Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib
Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları bir araya gətirən, onların milli kimliyini, mədəniyyətini və tarixi yaddaşını qoruyub saxlayan xüsusi bir tarix kimi qeyd olunur. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü təkcə təqvimdə yer alan bir bayram deyil, eyni zamanda birlik, güc və milli şüurun rəmzidir. Azərbaycan diasporu üçün Həmrəylik Günü doğma Vətənlə mənəvi bağların möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Xaricdə yaşayan azərbaycanlılar bu gün vasitəsilə öz köklərini xatırlayır, dilini, adət-ənənələrini yaşadır və gələcək nəsillərə ötürməyə çalışırlar. Müxtəlif ölkələrdə keçirilən tədbirlər, konfranslar, mədəni gecələr və görüşlər diaspor üzvlərinin bir-biri ilə əlaqəsini gücləndirir və ortaq məqsədlər ətrafında birləşdirir. Bu bayram eyni zamanda diasporun təşkilatlanmasında mühüm rol oynayır. Həmrəylik Günü azərbaycanlıların yaşadıqları cəmiyyətlərdə daha fəal mövqe tutmasına, milli maraqları müdafiə etməsinə və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına stimul verir. Xüsusilə gənc nəsil üçün bu gün milli şüurun formalaşması, vətənpərvərlik hissinin güclənməsi baxımından əvəzsiz əhəmiyyətə malikdir. Həmrəylik Günü Azərbaycan diasporuna güc verir, onlara tək olmadıqlarını, böyük bir millətin parçası olduqlarını xatırladır. Bu birlik hissi diaspor fəaliyyətinin əsas dayağıdır və gələcəkdə daha güclü, daha təsirli bir diasporun formalaşmasına zəmin yaradır. Məhz buna görə də Həmrəylik Günü Azərbaycan diasporu üçün ən mühüm və dəyərli bayramlardan biri kimi xüsusi yer tutur.
Pərviz Məcnunov
YAP Laçın rayon təşkilatının əməkdaşı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 29 Dekabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















