Icma.az
close
up
RU
“Həmkarlar”ın putyovka alveri: İşçilərin hüquqlarını kimlər və necə pozur? ARAŞDIRMA

“Həmkarlar”ın putyovka alveri: İşçilərin hüquqlarını kimlər və necə pozur? ARAŞDIRMA

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ekspert: “Həmkarlar ittifaqları turizm şirkətlərindən fərqlənmir və yalnız putyovka alveri ilə məşğuldur. Milyonlarla insan əməkhaqqından pul ödəyir, amma onların istirahət hüququ təmin olunmur”

Həçkarlar təşkilatlarından şikayətlər və narazılıqlar artır. Xüsusən də, sanatoriyalara və istirahət mərkəzlərinə göndərişlərin verilməsi məsələsində şəffaflıq və ədalətlilik prinsipinin pozulması ilə bağlı şikayətlər daha çoxdur.

Ümumiyyətlə, həmkarlar təşkilatları işçilərin əmək hüquqları, iş şəraiti və sair bu kimi hüquqlarını qorumalı olan bir struktur olmasına baxmayaraq ölkəmizdə bu sahədə olan problemlərin həllində bu təşkilatların ciddi təsiri yoxdur.

Sovet dövründə Azərbaycanda Həmkarlar İttifaqı deyildikdə, hamının gözünün qabağına işçilərin əmək və istirahət hüquqlarını, həmçinin digər sosial hüquqlarını qoruyan nəhəng təşkilat gəlirdi. Lakin sonrakı dövrdə bu təşkilat faktiki olaraq nüfuzunu və imkanlarını itirdi və insanların yaddaşında ancaq rüşvət verərək putyovka almaq imkanı olan bir təşkilat kimi yer tutdu.

Hazırda bu təşkilatların əsas işi də elə budur- sanatoriyalara putyovka vermək- lakin onu da şəffaf və ədalətli etmirlər. Bununla bağlı xeyli narazılıqlar və şikayətlər edilir.

Hazırda AHİK 16 mindən artıq həmkarlar ittifaqı təşkilatını və 1,2 milyona yaxın həmkarlar ittifaqı üzvünü əhatə edir. Həmkarlar ittifaqlarının balansında Azərbaycanın şəfalı guşələrində onlarla istirahət mərkəzləri, sanatoriya-kurort müəssisələri, sağlamlıq düşərgələri fəaliyyət göstərir. Bu mərkəzlərdə hər il on minlərlə insan "göndəriş vərəqəsi” (putyovka) alaraq istirahət edirlər. Şəfalı yerlərdə istirahətə və müalicəyə ehtiyac yüksək olduğundan həmin "göndəriş vərəqəsi”nə tələb də böyük olur. Buna görə də uzun müddət əmək fəaliyyəti ilə məşğul olan şəxslər putyovka ala bilmədiyi halda ayrı-ayrı insanlar, “haqqını” ödəməklə, asanlıqla putyovka alıb istirahət və müalicə mərkəzilərinin xidmətlərindən yararlanırlar.

Dövlət orqanlarında, özəl şirkətlərdə və digər təşkilatlarda işləyənlərin aylıq əməkhaqqından tutulan üzvlük pulları hesabına həmkarlar təşkilatına milyonlarla vəsait daxil olur. Bu vəsaitlərlə bəzi üzvlərə putyovkalar verilir. Lakin uzun illərdir ki, əməkhaqqından həmkarlar təşkilatına vəsait ödəyib, putyovka almayanlar da var. Şikayətçilər deyirlər ki, həmkarlar təşkilatı rəhbərləri putyovkaları öz yaxınlarına verir və ya satır, ən yaxşı istirahət yerlərinə rəhbər şəxslərin özləri və yaxud yaxınları göndərilir.

Putyovkaların qiymətləri də süni olaraq şişirdilmiş olur. Belə sanatoriyalarda istirahətin bir günü ən azı 150 manata “oformut” olunur ki, bu da şox yüksək qiymətdir. 10 günə vuranda bu 1500, 15 günə hesablayanda 2200 manatdan çox vəsait edir. Nəticədə putyovkanı alan şəxsin ödənişi də artıq olur, belə ki, o bu məbləğin 15 faizini ödəməlidir. Putyovka qiyməti nə qədər yüksək olarsa, işçinin ödənişi də yüksək olur. Bu qiymətlər bazar qiymətləri ilə eynidir. Həmin işçi bu qiymətə elə istənilən istirahət mərkəzində istirahət edə və ya müalicə ala bilər. daha onda niyə illərlə bundan artıq vəsaiti həmkarlar təşkilatlarına ödəyib minnətlə gedir ki?

Bundan başqa, putyovkaların qiymətinin hədsiz yüksək olması onların sayını da azaldır. AHİK sədri bir müddət əvvəl açıqlamasında bildirib ki, 10-15 il bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılan vəsait hesabına 35 min insanı sanatoriyalara getmək üçün putyovkalarla təmin etmək mümkün idi, amma hazırda ayrılan həmin vəsait hesabına yalnız 12 min insana putyovka verə bilirik. Deməli, bahalaşma nəticəsində putyovka sayı 3 dəfə azalıb. Bu isə tələbatın yüksək olduğu bir şəraitdə çox çiddi problem yaradır.

Konfederasiya rəhbərliyi onlara ayrılan vəsaitin artırılmasını istəyir. Ancaq bu artırılma işçilərin maaşından tutulmaları artıracaq və bu şəxslərin bir çoxu da heç vaxt həmkarlardan puyovka ala bilmir. Bu halda niyə hər ay üzvlük haqqı ödəməlidir ki?

Əmək Məcəlləsinin 26-cı maddəsinə əsasən, Həmkarlar İttifaqına üzvlük könüllüdür. Amma işəgötürənlər bunu heç vaxt işçiyə bildirmirlər. İşçinin əməkhaqqından 2 faizi tutularaq həmkarların hesabına ödənilir. İşçi elə bilir ki, bu, qanunun tələbidir. Qanunda isə belə bir tələb yoxdur. İşçi ərizə yazıb bu ödənişdən imtina edə bilər. Amma belə bir hüququnun olduğunu heç kim işçiyə izah etmir.

Müstəqil Həmkarlar Birliyinin sədr müavini Əhməd Rəhmanov deyir ki, Azərbaycanda həmkarlar ittifaqları turizm şirkətlərindən fərqlənmir və yalnız putyovka alveri ilə məşğuldur: Burada da ədalətlilik və şəffaflıq yoxdur. Milyonlarla insan həmkarlar ittifaqlarına əməkhaqqından pul ödəyir, amma onların istirahət hüququ təmin olunmur. İşçi əmək hüquqları pozulanda Həmkarlar İttifaqına müraciət edir, onlar isə deyir ki, biz ancaq putyovka işinə baxırıq. Halbuki, bu ittifaqların vəzifəsi təkcə putyovka vermək deyil, əsas işi işçilərin əmək və sosial hüquqlarını qorumaqdır”.

Ekspert deyir ki, Əmək Müfəttişliyi adlı dövlət orqanı isə formal olaraq mövcuddur və işçilərin əmək hüquqlarını qorumur: “Bu yaxınlarda Əmək Müfəttişliyi açıqlama verdi ki, 43 nəfərin işə bərpa olunması hüquqlarını təmin edib, amma biz sorğu verəndə ki onların adlarını çəkə bilərsinizmi, heç bir ad çəkə bilmirlər”.

Əhməd Rəhmanov bildirib ki, Sovet dövründə bütün işçilər növbə ilə istirahət mərkəzlərinə və müalicə sanatoriyalarına növbə ilə putyovkalar alırdırlar özü də azı 3 həftəlik, indi isə, çox az adama verilir və həm də 1, maksimum 2 həftəlik. O, hesab edir ki, işçilər əməkhaqqından həmkarlara pul ödəyirsə oz haqlarını tələb etməli və almalıdırlar. Bu təmin olunmayanda isə kollektiv şəkildə etiraz etməli və yuxarı orqanlara şikayət etməlidirlər.

Burada bir haşiyə çıxaq ki, Səs Media Qrupun kollektivi də Həmkarlar İttifaqının üzvüdür və uzun illərdir ki, əməkhaqqımızdan hər ay bu məqsədlə vəsait tutulur. Lakin, hələ də redaksiya işçilərindən kiməsə putyovka verilməsinə şahid olmamışıq. 10-15-20 il əzrində həmkarlara ödəniş edib biorcə dəfə də putyovka ala bilmirsə, deməli, burada aşkar qanunsuzluq, ədalətsizlik və rüşvətxorluq faktı var. Bununla bağlı ayrıca detallı araşdırmamız olacaq və hər şey faktlarla ortaya qoyulacaq.

Qeyd edək ki, indiyədək bəzi vətəndaşlar istirahət və müalicə üçün iş yerlərindəki müvafiq həmkarlar təşkilatına müraciət edərək putyovka ala bilirdilər. Bu ildən isə bu qayda ləğv olunub. Belə ki, bu ilin aprelində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən qəbul olunan qərara görə, artıq bir müddətdir "göndəriş vərəqəsi”nin verilməsi prosesinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə başlanılıb. Belə ki, vətəndaşlar telefonla və ya birbaşa "Kurort" Turizm İnformasiya Mərkəzinə müraciətlər edirlər.

Müraciət zamanı vətəndaşın şəxsiyyət vəsiqəsi məlumatları, sosial statusuna dair məlumatlar, iş yeri, getmək istədiyi sanatoriya və tarix barədə məlumatlar reyestr bazasına daxil edilir.

Vətəndaşlar göndərişlərin verilməsi qaydasına əsasən, imtiyazlı və ya 15% dəyərini ödəməklə "göndəriş vərəqəsi” ilə təmin edilməlidir.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli və 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarlarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sanatoriya-kurort yollayışları ilə təmin edilməsi üçün aşağıda qeyd olunan şəxslər imtiyazlı şəxslər hesab edilirlər:

İşləməyən əlilliyi olan şəxslər;

-18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar;

-II Dünya Müharibəsinin iştirakçıları;

-Şəhid ailəsi statusu almış ailənin üzvü olan işləməyən şəxslər;

-Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsində iştirak etmiş işləməyən vətəndaşlar;

-Qəyyumun (himayəçinin) ailəsində, dövlət və qeyri-dövlət müəssisələrində təlim-tərbiyə olunan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

-Fövqəladə hallarda insanların xilas edilməsində və tibb yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar.

"Göndəriş vərəqəsi”nin əldə edilməsi məqsədilə imtiyazlı şəxslər yaşayış yeri üzrə Sosial Xidmətlər Agentliyinin struktur bölməsinə, "DOST" mərkəzlərinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edirlər.

Bundan əlavə, şəhid ailələri, əlillik statusu olanlar, 1-ci qrup əlilləri müşayiət edən şəxslər, müharibə iştirakçıları ödənişsiz olaraq "göndəriş vərəqəsi” ilə təmin edilirlər.

Qanuni olaraq kağız üzərində hər şey gözəl görünür. Amma reallıqda belə deyil və çoxlu problemlər var.

Ümumiyyətlə, həmkarlar ittifaqının fəaliyyətində xeyli problemlər var. Putyovka məsələsi onlardan yalnız biridir. İşçilərin əmək hüquqlarının qorunması məsələsində ittifaq heç formal da fəaliyyət göstərmir, eləcə də digər sahələrdə. Yalnız putyovka biznesi ilə məşğul olurlar ki, burada da çoxlu qanunsuzluq faktları və şikayət hallarının olması haqda media və sosial şəbəkələrdə xeyli materiallar yayımlanır.

Bu səbəbdən Azərbaycanda Həmkarlar Təşkilatları Konfederasiyası buraxılmalı, yenidən sağlam əsasda həmkarlar təşkilatları qurulmalıdır- həm işçilıərin özləri tərəfindən və yalnız özləri tərəfinfən seçilmiş rəhbərlər təyin edilərək. Bu təşkilatlar böyük bir federasiyada birləşməli, ölkənin bütün işçilərinin əmək, istirahət və digər hüquqlarının qorunmasını təmin etməlidir.

Elçin Bayramlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 İyul 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see617

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see276

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see254

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see149

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see144

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see143

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see137

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see136

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see135

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see135

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see134

Azərbaycanda reklama görə 4 blogerdən ŞİKAYƏT EDİLDİ RƏSMİ

24 İyul 2025 10:47see133

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see132

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see130

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see129

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see124

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi

24 İyul 2025 06:24see124

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see123

Hepatit C diaqnozu qoyulan qadının son halı: Müayinə düzgün aparılmayıb

24 İyul 2025 00:14see120

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri