Icma.az
close
up
RU
HəmişəYaşar

HəmişəYaşar

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Altmış yaş cavanlaşan dostumun yubiley gecəsinə sözardıAlmanca bir kəlmə olan "fernweh" -

uzaqlar üçün darıxmaq, heç bilinməyən, gedilməmiş, görülməmiş yerlərə duyulan həsrət mənasına gəlirmiş.

Mən bir ara Braziliyanı görməyi çox arzulamışdım. Bəlkə elə indi də bu niyyət hələ diridir.

Amma, yox, anladım mən: ömrüm boyu gedib görə bilməyəcəm Braziliyanı.

Bu fikrə alışdım, gerçəklə barışdım. Niyə?! Çox uzaqdır, viza-filan... Çox çətin. Hələ yolhaqqı. Ora gedib gəlmək üçün azı bir neçə min dollar lazımdır. O da, təbii ki, yoxdur məndə.

Uzaqları anladıq, o ayrı. Ancaq bir qəribə reallıq da var: yaxınlara da gedə bilmirik. Yaxındakı insanları, gözümüzün qarşısındakını görə bilmirik. Sözün hər iki mənasında.

Son vaxtlar bir paradoksu da kəşf etdim: sosial şəbəkələrdə bir-birinə "can" deyib "can" eşidənlər, birlikdə deyib-gülənlər, həyatda üz-üzə gələndə hətta salamlaşmır belə. Niyə?! Bilmirəm.

Fyodor Dostoyevski deyirdi: "İnsanlara sayğımı itirməmək üçün insanlardan uzaq gəzirəm".

Bəlkə özünə görə haqlıydı da. Amma bu, hamı üçün keçərli deyil. Elə insanlar var, tanıdıqca, ona qarşı sayğın, sevgin də çoxalır. Elə sevdiyin, doğman da olur, uzun zaman görməyəndə uzaqlaşırsan, soyuqlaşırsan, yadlaşırsan. Yaşar isə o insanlardandır ki, hər gün görsən də, uzun zaman görməsən də, heç fərq etmir; uzaqlaşmırsan, soyuqlaşmırsan. Bir sözlə, nə edirsən-et, özgələşmir bu adam.

Bilirsinizmi, niyə özgələşmir?! Belə adamlar səninlə çoxdan özləşib. Ruh əkizinə çevrilmisiniz deyə, uzaqda da olsa, yaxında da olsa, heç nə dəyişmir; sayğıdan, sevgidən, doğmalıqdan heç nə əksilmir.

Mənim bir hekayəmdə belə bir cümləm var: "Bəzən həyatımızı insanlarla o qədər doldururuq, yaşamaq orda özümüzə yer qalmır".

Yaşar isə getdiyi hər həyata genişlik gətirir; ya "divarlar"ın arasını açacaq, ya "dəhliz"dən kəsib "mətbəx"ə calayacaq, ya da, sadəcə, yeni "eyvan" çıxaracaq... Və heç kim də: "Qanunsuzdur" deyə gəlib o "eyvan"ı sökməyəcək.

Ağıllı adamlardan biri deyib ki, hər çıxılmaz vəziyyətdən ən azı iki çıxış yolu var. Bu kəlama belə düzəliş edərdim: üçüncü çıxış yolu Yaşardır. Onun üzündəki təbəssümün işığı ürəyindən gəlir. Yaşarın sırf özünə xas olan incə, kreativ, həm də çox pozitiv yumoru var. Bu yumor obyektini kiçiltmir, əksiltmir, əzmir, əksinə insanın gözündə böyüdür, ucaldır. Onun öz həyat yoldaşı ilə dadlı "atışmaları", yaşadıqları sevgi və sayğının həm qaynağı, həm də yansıma şəklidir.

Həyat yoldaşı demişkən, sözün düzünü deyim, mən Yaşarı İradə İzaksız təsəvvür etmirəm. Deyərsiniz ki, İradə İsak Yaşarla ailə qurana qədər onsuz da tanınmış telejurnalist, öz sənətinin peşəkarı və fədakarı idi. Amma bu tanınmışlığa bir də Yaşar prizmiasından baxsaq, həmişəYaşar bir sevginin bütünləşdirdiyi yeni bir obraz, yeni bir həyat ukladı, ən gözəli isə, eşqin Bella adlı şirin bir meyvəsini görəcəyik.

Bir var həyat yoldaşı olmaq, bir də var, yoldaşına... HƏYAT OLMAQ! İngiliscə "həyat" və "həyat yoldaşı" sözləri həmqafiyədir - "life" və "wife". Sözügedən cütlüyü məhz bu iki sözün yaratdığı "ingiliscə" şeiriyyət kimi görürəm. Bu lirik-poetik ailə ortamında insan yüz il yaşamasa, günahın ünvanı bəllidir.

Amma... Yaşar hələ ən yaxşı halda yarı yaşını tamamladı, xanımı isə hələ ki ömrün başlanıcındadır. Bu ailə tablosuna baxıram, məndə belə bir təəssürat yaranır ki, hər iki dostumuzun - həm Yaşarın, həm İradə xanımın 4,5 yaşı var; hər ikisi öz qızları, dünyalar gözəli balaca Bella ilə... "yaşıddırlar". Bella kimi və Bella üçün həyatı sil başdan, yenidən, yeni biçimdə, yeni tonallıqda, yeni rəng kombinasiyasında - yeni ruhla yaşamağa başlayıblar. Ona görə də Yaşara və xanımına uzun ömür arzulamaq, əslində, məlumun elanıdır; onsuz da uzun yaşayacaqlar. Onlar üçün sözün hər iki mənasında başqa bir "lüks" yoxdur. Onların həyatdan yorulmağa haqqı da yoxdur, səbəbu də yoxdur.

Mən dünən Yaşarın altmış illik yubiley gecəsində onun özünü və ailəsini izlədim. Tanımadıqlarımı tanıdım, diqqət etdim. Hamısı necə varsa, elədir. Ürəkdən danışırlar, ürəkdən gülürlər. Saxta xal, xaric not, yad çalar yoxdur; hamı içindən gəldiyi kimi davranır. Əlbəttə, yüksək davranış etiketlərini gözləməklə.

Vilyam Şekspir deyirdi: "İnsanları yoran həyat deyil, daşıdıqları maskalardır". Yaşar da heç vaxt maska taxmır. O üzdən, həyatdan da yorulmur.

Adam var, o qədər çox maskalanır, maskalanır, axırda bu saysız-hesabsız maskalar arasında öz həyatı da çaşır. Bir yerə qədər maska taxır, bir də ayılıb görür ki, artıq maska onun özünü... "taxıb gəzir". Yaşara bu cür həyat yaddır. Həyatını hamının gözü qarşısında yaşayır. Cəmiyyətin gözü qarşısında elə "gizlənir" ki, hamı onu aydın görə bilsin.

9Markes deyirdi: "İnsanı öz yaşı qədər yaşamadıqları üzür". Amma Yaşarı üzən yaşantıları yoxdur, çünki yaşı qədər, hətta yaşından cavan yaşayır. Belə deyim: hər ilində həm bioloji, həm də ruhsal yaşını yaşamış Yaşar! Bioloji ömrünün statistikası nə qədər irəliləsə də, ruhunun dinamikası Yaşarı daha da cavanlaşdırır.

Bilirsiniz, əslində uzun ömrün elə bir xüsusi, gizli sirri də yoxdur. Hamısı bildiyimiz şeylərdir; olduğun kimisənsə - gözündəki gülüş könlündən axıb gəlirsə, uzunömürlüsən!

Yaşar kimi həmişəYaşarsan...

P.S. Dünən çox rahat, səmimi bir məkanda - "Rimon"da həmişəYaşar dostumuzun üzündəki təbəssümün işığına yığışmışdıq. Dostlardan kimsə gözəl dedi: "Yaşarın da altmış yaşı olarmış!"

Doğmaları, yaxınları və yaxın dostları olaraq unudulmaz bir gün keçirdik. Zərif musiqi, maraqlı rəqslər, yəhudi mətbəxinin dadlı təamları, ürəkdən gələn səmimi təbriklər, arzular...

Yaşarın doğma, bizim də əziz qardaşımız Elçin sanki daha həyəcanlıdır; yerində qərar tuta bilmir. Hərdən yaxınlaşır, soruşur: "Hər şey qaydasındadır?". Lap axırda da gəlib, səmimi təbəssümlə tortun reseptini izah edir: "Biz yəhudilərdə əti südlə yemirlər, ona görə tortda süd yoxdur".

Sözün düzü, restorana gedəndə tox idim, amma yəhudi mətbəxinin ləzzətlərinə biganə qalmaq da mümkün olmadı.

Əlbəttə, qardaş, hər şey qaydasındadır. Yaşar olan yerdə başqa cür ola bilməz ki!

...O arada Yaşarın polis keçmişi özünü göstərdi; mənim dilimdən "iltizam" aldı: "Söz ver ki, 70 illiyimdə də yanımızda olacaqsan". Söz verdim.

Bir sözlə, səmimi təbriklərimlə;

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Dekabr 2024 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see366

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see303

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see261

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see234

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see214

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see212

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see203

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see182

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see176

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see172

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see171

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see168

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see167

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see163

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see161

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see157

“Motorola” 7000 mAh batareyalı yeni smartfonunu təqdim etdi

17 Avqust 2026 04:42see147

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see146

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see146

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

17 Avqust 2026 02:02see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri