Icma.az
close
up
RU
Gəncədə maarifçi şairə ehtiram

Gəncədə maarifçi şairə ehtiram

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Seyid Əzim Şirvani – 190

AMEA-nın Gəncə Bölməsində Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2025-ci il tarixli “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən hazırlanmış tədbirlər planına uyğun olaraq “Seyid Əzim Şirvaninin şair, maarifçi və publisistik fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir AMEA-nın Gəncə Bölməsi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən torpaqlarının bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açıb. O, XIX əsr Azərbaycan ədəbiyyatının və maarifçilik hərəkatının görkəmli nümayəndəsi Seyid Əzim Şirvaninin yubileyinin dövlət səviyyəsində qeyd olunmasının milli-mənəvi dəyərlərimizə, ziyalı irsimizə və maarifçilik ənənələrimizə verilən yüksək qiymətin bariz nümunəsi olduğunu vurğulayıb.

Daha sonra dəyirmi masa iştirakçılarının məruzələri dinlənilib.

AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov çıxış edərək, Prezidentin imzaladığı yubiley Sərəncamının klassik ədəbi irsimizə göstərilən dövlət qayğısının təzahürü olduğunu qeyd edib. O, bu Sərəncamın həm Seyid Əzim Şirvani irsinin daha dərindən öyrənilməsinə, həm də yeni nəsil tədqiqatçıların bu istiqamətə cəlb olunmasına mühüm stimul verdiyini vurğulayıb.

AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Nuriyyə Əliyeva isə Seyid Əzim Şirvaninin həyat və yaradıcılığından danışaraq, onun şeirlərində dövrün ictimai-siyasi problemlərinə, elm və maarifə, eləcə də insan azadlığı ideyalarına verdiyi dərin mənəvi qiyməti önə çəkib.

Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva çıxışında şairin qəzəllərinin poetik məziyyətlərindən, klassik Şərq poeziyasının ənənələrini milli zəmində yenidən canlandırmaq bacarığından bəhs edib.

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Aləmzər Tağıyeva “Seyid Əzim Şirvaninin yaradıcılığının akademik oxu bacarıqlarının formalaşmasında rolu” mövzusunda çıxış edərək, şairin əsərlərinin müasir təhsil prosesində istifadə imkanlarına diqqət çəkib.

Nizami Gəncəvi Mərkəzinin elmi-fəlsəfi görüşlər şöbəsinin müdiri Xəyalə Hüseynova Seyid Əzim Şirvani yaradıcılığında ilahi eşq və mənəvi kamillik anlayışlarını təhlil edib. O bildirib ki, şairin poeziyasında ilahi sevgi insanı mənəvi saflığa və bəşəri dəyərlərə səsləyən ali bir duyğudur.

Daha sonra Nizamişünaslığın tədqiqi şöbəsinin kiçik elmi işçisi Türkan Verdiyeva şairin mənzum hekayə və təmsillərindəki ədəbi ustalığı, xalq hikmətinə söykənən dərin mənaları diqqətə çatdırıb.

Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi Sevinc Mirzəyeva öz çıxışında Şamaxı ədəbi mühitinin formalaşmasında Seyid Əzim Şirvaninin rolunu və bu mühitin Nizami irsi ilə ideya əlaqələrini işıqlandırıb.

Sonda Diyarşünaslıq İnstitutunun Etnoqrafiya şöbəsinin əməkdaşı Aytən Əliskəndərova “Seyid Əzim Şirvani yaradıcılığında maarifçilik görüşləri və multikultural ideyalar” mövzusunda çıxış edərək, şairin əsərlərində insan hüquqları, bərabərlik və dözümlülük kimi müasir cəmiyyət üçün aktual ideyaların əks olunduğunu vurğulayıb.

Çıxışlardan sonra tədbir iştirakçıları Seyid Əzim Şirvaninin zəngin irsinin bu gün də aktuallığını qoruduğunu, onun ideyalarının müasir dövrdə gənclərin mənəvi tərbiyəsində mühüm rol oynadığını qeyd ediblər. Dəyirmi masa geniş elmi müzakirələrlə yekunlaşıb.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see788

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see548

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see310

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see296

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see279

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see276

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see274

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see264

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see228

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see187

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see180

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see179

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see160

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri