Icma.az
close
up
RU
Menu

Süni intellektlə bağlı fətva veriləcək?

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

675 nəfər narkotik asılılığından müalicə alır

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

Birləşməyə hazırlaşan bankda dəyişiklik

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

57 yaşlı Ceylodan cazibədar Fotolar

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.

Həmrəylik: dövlətçiliyin birlik fəlsəfəsi

Həmrəylik: dövlətçiliyin birlik fəlsəfəsi

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

II MƏQALƏ

Həmrəyliyin yeni səviyyəsi və miqyası

Maraqlıdır ki, 2020-ci il Vətən müharibəsindən sonra azərbaycanlıların həmrəyliyi coğrafi sərhədləri tam aşaraq etnosun birgəyaşamının psixoloji və sosial hüdudları ilə müəyyən olunmağa başladı. Bu transformasiya hamar baş verdi, çünki bünövrəsində zəngin tarixi və şüuri təcrübə dayanır. Hətta bir dönəmdə tədqiqatçılar azərbaycanlıları “sərhədsiz univarsallıqda” günahlandırırdılar. Müasir dövrdə bu “ittiham” azərbaycanlıların dünyanı əhatə edən təsir dairəsinə canatmaqla bağlı idi. Əlbəttə, güclü dövlət olmadan nəinki qlobal, hətta regional miqyasda hansısa geniş təsir dairəsinə ümid etmək absurddur. Lakin azərbaycanlı şüurundan “ilahi ədaləti və nizamı Yer üzündə təmin etmək missiyasını” kimsə çıxara bilməz – o, psixologiyada, təfəkkürdə və davranışda “kristallaşmış həqiqətimiz”dir!

Ulu öndər Heydər Əliyev müasir şərtlər kontekstində müstəqil dövlətçiliyi tam gözləməklə həmin şüuri təcrübəyə məharətlə məfkurəvi məzmun verdi. Məhz bu proses 2020-ci il Vətən müharibəsindəki möhtəşəm Zəfərlə özünün növbəti tarixi mərhələsinə qədəm qoydu.

Həmrəyliyin coğrafi hüdudu aşaraq azərbaycanlıların birgəyaşam fəlsəfəsinin məna hüdudlarına proyeksiya etməsi etnosun birliyinin yeni nümunəsinin konseptual obrazını yaratmağı tələb edir. Nəzəri olaraq bu transformasiya dərin və əhatəli prosesdir – o, çoxaspektlidir və bir qəzet məqaləsinin imkanlarını aşır. Ancaq Prezident İlham Əliyev Azərbaycan xalqına Həmrəylik günü və Yeni il münasibətilə etdiyi müraciətdə elə bir incə məqama vurğu etmişdir ki, onun fonunda mövzu daha aktual anlam kəsb edir.

“Bizim böyük ailəmiz”

Dövlət başçısı müraciətinin bir yerində vurğulamışdır: “Bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq.

Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi!

Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”.

Bu dərin mənalı fikirlərin semantikasında həmrəyliyin psixoloji və emosional mühitinin təhtəlşüur qatı ilə rasional-intellektual xüsusiyyətləri vəhdətdə ifadə edilmişdir. İlkin baxışda onun bir neçə vacib aspektini anlamaq olar.

Birincisi, azərbaycanlıların təhtəlşüurunda yaşadığı coğrafiyadan deyil, etnomədəni mənsubluğundan “azərbaycançılıq obrazı” mövcuddur ki, onun başlıca əlaməti Vətənə bağlılıqdan ibarətdir. Doğrudan da el arasında “ölməyə Vətən yaxşı” deyimi sübutsuz qəbul edilir. Onun “həqiqiliyi” məntiqdə deyil, təhtəlşüurun dərin tarixi-psixoloji qatındadır. Burada “ölmək” məcazdır və həyatdan getməyin fiziki anlamına aid deyildir. “Ölmə”yin həmin deyimdə mənalarından biri “azərbaycanlı harada yaşamasından asılı olmayaraq Vətən üçün fəda olmağa hazırdır” deməkdir. Bunun müasir dönəmdə əyani sübutu II Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının siyasi-coğrafi və dövlət kimi hüquqi sərhədlərinin “hər istiqamətdəki o tayında” (Prezident İlham Əliyev anlamında) yaşayan soydaşlarımızın müharibəyə getmək üçün hətta bəzən yalvarışla müraciət etməsində əksini tapmışdır. İndiki mərhələdə azərbaycanlıların Həmrəyliyi vurğulanan aspektdə tamdır!

İkincisi, bu əsasda Azərbaycan lideri məharətlə Həmrəylik anlayışından Vətənçilik və ya Vətənsevərliyə, bütövlükdə azərbaycanlıların Vətən anlayışına müasir baxışlarını ifadə etmişdir. Bu məna bir cümlədə yığcam ifadə olunmuşdur: “Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir”! Yəni harada yaşamağımızdan asılı olmayaraq “Bizim bir vətənimiz var - Azərbaycan!”.

Əhəmiyyətli məntiqi keçid və ümumiləşdirmədir. Yeni tarixi mərhələdə Zəfər fəlsəfəsinin mərkəzi tezislərindən biridir. Çünki bu tezisin məna yükünün bünövrəsində “XXI əsrin milləti” anlamı dayanır. “Millət” anlayışı XXI əsr Azərbaycanında mədəniyyət, ortaq tarix və Vətən anlayışına dayanır. Bu üç anlayış müasir dövlətçilik şüurumuzun əsas komponentləri sırasındadır. Onun elmi obrazı isə “dövlət millətçiliyi” ifadəsi ilə müəyyən olunur.

Deməli, Azərbaycan Respublikası coğrafi hüdudla deyil, mədəniyyət, ortaq tarix və Vətən anlayışlarının qarşılıqlı əlaqəsi fonunda formalaşan “millət” anlayışları üzərində bərqərar olan nəzəri-konseptual obrazdır. İndiki tarixi mərhələdə məhdud coğrafi-siyasi sərhədlərə malik olması onun millət kimi təsir sahəsinin hüdudlarını müəyyən etmir – azərbaycanlılar ənənə ilə müasir rasional qiymətləndirmə əsasında dünyanı əhatə edə biləcək Həmrəylik psixologiyasına və onu təmin edən məfkurəyə sahibdirlər! Dil və azərbaycançılıq bu anlamda həlledici faktorladır! Biz dünyaya Azərbaycan dili ilə “açılırıq”. Bu dildə azərbaycanlılığımızı və milli identikliyimizi təsbit və təşviq edirik!

Üçüncüsü, azərbaycanlıların dünya miqyasında həmrəyliyi və birliyi modeli onların arxalarında güclü Azərbaycan dövlətinin dayanması inancına əsaslanır. Buna görə də dünyanın hər guşəsində yaşayan azərbaycanlılar həmişə bir yerdə olmaq təcrübəsini daha da zənginləşdirməkdədirlər. Azərbaycanlılar hüquqlarının, haqlarının, milli identikliklərinin təminində Azərbaycan Respublikası dövlətinin müvəkkil olduğunu artıq mentalitetin vacib elementi kimi dərk etməkdədirlər!

Həmrəylik və milli ləyaqət

Milli ləyaqətin birbaşa sosial-siyasi və sosial-mədəni münasibətlərə aidiyyəti vardır. Müasir elmi ədəbiyyatda milli ləyaqət qürura, millətə hörmət duyğusuna, toplumun tarixinə, mədəniyyətinə, ənənəsinə, nailiyyətlərinə sıx bağlı anlayış kimi tərif edilir. Bu sırada identiklik və suverenlik xüsusi yer tutur. Sonuncu anlayışlar şərəf və rifahla yanaşı, başqaları tərəfindən xalqın aşağılanmasına və saymazlığına qarşı dözümsüzlüyü də ehtiva edir. Bunları ümumiləşdirərək tədqiqatçılar belə qənaətə gəlirlər ki, milli ləyaqət insanın milli-etnik və milli-vətəndaşlıq identikliyinə dayanır. Həmin keyfiyyət də, faktiki olaraq, bu iki aspektin vəhdəti üzərində bərqərar olur.

Bu qısa izahdan aydın görünür ki, xalq miqyasında münasibətlərin formalaşmasında insanların həmrəyliyi çox ciddi yer tutur. Yuxarıda milli ləyaqətlə əlaqəli vurğuladığımız özəlliklərin faktiki predmetləşməsi böyük ölçüdə həmrəyliyin təmini ilə bağlıdır. Yəni milli ləyaqət azərbaycanlıların həmrəyliyinin mühüm komponentinə çevrilmişdir. Bu, kollektiv davranışın sosial, siyasi, mədəni və mənəvi tərəflərinin qarşılıqlı münasibətlərində bir xüsusiyyəti aktuallaşdırır.

Biz bu mövzuda I məqalədə dövlət başçısının ifadə etdiyi fikirlərdən gətirdiyimiz iqtisabların bir qisminə yenidən müraciət edə bilərik. Prezident İlham Əliyev demişdir: “...biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq”.

“Bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında” azərbaycanlılar əzəli tarixi torpaqlarında ləyaqətlə yaşayırlar. Yəni onlar “heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar”. Yaşadıqları ölkələrin dövlətçiliyinə töhfələr vermişlər və bu mənada “heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq”lar. Azərbaycanlılar tarix boyu ləyaqətlərinin bu özəlliyini saxlamışlar və indi onu müasir tarixi mərhələyə tam adaptasiya edə bilmişlər.

Müstəqil dövlət identikliyi kontekstində həmrəyliyin vurğulanan dəyər kimi anlamı prinsipial əhəmiyyət daşıyır. Çünki qloballaşma dövründə milli həmrəyliklə dövlətlərarası həmrəylik daha sıx qarşılıqlı əlaqədə olmağa başlayırlar. Bu qabiliyyətə isə yalnız yüksək inkişaf etmiş, müasir dövr üçün qəbul edilən olan birlik nümunəsi göstərən cəmiyyətlər qadirdirlər. Onları obrazlı desək, “bəşəri müstəqil dövlətlər” adlandıra bilərik. Çünki həmin dövlətlərin cəmiyyətlərində həmrəylik etnik məhdud baxışlara, lokal psixoloji faktorlara və başqalarına qarşı şovinist yanaşmalara deyil, ümumbəşəri faydası olan davranış nümunələrinə əsaslanır. Azərbaycan məhz həmin dövlətlər sırasındadır!

Həmrəylikdən Türk birliyinə

Öncə, onu vurğulayaq ki, burada ənənəvi “türk həmrəyliyi” ifadəsi nəzərdə tutulmur. Keçən əsrin 40-cı illərində Türkiyədə başlamış möhtəşəm türk həmrəyliyi hərəkatının tarixdə yeri və rolu unudulmazdır. Alparslan Türkeş kimi milli siyasi xadimlər həmin hərəkatda yetişmişdilər. Bununla yanaşı, indiki tarixi mərhələdə “türk həmrəyliyi” dünya miqyasında türk etnosunun və onun yaratdığı dövlətlərin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan), həmçinin müxtəlif dövlətlərin tərkibində olan türk xalqlarının münasibətlərinin qurulması məsələsi olduqca aktualdır.

Türklər artıq qlobal miqyasda siyasi aktor olmaq üçün dövlətlərarası münasibətlərini həmrəylik fəlsəfəsi əsasında qurmalıdırlar. Bu isə həm tarixi yenilik, həm də həmrəylik fəlsəfəsinə siyasi və dövlət səviyyəsində yeni yanaşma tələb etməkdədir. Həmin kontekstdə müasir mərhələdə azərbaycanlıların həmrəylik modeli bütöv Türk dünyasının həmrəyliyinin bazasını təşkil edə bilər. Çünki türk dövlətləri sırasında azərbaycanlıların dünya miqyasında həmrəyliyinin aydın nəzəri, ideoloji, konseptual və onun praktiki reallaşma proqramları qədər mükəmməl ikinci modelə sahib olanı yoxdur. Dünya üzrə türk diasporalarının əməkdaşlıq fəlsəfəsi də dünya azərbaycanlılarının həmrəyliyinin təməl prinsipləri üzərində bərqərar olmaqdadır.

3 baza prinsipi

Onun 3 mühüm müəyyənedici və istiqamətverici baza prinsiplərini vurğulaya bilərik. Birincisi, ortaq dövlətçilik fəlsəfəsi. İkincisi, qövm olaraq ortaq tarixə və birgəyaşam fəlsəfəsinə malik olmaq. Üçüncüsü, ortaq mədəniyyətdən ortaq sivil dəyərlərə keçid fəlsəfəsini hazırlamaq.

Bu yanaşmanın bir sıra aspektlərini Azərbaycan Prezidenti müxtəlif tədbirlərdə irəli sürdüyü tezislərdə konkret ifadə etmişdir. Dövlət başçısı 2025-ci il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa etdiyi müraciətdə xüsusi vurğulamışdır: “Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü də bizim ailəmiz olan Türk dünyasının birləşməsi istiqamətində bir daha önəmli addım olmuşdur”. Həmin müraciətin sonunda isə, faktiki olaraq, türk birliyinin fəlsəfəsinin əsas şərtlərini azərbaycanlıların həmrəyliyi nümunəsi fonunda ifadə etmişdir: “...bizi - azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimiz birləşdirir. Azərbaycanlılar hansı ölkədə yaşamalarından asılı olmayaraq, bilirlər və bilməlidirlər ki, onların Ana Vətəni müstəqil Azərbaycan dövlətidir”.

Ortaq tarix, kök, dil, mədəniyyət birliyindən Türk dünyasının yeni ortaq sivil dəyərlər yaratmaq mərhələsinə keçidi perspektivli görünür. Çünki bu zaman həm ənənəvi dəyərləri qorumaq, həm də dünya miqyasında substantiv və funksional aktuallığı olan, müasir tələblərə uyğun sivil dəyərlər yaratmaq əsasında birləşmək imkanı yaranır! Burada “yeni ortaq sivil dəyərlər” (birləşdirici mənəvi, mədəni, əxlaqi, ideoloji, siyasi, geosiyasi və s.) ifadəsi geniş və dərin anlama malikdir. Onun xüsusi təhlilə ehtiyacı vardır.

Türk Dövlətləri Təşkilatı bu proyeksiyanı reallaşdırmağın əsas siyasi-təşkilati mexanizmi kimi təsəvvür edilə bilər! O mənada ki, azərbaycanlıların həmrəyliyi modelinin mühüm tərkib hissəsi olan yuxarıdakı tezisi “harada yaşamağından asılı olmayaraq hər bir türk bilməlidir ki, onun ümumi Vətəni Türk dünyasıdır” tezisinə uğurla transformasiya etmək olar!

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Yanvar 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see438

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see269

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see261

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see252

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see241

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see240

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see238

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see236

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see231

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see228

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see227

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see225

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see223

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see221

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see220

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see219

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see216

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

14 Sentyabr 2026 14:11see213

57 yaşlı Ceylodan cazibədar Fotolar

14 Sentyabr 2026 16:20see189

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.

14 Sentyabr 2026 13:14see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri