hər zaman müvəffəq olmurlar.

- Xəstənin ölüm səbəbi beyin əməliyyatı ilə bağlı idi?

- Xeyr, sepsisdən, sidik yolları infeksiyasından dünyasını dəyişib.

- 36 min manatdan söhbət gedir. Sizə 9500 manat ödəniş olduğu deyilir.

- Özəl xəstəxanalarda pulla bağlı bu cür ittihamlar artıq adət halını alıb. Cəfəngiyyat o həddədir ki, deyilən rəqəmlərin bəlkə də fərqində olmurlar.

- Xəstə yaxını anasının həkim səhlənkarlığından öldüyünü iddia edir.

- Həkimin səhlənkarlığını müəyyən edən nədir? Sistemli bir şöbə qurmaqdırmı səhlənkarlığım? Etdiyim əməliyyatlar və nəticələr? Mən nəticələrimi süfrə arxasında deyil, dünyanın ən nüfuzlu elmi jurnallarında bəyan edirəm. Əlbəttə ki, icra etdiyim bütün əməliyyatlar uğurla nəticələnməyə bilər. Bu, normal haldır. Lakin uğurlu və uğursuz işlərimin nisbəti qürurverici səviyyədədir. Bunun akademik və praktik olaraq, sübutu var.

Son olaraq, onu demək istəyirəm ki, dünyanın heç bir ölkəsində ən peşəkar həkim də xəstə ağırlaşmasından sığortalanmayıb. Kiçik bir ağırlaşmadan faciəvi nəticələrə qədər bütün hallarda həkimi günahlandırıb, böhtan xarakterli ittihamlar irəli sürməkdənsə, məsələni hüquqi müstəvidə həll etmək olar. Məsələn, həkim səhlənkarlığı ilə bağlı şübhəniz varsa, hüquqi qaydada ekspertizaya müraciət edə bilərsiniz. Əks halda həkim-xəstə qarşıdurmasının dərinləşməsinə və ictimai etimadın ciddi şəkildə sarsılmasına gətirib çıxara bilər. Bu isə cəmiyyət üçün mühüm sosial problem deməkdir.  

Könül Cəfərli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri