Icma.az
close
up
RU
İçərişəhərdə yerləşən XVII əsrə aid Yeraltı hamamda Axar yaddaş adlı sərgi açılıb (FOTO)

İçərişəhərdə yerləşən XVII əsrə aid Yeraltı hamamda Axar yaddaş adlı sərgi açılıb (FOTO)

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” ("Fly to Baku. Art Weekend. Sense the Future NOW”) İncəsənət Festivalı çərçivəsində Bakının qədim hissəsində – İçərişəhərdə yerləşən XVII əsrə aid Yeraltı hamamda "Axar yaddaş” adlı kollektiv sərgi açılıb. Bu ekspozisiya hamam mədəniyyətinin müasir interpretasiyasıdır.

Layihədə əməkdar rəssam Səbinə Şıxlinskaya, eləcə də gənc istedadlar Nərgiz Əsgərova, Aliyə Bayramova və Timur Zaripov iştirak edirlər.

Qaynarinfo xəbər verir ki, sərginin kuratoru Mansura Məmmədəliyeva bildirib ki, ekspozisiya təkcə ənənələri əks etdirmir, həm də su, yaddaş və təmizlənmə prizmasından Azərbaycanda hamam mədəniyyəti və tarixinin çoxqatlı semantikasını araşdırır.

Səbinə Şıxlinskaya 2006-cı ildə yaratdığı və illər ərzində müxtəlif variantlarda təxminən on beş ölkədə uğurla nümayiş etdirilən "Hamam” adlı video-instal­yasiyasını təqdim edib.

"Hamam” kompozisiyasında XVI əsr kişi hamamlarının atmosferi və ibadət öncəsi təmizlənmə ritualları bərpa olunur. Əsərdə Xalq artisti, tanınmış bəstəkar Fərəc Qarayevin "Nostaljiya” albomundan musiqi fraqmentləri səslənir. Bu səslər vizual ardıcıllığa paralel ritmik struktur yaradır və tamaşaçını meditativ harmoniya və ritual təcrübəsi vəziyyətinə daxil edir.

Onun ideyasına görə, insan varlığı günah və saflıq arasında bir vəziyyətdədir və hamam bu iki hal arasında keçid məkanına çevrilir. Burada su yalnız bədəni deyil, həm də ruhun yükünü yüngülləşdirir.

Nərgiz Əskərova "Su kimi ol” adlı unikal nano video-art təqdim edib. Bu əsərdə rəssam suyun mədəni və simvolik ölçülərini araşdırır. Onun üçün su həm həyatın başlanğıcı, həm də mədəni davamlılığın daşıyıcısıdır; burada təmizlənmə, yenilənmə və çevrilmə birləşir. Bu kontekstdə hamam xüsusi məna qazanır: burada su yalnız bədənin fiziki təmizlənməsi vasitəsi deyil, həm də kollektiv yaddaşın qorunması və şəxsi kimliyin yenidən doğuluşu prosesində rituall element kimi çıxış edir.

Rəssam rəqəmsal texnologiyalar vasitəsilə suyun yaddaş və irs daşıyıcısı kimi transformativ gücünü vurğulayır.

Aliyə Bayramova və Timur Zaripov "Axarın fövqündə” adlı video-art əsərində yaddaşın dövri təmizlənməsi və yenilənməsi mövzusunu araşdırırlar. Ekranda su və təbiət kadrları xatirə fraqmentləri kimi montaj edilir. Hər bir kadr bir anlıq peyda olur, indini qeydə alır, sonra tədricən əridilərək yoxa çıxır – bu həm təmizlənmə, həm də dirçəliş jestidir.

Ekran sanki su ilə dolu bir qabı xatırladır: obrazlar yaranır, yuyulur və çəkilir, arxasında isə az qala nəzərə çarpmayacaq iz buraxır. Bu, yenilənmənin silinmə deyil, yaddaşın sakit şəkildə yenidən qurulması olduğunu göstərir.

Videonu müşayiət edən sakit, hekayəsiz səslər təsvirləri izah etmir, sadəcə zamanın axışını, nəfəs və buxara bənzər istilik hissini ötürür. Səs və təsvir birlikdə tamaşaçını xatırlama və unutma arasındakı incə məkana dəvət edir. Burada təmizlənmə həm buraxılış, həm də ötürmə aktına çevrilir – yuyulmuş xatirələr başqa bir axına qarışaraq varlığını davam etdirir.

Qeyd edək ki, 31 oktyabr – 2 noyabr tarixlərində Bakıda incəsənət, mədəniyyət və ekologiyanı birləşdirən möhtəşəm "Bakıya uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ duy” ("Fly to Baku. Art Weekend. Sense the Future NOW”) İncəsənət Festivalı keçirilir. Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə təşkil olunub. Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Noyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri