Həmkarlar Konfederasiyası Əhməd Əhmədzadənin müavinətini kəsdi
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Azərbaycanda bir qrup şəxsə verilən aylıq müavinət kəsilib.
Bakıvaxtı.az “Yeni Sabah”a istinadla xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası müxtəlif illərdə bir qrup şəxsi “Həmkarlar ittifaqında xidmətlərinə görə” döş nişanı ilə təltif edib.
Həmin şəxslərə döş nişanı verilməklə yanaşı aylıq müavinət də (ömürlük) ayrılıb. Son dövrlərdə müavinətin məbləği 172 manat olub. Vəsait hər ay həmin şəxslərin kart hesablarına köçürülüb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu ilin fevral ayında müavinətin dayandırılması barədə qərar qəbul edib. Lakin təqaüdü alan şəxslərə əvvəlcədən bununla bağlı heç bir məlumat verilməyib. Eyni zamanda, ömürlük təyin olunan müavinətin hansı əsaslarla kəsildiyi açıqlanmayıb. Onlar sadəcə ayın sonunda kartlarını yoxlayan zaman balanslarına pulun köçmədiyini görüblər. Səbəbini araşdıranda isə onlara müavinətin kəsildiyi deyilib.
Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasından (“Kənd-Qida-İş”) məlumatı təsdiqləyiblər. Lakin əlavə şərh verməkdən imtina ediblər:
“Ömürlük müavinətlərin dayandırılması barədə qərarı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası verib. Biz isə onu icra etmişik”, - federasiyasadan bildirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun məsələyə münasibətini öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, həmin təqaüdü alan şəxslər arasında bir sıra keçmiş və indiki məmurlar var. Onlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri və hazırda Baş nazir Əli Əsədovun köməkçisi postunda çalışan Əhməd Əhmədzadədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 02 Aprel 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















