Icma.az
close
up
RU
Həmkəndlilərindən böhtançı şairə güllə kimi cavab

Həmkəndlilərindən böhtançı şairə güllə kimi cavab

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar özünü şair adlandıran Səxavət Süleymanov adlı Kəlbəcərin Zar kənd sakini sosial şəbəkədə adıçəkilən kənddə aparılan yenidənqurma işləri haqqında, həmçinin rayonun görkəmli ziyalısı Cavid Qurbanov haqqında böhtan xarakterli  paylaşımlar edir.

Bu paylaşımlarda o, hətta öz qohumu, tanınmış uzman həkim Zamin Həşimovun da öz doğma kəndinə etdiyi yatırımla bağlı ucuz böhtanlar yazır.

Zamin Həşimov facebook sosial şəbəkəsinin “Kəlbəcər Zar Qrupu”nda, həmçinin Vatsapp qrupunda Səxavətin yersiz iddiaları ilə bağlı paylaşım edərək, həmkəndlilərinin buna münasibət bildirməsini xahiş edib.

Z.Həşimov yazır:

Hörmətli Zar kəndinin sakinləri!

Son günlər kəndimizdə görülən bir iş ətrafında yaradılan süni müzakirələri və bəzi şəxslərin şəxsi maraqlarını təmin etmək üçün şəhidlərimizin, qazilərimizin və müxtəlif məmurların adını bu məsələyə qatmasını hər biriniz görürsünüz.

Məsələ əslində çox sadədir.

Zar kəndində tikilən ticarət obyekti şəxsi vəsaitim hesabına inşa edilir. Bu obyektin gələcəkdə nə qədər gəlir gətirəcəyini zaman göstərəcək. Amma bir şey indidən məlumdur: burada ən azı 10 nəfər Zar sakini işləyəcək və ailəsinə çörək aparacaq.

Mən bu vəsaiti Gəncədə, başqa şəhərdə və ya rayonun özündə daha gəlirli hesab etdiyim başqa bir biznesə də yatıra bilərdim. Amma kəndimizə sərmayə qoymağı seçmişəm. Məqsədim həm kəndə xidmət etmək, həm də kənd sakinləri üçün iş yeri yaratmaqdır.

İndi isə ortalığa çıxan bir şəxs bu məsələyə şəxsi maraqlarını qatır, müxtəlif ittihamlar səsləndirir, gah şəhid ailələrinin, gah qazilərin, gah da məmurların adından danışır.

Mənim sualım çox sadədir: şəxsi vəsaitim hesabına Zar kəndində ticarət obyekti tikməyimə siz həmkəndlilərimin etirazı varmı?
Konkret iradınız varsa, açıq şəkildə deyin.

Amma şəxsi maraqları təmin etmək üçün kəndin, şəhidlərin və qazilərin adından istifadə etmək yolverilməzdir.

Səxavətə bəzi məsələləri xatırlatmaq məcburiyyətindəyəm.

Türkiyədən qayıtdıqdan sonra onun ailəsinin sələmdən çıxmasına mən kömək etmişəm. Allah Ellaz dayıya rəhmət eləsin. Səxavətin borclarının və digər maddi problemlərinin həllində də dəfələrlə yardım göstərmişəm.

Bu gün isə bütün bunlar unudulub.

Cavid Qurbanovun göstərdiyi yardımları da Səxavət çox yaxşı bilir. Onun əməliyyatına, kredit borcuna və digər problemlərinə Cavid müəllim tərəfindən köməklik göstərilib.

Mən öz kəndimizdən onlarla insan tanıyıram ki, Cavid Qurbanov bu və ya digər formada ona yaxşılıq edib.

Məcburi köçkün həyatımızın ağır illərində Cavid müəllimin etdiklərini unutmaq nankorluqdur.

Bəs bu gün həmin yaxşılıqların qarşılığında nə görürük?

Şəxsi narazılıqlar, ittihamlar və müxtəlif insanların adından istifadə etməklə təzyiq yaratmaq cəhdləri.

Mən 10 ildən artıqdır ki, şəhid ailələrinə və qazilərə pulsuz tibbi xidmət göstərirəm. Bunu heç vaxt reklam etməmişəm. Çünki şəhid ailəsinə və qaziyə kömək etmək mənim üçün xidmət yox, borcdur.

44 günlük Vətən müharibəsi zamanı da yüksək əmək haqqı aldığım iş yerimi tərk edib hərbi hospitalda yüzlərlə yaralı hərbçiyə xidmət etmişəm.

Ona görə də hesab edirəm ki, heç kimin şəxsi marağı şəhidlərimizin müqəddəs adından üstün deyil.

Şəhidlərimizin adı müqəddəsdir. Qazilərimizin haqqı böyükdür. Onların adını şəxsi mübahisələrə, şəxsi tələblərə və şəxsi maraqlara alət etmək isə doğru deyil.

Bir məsələni də açıq deyirəm:

Zar kəndi heç kimin şəxsi mülkiyyəti deyil. Heç kim öz şəxsi mövqeyini bütün kəndin mövqeyi kimi təqdim edə bilməz.

Kəndin adından danışmaq istəyən şəxs əvvəlcə kənd sakinlərinin rəyini ortaya qoymalıdır.

Amma şantaj xarakterli yanaşmalarla, böhtan və ittihamlarla, şəhid və qazi adlarından istifadə etməklə heç kim şəxsi marağını kəndin ümumi marağı kimi təqdim edə bilməz.

Zar kəndinin gələcəyi şəxsi maraqlardan daha böyükdür.

Hörmətlə,
Zamin Kamran oğlu

P.S. Qeyd edək ki, Zar sakinləri bu paylaşımla bağlı həkimə dəstək statusu yazaraq, ona kəndin gələcəyinə verdiyi töhvəyə görə təşəkkür edib.
Zarlılar, xüsusilə şəhid ailələri Səxavəti düzgün yola dəvət edərək, şantajdan əl çəkməyi tövsiyyə edib.

Günay Mahirqızı

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Sentyabr 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri